Bakıda VII Beynəlxalq “Caspian Air Cargo Summit 2017” konfransı keçirilir
11.10.2017 [10:28]
Bakıda VII Beynəlxalq “Caspian Air Cargo Summit 2017” konfransı keçirilir. Dünyanın məşhur şirkətlərinin rəhbərləri və əsas menecerləri bu konfransda yükdaşıma sahəsinin inkişafı yollarını və yükdaşımalar bazarının ən perspektivli sahələrini müəyyən etmək üçün müzakirələr aparılırlar.
Konfransda iştirak edən 200-dən çox nümayəndə sürətlə dəyişməkdə olan işgüzar mühitin cari vəziyyətini və proqnozları müzakirə edirlər.
“Euroavia International” təşkilatının direktoru Lars-Qunnar Komen Azərbaycana xas olan qonaqpərvərliyi yüksək qiymətləndirərək deyib ki, bu məkan aviadaşımalar sahəsində işgüzar əlaqələr qurulması üçün son dərəcə münasib yerdir. Konfransda 40 ölkədən rekord sayda nümayəndə toplaşdığını bildirən “Euroavia International” rəhbəri bütün dünyada yükdaşımaları inkişaf etdirməyin zəruri olmasını vurğulayaraq qeyd edib ki, Bakı yükdaşımalar üzrə aparıcı hab mövqeyini saxlayır.
“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov konfransda çıxış edib. Azərbaycan aviasiyasının ölkənin qeyri-neft sektorunda mühüm sahələrdən biri olduğunu vurğulayan C.Əsgərov deyib: “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğısı nəticəsində mülki aviasiya sahəsində böyük uğurlar əldə edilib. Hazırda Azərbaycan mülki aviasiyasında “Boeing 747”, “Boeing 787”, “Boeing 767”, “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” tipli təyyarələr mövcuddur. 10 ədəd ən müasir “Boeing 737 MAX” təyyarələrinin alınması üçün saziş imzalamışıq. Həmin təyyarələri 2018-ci ildən etibarən istismara verəcəyik”.
Hazırda Azərbaycan ərazisində 6 beynəlxalq aeroport olduğunu bildirən AZAL rəhbəri deyib ki, bu aeroportlar mülki aviasiyanın hər bir tipli hava gəmilərini qəbul etmək imkanına malikdirlər.
Cahangir Əsgərov ölkəmizin yük aviasiyası barədə də məlumat verib. “Silk Way” aviaşirkəti 10 ədəd “Boeing 747” tipli hava gəmisi istismar edir. Onlardan 5-i “Boeing 747-8 F” tiplidir. Bu gün “Silk Way” aviaşirkəti 60 ölkəyə, o cümlədən 37 istiqamət üzrə müntəzəm uçuşlar həyata keçirir. Təkcə son bir il ərzində 11 yeni istiqamət açılıb. Yaponiya, Malayziya, Sinqapur, Banqladeş, Küveyt, Səudiyyə Ərəbistanı, eləcə də Sakit okean üzərindən Honkonq-Çikaqo marşrutu istifadəyə verilib.
“AZAL”-ın prezidenti bu ilin sonuna qədər 4 ədəd “Boeing 787 Dreamliner” və 2 ədəd “Boeing 747-8 F” tipli təyyarələrin alınması barədə müqavilə imzalanacağını bildirib.
Cahangir Əsgərov deyib: “Heydər Əliyev Beynəlxalq Aeroportu “Böyük İpək Yolu” layihəsində mühüm rol oynayır. Bir sözlə, Heydər Əliyev Beynəlxalq Aeroportunu böyük logistik haba çevirmişik”.
Azərbaycanda 2020-ci ilə qədər olan dövr üçün nəzərdə tutulmuş “Strateji Yol Xəritəsi” layihəsinin təsdiq olunduğunu xatırladan C.Əsgərov bildirib ki, bu günə qədər həmin strateji sənədə əsasən Azərbaycan mülki aviasiyasının payına düşən işlərin 80 faizi yerinə yetirilib.
“AZAL”-ın prezidenti aviaşirkətin gələcək planları barədə söhbət açaraq deyib: “Ümid edirik ki, yaxın zamanda biz Heydər Əliyev Beynəlxalq Aeroportunda Azad İqtisadi Zonanı yarada biləcəyik”.
“Silk Way” aviaşirkətinin prezidenti Zaur Axundov təmsil etdiyi qurumun inkişafı barədə məlumat verərək deyib ki, son vaxtlar “Boeing 747” təyyarələrindən istifadə edilməsi sayəsində “Silk Way” aviaşirkətinin əsas bazarlarda təsir dairəsi genişlənib. Hazırda aviaşirkətin parkında 10 vahiddən çox belə təyyarə var. Bütün yük təyyarələrinin həftəlik marşrut şəbəkəsi 40-dan çox təyinat məntəqəsini əhatə edir. 2017-ci ilin 8 ayı ərzində aviaşirkətin təyyarələri 2200 uçuş keçirib, 220 min ton yük daşıyıb.
Zaur Axundov Bakıda keçirilmiş iri beynəlxalq tədbirləri xatırladaraq bildirib ki, Birinci Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, “Formula-1” Azərbaycan Qran-prisi mərhələlərinin keçirildiyi dövrdə yükdaşımaların həcmi daha yüksək olub. O deyib: “Aviadaşımaların artmaqda olan həcmi əczaçılıq preparatlarının, tez korlananın malların, poçtu, elektron kommersiya mallarının, yüksək texnoloji avadanlığı və elektronika məhsullarını əhatə edir”.
Zaur Axundov qeyd edib ki, 2016-cı və 2017-ci illərdə “Cargolux”, “SW Italy” və “Sky Gates Russia Airlines” şirkətləri ilə sıx əməkdaşlıq sayəsində “Silk Way” aviaşirkəti öz inkişafında keyfiyyət irəliləməsinə nail olub. Mövcud müştərilərlə əməkdaşlığın genişlənməsi və yeni müştərilər cəlb edilməsi bütün qrupun hədəfidir. O bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu qitələrarası yükdaşımaları həyata keçirəcək haba çevrilməkdədir.
“Boeing” firmasının yükdaşımaların marketinqi üzrə regional direktoru Tomas Krabtri, TİACA beynəlxalq hava yükdaşımalar Assosiasiyasının baş katibi Vladimir Zubkov, Malayziyanın “MAB Kargo” şirkətinin icraçı direktoru Əhməd Lukman Mohd Azmi, “Volqa-Dnepr” şirkətlər qrupunun strateji idarəetmə üzrə vitse-prezidenti Tatyana Arslanova da konfransda çıxış edərək, yükdaşımalar sahəsinin inkişafı, beynəlxalq aviadaşımaların imkanları və perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

