“Partnyor vergi ödəyicisi” statusunu əldə edən ödəyicilərə bildirişlər təqdim edilib
23.02.2017 [10:03]
Fevralın 22-də Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində nazirliyin rəhbər vəzifəli şəxslərinin şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri (partnyor ödəyicilər) ilə görüşü keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, tədbirdə çıxış edən vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, Prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur. Bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi, vergi inzibatçılığının təkmilləşdirilməsi və təşkilati struktur dəyişikliklərinin aparılması mühüm addımlar hesab edilə bilər.
Tədbirdə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədləri və istiqamətləri, struktur dəyişiklikləri, vergi ödəyicilərinə göstərilən xidmətlər, həmçinin vergi ödəyicilərinə xidmət sahəsində görülmüş işlər, ünvanlı vergi xidmətləri və s. barədə görüş iştirakçılarına məlumat verilib.
Sonra görüş iştirakçıları üçün “Şəffaf vergi partnyorluğu layihəsi və onun üstünlükləri” mövzusunda təqdimat keçirilib. Bildirilib ki, “Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə işlərin təşkili Qaydaları” vergi ödəyicilərinin müəyyən edilməsi meyarları, onlara göstəriləcək xidmətləri və digər məsələlər üzrə prosedurları tənzimləyir. Vergi ödəyiciləri “Partnyor vergi ödəyicisi statusu”na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, ilk növbədə, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar.
Təqdimatda vurğulanıb ki, partnyor ödəyicilərə, ərazi məhdudiyyəti nəzərə alınmadan, “Yaşıl dəhliz prinsipi” əsasında xidmət göstəriləcək. Burada bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlərin də təqdim edilməsi nəzərdə tutulur. Belə xidmətlərə videobağlantılar, Çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir. Koordinasiya işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan kuratorlar ayrılacaq. Kuratorlar partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlər göstərəcəklər. Partnyor vergi ödəyicilərinin siyahısı onların razılığı əsasında mütəmadi olaraq açıqlanacaq. Bu digər vergi ödəyiciləri üçün də nümunə olacaq və onlar intizamlı vergi ödəyicisi olmağın üstünlüklərini aydın şəkildə görə biləcəklər. Qeyd edilib ki, “Yaşıl dəhliz” layihəsinin uğurlu tətbiqi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, könüllü vergi əməletmənin artmasına və cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinə səbəb olacaqdır.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu günə qədər partnyor vergi ödəyicisi statusunu əldə etmək üçün vergi orqanlarına 585 müraciət daxil olub. Müvafiq araşdırmalar aparıldıqdan sonra 443 vergi ödəyicisinin müraciəti müsbət həll olunub ki, onlardan da 194-ü Bakı şəhərində fəaliyyət göstərir.
Sonra bir qrup vergi ödəyicisinə partnyor vergi ödəyicisi statusunu təsdiqləyən bildirişlər təqdim edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

