/ / Zaqatalada tütünçülük, baramaçılıq, fındıqçılıq və gülçülük sahələrində görülən işlər təhlil olunub
Zaqatalada tütünçülük, baramaçılıq, fındıqçılıq və gülçülük sahələrində görülən işlər təhlil olunub
10.08.2017 [15:15]
Tütünçülük, baramaçılıq, fındıqçılıq şimal-qərb bölgəsində, o cümlədən Zaqatala rayonunda əsrlər boyu inkişaf edib. 2017-ci ildə Zaqatalada 743 hektar sahədə tütün əkilib. İndiyədək sahələrdən 1400 tona yaxın yaş tütün kütləsi tədarük edilib. Cari ilin birinci yarısında 7,8 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz çox tütün ixrac olunub. Eyni zamanda, bu il 21,4 ton yaş barama da istehsal edilib. Kümçülər qısa müddətdə 84 min manat gəlir götürüblər. Onlara 105,3 min manat subsidiya hesablanıb. Bundan başqa, 2017-ci ilin yazında rayon ərazisində 3 min 158 hektar sahədə yeni fındıq bağları salınıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Prezident İlham Əliyevin Sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindən irəli gələn vəzifələrlə bağlı avqustun 9-da Zaqatala rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında məruzə və çıxışlarda səsləndirilib.
İclasda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs edib, bu sahədə rayonda görülən işlər və qarşıda duran məsələlər barədə danışıb.
Bildirilib ki, indiyədək uçotdan kənarda qalan və yeni qeydiyyata alınan 4 min 284 hektar bağlar da nəzərə alınmaqla, hazırda Zaqatala rayonunda fındıq bağlarının ümumi sahəsi 17 min 17 hektardır. Cari ilin birinci yarısında 30,8 milyon manat dəyərində fındıq məhsulları ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, Zaqatala rayonunda ənənəvi sahələrdən biri də gülçülükdür. Bu sahəni inkişaf etdirmək məqsədi ilə rayonun Aşağı Tala kəndinin ərazisində 82 hektar sahədə Bolqarıstandan gətirilmiş “Dəməşq qızılgülü” tingləri, 25 hektarda isə “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Hazırda bu ərazidə gül yağı istehsalı zavodunun tikintisi davam etdirilir.
Şura iclasında rayon icra hakimiyyəti başçısının müavini İlkin Şəfizadə, “Azərtütün” MMC-nin direktor müavini Mübariz Qədimov, rayon Kənd Təsərrüfati İdarəsinin rəis müavini Rövşən Orucov, “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri Telman Həsrətov və başqaları çıxış edərək, rəhbərlik etdikləri sahələr və təsərrüfatlar üzrə görülmüş işlər barədə məlumat veriblər.
Çıxışlarda vurğulanıb ki, zaqatalalılar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin, o cümlədən qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, kəndlilərin, fermerlərin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı vəzifələrin icrasını təmin etmək, tütünçülük, baramaçılıq, fındıqçılıq və gülçülük sahələri üzrə müəyyənləşdirilən hədəflərə çatmaq üçün bütün qüvvələri səfərbər edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56

