“Əl-Fəcr” qəzetində ölkəmizin turizm potensialı haqqında məqalə dərc olunub
01.11.2016 [09:36]
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin ölkəmiz haqqında silsilə məqalələri çərçivəsində oktyabrın 31-də “Azərbaycan Qafqazın mirvarisi. Ərəb turistlərinin turizm qibləsi” sərlövhəli yazısı qəzetin çap və elektron nüsxələrində dərc olunub.
Qəzetin bir səhifəsini əhatə edən məqalədə baş redaktor Azərbaycanın dünyanın ən gözəl ölkələrdən biri olduğunu oxucuların diqqətinə çatdırır. O, yazıda qədim tarixin nəhəng xəzinəsi və təbii gözəllikləri ilə zəngin olan ölkəmizin turistlərin cəlb edilməsi üçün lazımi əsaslara malik olduğunu diqqətə çatdırır. Respublikamızın şanlı keçmiş, sehrli reallıq və parlaq gələcəkdən ibarət unikal aləm olduğunu qeyd edir. Yazıda ölkəmizə gələn qonaqların Heydər Əliyev Beynəlxalq Aeroportuna düşdükləri ilk andan gülərüzlülük, sərhəd-keçid məntəqələrində isə prosedurların asanlığı ilə qarşılaşdıqları bildirilir.
Azərbaycanın Qafqaz regionunun ən əmin-aman ölkəsi olduğunu vurğulayan müəllif istənilən Körfəz ölkəsindən olan turistin 2 saat müddətində Azərbaycan Hava Yolları və “Fly Dubai” aviaşirkətləri vasitəsilə Bakıya çata biləcəyini yazır. Məqalədə 2017-ci ilin martında Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı marşrutu üzrə ilk uçuşa başlayacağı, eləcə də Qəbələ və Naxçıvan ilə birbaşa hava əlaqələrinin yaradılması istiqamətində səylərin göstərildiyi bildirilir.
Baş redaktor yazıda paytaxt Bakının gözəlliklərindən və yaşıllığından, o cümlədən “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin və digər müasir mehmanxanaların, Heydər Əliyev Mərkəzinin möhtəşəmliyindən bəhs edir. Həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şəhidlər xiyabanı, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və digər tarix və mədəniyyət abidələri, habelə 13 kilometrlik məsafəyə uzanan Dənizkənarı Milli Park barədə ətraflı məlumat verilir. Dövlətimizin bugünkü inkişafının, qazandığı nailiyyətlərin xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılır. Vurğulanır ki, Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə xalqın arzularını reallığa, Azərbaycanı beynəlxalq aləmdə güclü dövlətə çevirməyə nail olub.
Müəllif bu siyasi kursun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayır. O, Azərbaycanı daha da qüdrətləndirmək qabiliyyətinə, güclü siyasi iradəyə malik Prezident İlham Əliyevin Öz xalqının etibarını, eləcə də beynəlxalq ictimaiyyətin ehtiramını qazandığını xüsusilə qeyd edir.
Daha sonra məqalənin müəllifi ziyarət etdiyi Quba və Qəbələnin ecazkar təbiətindən və turizm imkanlarından ətraflı bəhs edib. Belə ki, o, Qəbələni təsvir edərkən, ilk növbədə, buranın təkrarolunmaz təbiətini və bu mənzərənin dağların, təpələrin, düzənliklərin, meşələrin və yaşıl ərazilərin sintezindən ibarət olduğunu qeyd edib. Müəllif qonaqların münasib qiymətin qarşılığında kanat yolu ilə dağlara çıxmaq və yüksəklikdən möhtəşəm mənzərədən zövq almaq imkanı əldə etdiyi barədə məlumat verib.
Qəbələdə yerləşən “Qəbələnd” parkının Azərbaycanda ən böyük əyləncə mərkəzlərindən biri olduğunu bildirən müəllif burada böyüklərin və uşaqların əylənmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırır. O, rayonda muzey və ticarət mərkəzləri ilə yanaşı, Qafqazda ən böyük dağ xizəyi kurortlarından birinin fəaliyyət göstərdiyini yazır.
Məqalədə Azərbaycanın şimalında, Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarında yerləşən Quba rayonunun təbii mənzərəsindən də söhbət açılır. Yüksəklikdən axan şəlalələrdən, eləcə də çaylardan və müalicəvi xüsusiyyətlərə malik bulaqlardan bəhs edilir. Burada müalicəvi turizmin inkişaf etdiyi, habelə mövcud zəngin turistik infrastrukturuna görə Qubanın da Qəbələ kimi ərəb turistləri özünə cəlb etdiyi vurğulanır.
Məqalədə Azərbaycan xalqının adət-ənənələrindən, musiqisindən, ölkəmizdə keçirilən festivallardan da söhbət açılır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

