/ / Kənd təsərrüfatı naziri “AqroMərkəz” təşkilatının və “Texas A&M” Universitetinin mütəxəssisləri ilə görüşüb
Kənd təsərrüfatı naziri “AqroMərkəz” təşkilatının və “Texas A&M” Universitetinin mütəxəssisləri ilə görüşüb
04.05.2018 [10:21]
Mayın 3-də kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzi (“AqroMərkəz”) və ABŞ-ın “Texas A&M” Universitetinin mütəxəssisləri ilə görüşüb. Görüşün məqsədi Azərbaycanda pambıq istehsalının səmərəli təşkili ilə bağlı müzakirələrin aparılması və bu sahədə milli platformanın yaradılması olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir İnam Kərimov qonaqları salamlayaraq ölkəmizdə pambıqçılığın kənd təsərrüfatının prioritet sahəsi olduğunu qeyd edib və bu sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatların, həmçinin “AqroMərkəz” təşkilatının həyata keçirdiyi layihəyə dəstək veriləcəyini nəzərə çatdırıb.
Nazir pambıqçılıqla yanaşı, kənd təsərrüfatının digər sahələrinin də - məhsul istehsalının artırılması, analitik təhlillərin aparılması, mövcud problemlərin həlli ilə bağlı təkliflərin hazırlanması, aqrodəstək tədbirlərinin səmərəliliyinin yüksəldilməsi və eyni zamanda, aqrar məhsulların ticarətinin optimallaşdırılmasının, ümumilikdə, kənd təsərrüfatı sektorunun inkişafına təsir edəcəyini bildirib.
“AqroMərkəz” haqqında məlumat verən qonaqlar bildiriblər ki, təşkilat 2017-ci ildə Azərbaycanın strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı məhsulları üzrə infrastrukturun gücləndirilməsi, bu sahədə təlim və tədris sisteminin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Həmçinin qonaqlar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri ilə birlikdə regionlara səfər edərək, pambıq istehsalının təşkili ilə əlaqədar ilkin məlumat əldə etdiklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, “Texas A&M” Universitetinin mütəxəssislərinin ölkəmizə səfərinin məqsədi “AqroMərkəz” təşkilatının nümayəndələri ilə birlikdə ölkəmizdə pambıq istehsalının səmərəli təşkili ilə əlaqədar araşdırma aparmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30

