/ / BP-nin podratçısı olan şirkətlərdən biri Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlıdır
BP-nin podratçısı olan şirkətlərdən biri Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlıdır
10.04.2018 [09:39]
BP-nin podratçısı olan şirkətlərdən biri Sumqayıt Kimya Sənaye Parkında (SKSP) xidmət və istehsal sahəsində fəaliyyət göstərməkdə maraqlıdır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons ilə görüşündə deyib.
Nazir Şahin Mustafayev Azərbaycanın uzun müddətdir ki, BP ilə əməkdaşlıq etdiyini və əlaqələrimizin etimad üzərində qurulduğunu vurğulayıb. Qeyd olunub ki, 1994-cü ildə imzalanmış və regionda inkişafa və sabitliyə təkan verən “Əsrin müqaviləsi” bunun əyani göstəricisidir. BP-nin Azərbaycanda və regionda həyata keçirdiyi “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Cənubi Qafqaz Boru Kəməri” layihələri vaxtında və uğurla həyata keçirilib və bu layihələrdən ölkəmiz böyük mənfəət əldə edib. Şahin Mustafayev bu layihələrin Azərbaycanın Avropanın enerji təminatında rolunu əhəmiyyətli dərəcədə artırdığını qeyd edib. Neft gəlirləri, o cümlədən BP ilə birgə reallaşdırılan layihələr hesabına əldə olunan vəsait Azərbaycan üçün prioritet olan qeyri-neft sektorunun və insan kapitalının inkişafına yönəldilib, sosial layihələr həyata keçirilib.
BP-nin podratçısı olan şirkətlərdən birinin Sumqayıt Kimya Sənaye Parkında xidmət və istehsal sahəsində fəaliyyət göstərməkdə maraqlı olduğunu qeyd edən Şahin Mustafayev yaradılmış əlverişli şərait və görülən işlərlə yaxından tanış olması üçün Qəri Consu SKSP-yə dəvət edib. İqtisadiyyat naziri SKSP-də görülən işlər, sənaye parkında yaradılan müasir Peşə Tədris Mərkəzi barədə məlumat verib, mərkəzin 2018-ci ildə fəaliyyətə başlayacağını diqqətə çatdırıb. Bildirilib ki, BP tələb olunan ixtisaslı kadrların hazırlanması üçün Peşə Tədris Mərkəzinə sifarişlər verə bilər. Bundan başqa, BP-nin sənaye sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə əməkdaşlığının genişləndirilməsi məqsədəuyğundur.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons diqqətə çatdırıb ki, BP uzun müddətdir Azərbaycanla uğurlu əməkdaşlıq edir. Bu müddət ərzində Azərbaycan inkişaf edib və regiondakı rolu yüksəlib. Qəri Cons Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının hazırda da uğurla davam etdirilməsinin təqdirəlayiq olduğunu bildirib. BP-də çalışan işçilərin 90 faizinin yerli kadrlar olduğunu qeyd edən şirkət təmsilçisi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Diplomatik Akademiyasında müxtəlif sahələrdə, eləcə də sənaye sektoru üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə müasir şərait yaradıldığını, bunun gələcəkdə də yüksək səviyyəli kadr hazırlığında önəmli olacağını qeyd edib. Qəri Cons BP-nin ölkəmizdə həyata keçirdiyi və nəzərdə tutulan layihələr barədə məlumat verib, şirkətin neft-qaz sahəsi ilə yanaşı, Azərbaycanda həyata keçirilən müxtəlif sosial layihələrdə iştirakını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-BP əməkdaşlığının gələcək perspektivlərinə, həyata keçirilən enerji layihələrinə, eləcə də dünya enerji bazarındakı son vəziyyətə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxElm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01

