Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
27.10.2017 [10:16]
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının iclası keçirilib. Cari ilin 9 ayının yekunlarına həsr edilmiş iclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadə sədrlik edib.
İclasda Maliyyə Sabitliyi Şurasının üzvləri - Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak ediblər.
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Katibliyindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən icmal-hesabat təqdim edilib. Hesabatda ölkədə gedən makroiqtisadi proseslərin, habelə Maliyyə Sabitliyi Şurası tərəfindən 2016-cı ilin sonunda qəbul edilmiş “2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”nın icra vəziyyəti öz əksini tapıb.
Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında vurğulandığı kimi, cari ilin 9 ayında ölkə iqtisadiyyatının inkişafında pozitiv dinamika müşahidə edilib və bu dinamikanın formalaşmasında makroiqtisadi sabitlik xüsusi rol oynayıb.
Ölkənin tədiyə balansında profisit bərpa olunub, strateji valyuta ehtiyatları artıb. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı, mal və xidmət idxalı üzrə azalma meyilinin davam etməsi, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi təsir göstərib.
Valyuta bazarında vəziyyət stabilləşib, valyuta təklifinin tələbi üstələməsi şəraitində manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 2015-ci ilin əvvəlindən bəri 38 faizdən çox ucuzlaşıb ki, bu da ixracın artımına və idxalın əvəzlənməsinə əhəmiyyətli təsir göstərir.
Makroiqtisadi sabitliyin bərpası qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradır. Yanvar-sentyabr aylarında qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım qeydə alınıb.
Dövr ərzində həyata keçirilən monetar siyasət iqtisadiyyatın, ilk növbədə, fiskal sektorun pula olan tələbatını nəzərə alıb, pul bazasının həcmi iqtisadiyyatın tələbatını ödəyəcək səviyyədə artıb. Digər tərəfdən pul bazasının artımının məzənnə və qiymətlər sabitliyinə təsirini neytrallaşdırmaq üçün tədbirlər görülüb.
Maliyyə sisteminin dayanıqlılığının təmin edilməsi, o cümlədən, “Azərbaycan Beynəlxalq Bankı”nın sağlamlaşdırılması və bank sisteminin kapitallaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
İclasda “2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”na uyğun olaraq hazırlanmış “Fiskal qaydalar”, “Dövlət borcunun idarə edilməsi üzrə orta və uzunmüddətli strategiya”, “Pul bazarının inkişafı proqramı” və 2018-ci ilin makroiqtisadi sabitlik çərçivəsi ətraflı müzakirə edilib.
Yekunda ilin qalan dövründə də makroiqtisadi sabitliyin qorunmasının və maliyyə sabitliyinin təmin edilməsi tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb. İnflyasiyanın azalmasına nail olmaq üçün çevik və əlaqələndirilmiş makroiqtisadi siyasətin həyata keçirilməsinin vacibliyi xüsusilə qeyd edilib. Dayanıqlı makroiqtisadi sabitlik əsasında iqtisadi artımın daha da sürətləndirilməsi üçün struktur və institusional sahədə islahatların dərinləşdirilməsinin vacibliyi də diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

