/ / Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması üçün əlverişli iqtisadi və coğrafi mühit mövcuddur
Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması üçün əlverişli iqtisadi və coğrafi mühit mövcuddur
06.06.2009 [12:02]
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Xüsusi iqtisadi zonalar haqqında” Qanunun tətbiq edilməsi barədə Fərman imzalayıb. Yeni qanuna əsasən respublikamızda xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusi iqtisadi zonalar (XİZ) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi rejimin tətbiq edildiyi ərazi hesab olunur. Xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkilindən ibarətdir. Azərbaycan hökuməti bu cür iqtisadi vasitələrlə ölkəmizdə sahibkarlığın və iqtisadiyyatın inkişafını sürətləndirmək məqsədi daşıyır.
Xatırladaq ki, Azərbaycanın mütəxəssisləri indiyədək XİZ-lərin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müxtəlif dövlətlərin təcrübəsini öyrənib. İqtisadi İnkişaf Nazirliyi bu sahədə ixtisaslaşmış ölkələrin modelləri ilə tanış olub. İİN-dən verilən məlumata görə, ölkə başçısının imzaladığı Fərmanın tələblərindən irəli gələn tapşırıqları yerinə yetirmək üçün müvafiq komissiyanın yaradılması nəzərdə tutulur. Xüsusi iqtisadi zonaların təşkili məqsədilə xüsusi işçi qrupu yaradılacaq və mütəxəssislər Avropa və Asiya ölkələrinə ezam olunaraq, həmin dövlətlərin təcrübəsi ilə tanış olacaqlar. İİN-də hesab edirlər ki, respublikamızda bu cür iqtisadi layihələrin həyata keçirilməsi üçün əlverişli iqtisadi və geocoğrafi mühit mövcuddur.
İqliminə və coğrafi üstünlüklərinə görə seçilən Azərbaycanda xüsusi iqtisadi zonaların təşkili, həm də əcnəbi investorların marağındadır. Respublikamızda bu modelin yaradılmasında ABŞ, çin, Cənubi Koreya, Hindistan, Avstraliya, Birləşmiş Ərəb Əmirliklərinin təcrübəsi daha dərindən öyrəniləcək. Xüsusilə də, Birləşmiş Ərəb Əmirliklərinə səfər edən mütəxəssislər Dubaydakı xüsusi iqtisadi zona ilə tanışlıqdan sonra Azərbaycanda bu cür iqtisadi layihələrin gerçəkləşməsinin vacibliyini müvafiq orqanların diqqətinə çatdırıblar. Mütəxəssislər Dubay modelinin daha təkmil variant hesab etdiklərini bildirirlər. Xatırladaq ki, həmin zonada Dubay Ticarət Mərkəzi, Süni Liman, 67 körpü, sənaye şəhərləri və digər mühüm obyektlər mövcuddur. ümumi sahəsi 100 kv.km olan bu ərazinin 30 faizi əcnəbi şirkətlər tərəfindən icarəyə götürülüb. Buradakı müəssisələrin 51 faizi ərəblərin, 49 faizi isə əcnəbi iş adamlarının ixtiyarındadır. Vergi və gömrük rüsumlarından azad olunan Dubayın xüsusi iqtisadi zonasında dünyanın ən modern infrastrukturu qurulub. Yaxın Şərqin ən böyük ticarət limanı da burada yerləşir və 51 ölkə ilə tiracət əməliyyatları aparılır. ölkənin əldə etdiyi mənfəətin böyük bir hissəsi Dubay iqtisadi zonasından əldə olunur.
çin və Avstraliyada da xüsusi iqtisadi zonaların ölkə iqtisadiyyatında payı həddindən artıq böyükdür. Bu ölkələrə investisiya axınlarının az qala 50 faizdən çoxu həmin zonaların payına düşür. Turistlərin axını da məhz bu cür layihələrin hesabına mümkün olur. çində son 10 ildə sənayenin və kənd təsərrüfatının əhəmiyyətli dərəcədə inkişafına da bu layihələr təsir göstərib. Avstraliyanın zəngin sərvətlərinin istismarına cəlb olunan sərmayəçilər azad iqtisadi zonalar yaradıldıqdan sonra öz kapitallarını məhz bura yönəltməyə həvəs göstəriblər.
Azərbaycanda iqtisadi zonaların yaradılması üçün kompleks tədbirlər planı həyata keçiriləcək. Bu iqtisadi zonaların təşkilinə sahibkarları təşviq etmək üçün onların fəaliyyəti ilə bağlı mühüm güzəştlər tətbiq ediləcək. Belə ki, xüsusi iqtisadi zona ərazisində hər hansı bir müəssisənin yaradılması, xidmət və istehsal təyinatlı obyektlərin tikintisi üçün vergi və gömrük güzəştləri tətbiq olunacaq. Həmin zonalarda istər istehsal təyinatlı, istərsə də investisiya təyinatlı avadanlıqların, malların ölkəyə gətirilməsinə gömrük rüsumları tətbiq olunmayacaq və yaxud güzəştli şərtlər əsasında rüsum tutulacaq. Belə ki, xüsusi iqtisadi zonada istehsal və ya emal olunan məhsullara, təmir, bərpa-tamamlama işlərinə, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə respublika ərazisinə müvəqqəti idxal edilən mallara gömrük rüsumları və vergilər şamil olunmayacaq. Gömrük və vergi qanunvericiliyinə əsasən bir sıra hallarda XİZ-lərdən vergi və rüsumlar tutulacaq. Xüsusi iqtisadi zonanın yaradılmasında bütün rezidentlər, yəni, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və qeydiyyata alınmış transmilli şirkətlərin nümayəndələri, yəni, xarici ölkələrin iş adamları təmsil oluna biləcəklər.
XİZ-lərin fəaliyyətini gücləndirmək üçün ilk növbədə infrastrukturun inkişaf etdirilməsi də başlıca məqsədlərdən olacaq. Buradakı ərazidə zəruri infrastrukturların, məsələn, yol, elektrik enerjisi, qaz, su təminatı və digər amillərə diqqət gücləndiriləcək. Bu cür iqtisadi zonaların salınmasında liman və aeroportların tikilməsi də mühüm faktorlardan biridir. Qeyd edək ki, artıq ölkəmizdə həmin istiqamətdə mövcud infrastruktur yaradılmaqdadır. Bölgələrdə, Zaqatala, Lənkəran və Gəncədə beynəlxalq tələblərə cavab verən ən modern hava limanı tikilib istifadəyə verilib. Eləcə də, Lənkəranda dəniz limanının yaradılması həyata keçirilir. Bundan başqa, bölgələrdə infrastrukturun yenidən qurulması, ən müasir texnologiyaların tətbiqi, ekoturizm üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsi gerçəkləşməkdədir.
Xüsusi iqtisadi zonada istehsal olunan məhsullar keyfiyyətinə və rəqabət qabiliyyətliliyinə görə seçiləcək, eyni zamanda, buradakı infrastruktur, yaradılmış müəssisələr, xidmət obyektləri, turizm və istirahət kompleksləri tam fərqlənəcək. ölkə iqtisadiyyatında bu zonaların müstəsna rolu olacaq. Bura həm də ekoloji mühitin zənginliyinə və ekoturizmin imkanlarına görə xüsusi yer tutacaq. Bu məqsədlə XİZ-lərdə faydalı qazıntıların çıxarılması, qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, teleradio yayımı, spirtli içkilərin və tütün məmulatlarının istehsalı qadağan edilir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06

