Neft bazarında canlanma müşahidə olunmağa başlayıb
09.06.2009 [09:12]
Dünya neft bazarında canlanma müşahidə olunmağa başlayıb. Belə ki, son 6 ayda neft ilk dəfə olaraq 70 dollar civarına yaxınlaşıb. May ayının ikinci yarısından etibarən dünya birjalarında neftin bir barelinin qiyməti 60 dollardan aşağı satılmayıb. ümumiyyətlə, martın sonlarından etibarən “qara qızıl”ın qiymətində hər həftə artım meyli müşahidə olunmaqdadır. Mütəxəssislər hesab edirlər ki, neftin təhlükəli qiymət həddi kimi dəyərləndirilən 40 dollara enməsi ilə bağlı narahatlıqlar artıq aradan qalxıb. Xatırladaq ki, bu ilin əvvəllərində neftin bir barelinin qiyməti 40 dollara kimi ucuzlaşmışdı və birja analitikləri bundan aşağı qiymət əmsalını neft ixrac edən ölkələr üçün zərərli tendensiyalar yarada biləcək hal kimi səciyyələndirirdilər.
ümumiyyətlə, son üç ayda neftin qiymətində 35-37 faiz artım müşayiət olunmaqdadır. Məhz bunu nəzərə alan ekspertlər may ayını neft bazarı üçün canlanma dövrü kimi xarakterizə edirlər. çünki ötən ayın sonlarında neftin qiyməti hətta 69, 5 dollara kimi yüksəlib. “Azərilayt” markalı Azərbaycan nefti isə həmin günlərdə 69 dollara satılıb. Neftin birja qiymətləri üzrə hərraclarda aktivliyinin müşahidə olunması öz növbəsində yanacağın bahalaşmağa doğru getdiyini söyləməyə əsas verir. Artıq dünyanın aparıcı birja mütəxəssisləri də neft bazarında canlanmanın yarandığını söyləyirlər. Yaponiyanın, Böyük Britaniyanın və Amerikanın fond bazarlarında aktivliyin yüksəlməsi neftin qiymət artımı ilə bağlı nikbin proqnozların irəli sürülməsinə səbəb olub.
Dünyanın aparıcı iqtisadi tədqiqat və analitika mərkəzləri neftin bahalaşmasına impuls verən əsas amil kimi dünya iqtisadiyyatındakı cüzi də olsa artım meyillərini göstərirlər. Məsələn, birjadakı vəziyyəti şərh edən “Barclays Capital” investisiya şirkətinin analitikləri hesab edirlər ki, inkişaf etmiş dövlətlərin əksəriyyətində iqtisadi fəallıq qeydə alınmaqdadır. ABŞ-da bu ilin ilk 4 ayında 0,8 - 1,2 faizlik artım qeydə alınıb. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, çin, Yaponiya, Hindistan və digər inkişaf etmiş dövlətlərin də iqtisadiyyatında dirçəlişin ilkin simptomları özünü göstərməyə başlayıb. Artıq bu ölkələrin bank, qiymətli kağızlar və maliyyə sferasında da bir qədər canlanma müşahidə olunur. “Barclays Capital”ın ekspertlərinin qənaətinə görə, Amerikanın və Avropanın qiymətli kağızlar bazarında canlanmanın müşahidə olunması bazarın digər bölmələrinə də təsir edib. Son bir ayda qiymətli kağızların və səhmlərin kotirovkalarının yüksəlmə tendensiyaları, ABŞ-da neft və neft məhsullarına tələbin artması ümumi iqtisadi artıma stimul verib.
Avropa İttifaqının enerji məsələləri üzər komissarı Andreas Piebalqs deyib ki, son günlər dünya neft bazarlarında neftin qiymətinin artmasına ABŞ, çin, Hindistan və Yaponiya kimi iqtisadi nəhənglərin hazırda daha çox yanacaq istifadə etməsi təsir göstərməkdədir. Onun fikrincə, neftin qiymətinin aşağı düşməsinə səbəb dünya iqtisadi böhranı nəticəsində yanacağa tələbin azalması olub. İndi tələb müəyyən dərəcə artmağa doğru gedir. Enerji bazarının qanunları hələ də dəyişməz olaraq qalır. Piebalqs onu da bildirib ki, yay aylarında Amerikada yanacağa olan tələbat 20-25 faiz artır. Ona görə də neftin yaxın vaxtlarda bir qədər də bahalaşmasını gözləmək olar.
OPEK-in Baş katibi Abdullah Salem Əl-Bədri isə deyib ki, neftin qiymətinin əvvəlki pik həddə, yəni 140 dollara çatmasını arzulamırlar. Onun sözlərinə görə, bu, yaxşı nəticə deyildi və bazardakı bu qeyri-normal tarif siyasəti sonda böhranla başa çatdı. Baş katib hesab edir ki, neftin 100 dollardan yüksək olması həm istehsalçılar, həm də istehlakçılar üçün yaxşı nəticələr vəd etmir. OPEK-in Baş katibi bildirib ki, qiymətlərin indiki reallıqda ən yaxşı həddi 75-80 dollar olmasıdır. Bu, hamının mənafeyinə uyğundur. Bundan yuxarı qiymət, əksinə, mənfi tendensiyalara səbəb ola bilər. OPEK-in Baş katibi qiymətlərin artmasına stimul yaratmaq üçün təşkilatın əvvəllər istifadə etdiyi metoddan- neftin gündəlik hasilat kvotasının azaldılmasına dair qərar qəbul etmək praktikasından yararlanmayacağını da söyləyib. Onun qənaətinə görə, bu metod heç də yaxşı vasitə deyil. Xatırladaq ki, OPEK ötən ilin iyulundan etibarən hər üç aydan bir neft hasilatını azaltmaq barədə qərar qəbul edirdi. Son bir ildə bu qurum neftin gündəlik nəql kvotasını 4,5 milyon barel azaldıb.
Beynəlxalq Enerji Agentliyinin Baş katibi Nabuo Tanaka isə yenidən neft alıcıları üçün bədbin proqnozlar açıqlayıb. Tanaka hesab edir ki, indiki qiymətlər neft hasilatçılarına yeni istehsal güclərinə lazımi sərmayələr qoymağa imkan vermir və onlar bunu təxirə salmaq məcburiyyətində qalır. Amma iqtisadi böhran bitdikdən sonra bu proses yenidən intensiv xarakter alacaq və “qara qızıl”a tələbin bərpa olunması böyük tədarük qıtlığının yaranmasına gətirib çıxaracaq. Həmin tendensiyalar isə bir müddət sonra neft bazarında böyük qiymətlərə gətirib çıxaracaq ki, bunun da nəticəsində yaxın dörd il ərzində neftin qiyməti 200 dollara çata bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

