Bu qış abonentlər fasiləsiz elektrik enerjisilə təchiz olunacaqlar
06.10.2009 [09:29]
Müasir dövrdə hər bir ölkənin enerji təhlükəsizliyi onun müstəqil, dinamik və stabil inkişafına yol açan mühüm amildir. Əlbəttə ki, bu sahədə müəyyən maraqlara sahib bir ölkədən asılılıq olduqda enerji təhlükəsizliyini təmin etməmiş dövlətin daxilində müxtəlif istiqamətli mənfi hadisələr baş qaldıra bilər. çünki enerji birbaşa olaraq, dövlətin əsas sənaye və istehsal sahələrinin işləməsinə, insanların həyat şəraitinin normal təminatına yol açır. Bu olmadıqda isə həm dövlətin istehsal sahələrində iş dayanır, həm də insanlar hakimiyyətə münasibətdə mənfi mövqe ortaya qoyurlar. Bunun bir çox nümunələrini göstərə bilərik...
Bir sözlə, bu cür problemlərlə qarşılaşmamaq üçün dövlətlər ilk növbədə enerji təhlükəsizliyini təmin etməlidirlər. Bu baxımdan Azərbaycanı və onun insanlarını xoşbəxt saymaq olar. çünki Azərbaycan artıq bir neçə ildir ki, enerji təhlükəsizliyini tam şəkildə təmin edib. Azərbaycan 2 il öncə digər ölkələrdən qaz, elektrik enerjisi idxal etdiyi halda, bu gün artıq dövlətimiz enerjidaşıyıcılarının böyük ixracatçısına çevrilib...
Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin ölkənin qışa hazırlığı ilə bağlı məsələlərə böyük diqqət ayırması sırf bu sahədə insanların fasiləsiz olaraq enerji ilə təmin olunmasına gətirib çıxarıb.
Qeyd edək ki, Bakı şəhərinin elektrik şəbəkələrinin yenidən qurulması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinin icrası ilə əlaqədar “Bakıelektrikşəbəkə” ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Paytaxtı elektrik enerjisi ilə təmin edən ən vacib 110 kV-luq hava xətlərində əsaslı təmir işləri aparılıb. Belə ki, “Xırdalan” - 203, “Müşfiq” - “Bayıl”, “Müşfiq-Dağlıq” və “Müşfiq” - “Yasamal-1” 110 kV-luq ikidövrəli hava xətlərində dayaqlar əsaslı təmir olunub, istismara yararsız naqillər yeni 300 mm2 en kəsikli naqillərlə əvəz edilib. Bütövlükdə 30 km-dən çox 110 kV-luq ikidövrəli hava xətləri tamamilə yenidən qurulub.
“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti dövründə müasir elektrik avadanlıqları ilə təchiz edilmiş 9 ədəd 110 kV-luq yarımstansiya tikilib istismara verilib. Əzizbəyov rayonunda 110/35/10 kV 2x40 MVA gücündə “Buzovna”, Nərimanov rayonunda 110/35/6 kV-luq 2x50 MVA gücündə 203 saylı, 110/35/10 kV-luq 2x40 MVA gücündə 215 saylı, Səbail rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Şıx” və 110/35/10 kV-luq 2x50 MVA gücündə “İçərişəhər”, Əzizbəyov rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Hava limanı” yarımstansiyaları tikilib istismara verilib. Bu yarımstansiyaları qidalandırmaq üçün ümumi uzunluğu 50 km-ə yaxın 2 dövrəli 110 kV-luq hava xətləri çəkilib. Şəhərin böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən “Dağlıq” yarımstansiyasına hər birinin uzunluğu 3.2 km olan 6 ədəd 110 kV-luq kabel xətləri çəkilib.
ötən dövr ərzində 18 ədəd 35 kV-luq yarımstansiya tikilib istismara verilib (“Savalan”, “Sabunçu”, “Xaşa-Xuna”, “Zirə bağlar”, “Bilgəh”, “Amburan”, 430, 200,431, 407, 226, 119 saylı, “Sahil”, “Nərimanov”), 110 kV-luq “Yasamal-1”, 35 kV-luq 117 və 99 saylı yarımstansiyalarda yenidənqurma işləri aparılıb. Yeni inşa edilmiş 35 kV-luq y/st-nin qidalanması üçün 100 km-ə yaxın 35 kV-luq kabel xətti, 40 km-dən çox 35 kV-luq hava xətləri quraşdırılıb.
Hal-hazırda 110 kV-luq “Liman”, “Hoca Həsən”, 35 kV-luq “Şağan” və “Türkan-1” yarımstansiyalarının tikintisi, 110 kV-luq 227 saylı və 35 kV-luq 116 saylı yarımstansiyalarda yenidənqurma işləri aparılır. ötən dövr ərzində “Bakıelektrikşəbəkə” ASC tərəfindən 78 ədəd transformator məntəqəsi inşa edilib, 277 ədəd transformator məntəqəsi isə əsaslı təmir olunub. Əhalinin elektrik təchizatının yaxşılaşdırılması üçün 10-6/0,4 kV-luq 800 ədəd yeni transformator quraşdırılıb və ya daha güclüsü ilə əvəz edilib. Görülmüş işlər nəticəsində şəbəkənin gücü artıb, 2006-ci illə müqayisədə 2009-cu ilin I yarımilliyində şəbəkənin qoyulmuş gücü 27 faizə qədər artaraq, hal-hazırda 4186 MVA təşkil edir.
Əhalini keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək, elektrik enerjisi haqlarının maksimum yığımına nail olmaq məqsədilə “Bakıelektrikşəbəkə” ASC tərəfindən 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması üçün özünüdaşıyan izolyasiyalı naqillərdən (öİN) istifadə edilir. Bu məqsədlə özünüdaşıyan naqillərlə 1671 km magisrtal, 1539 km abonent xətləri çəkilib, 41 mindən artıq dayaq basdırılıb. Yeni qurulan bu şəbəkələrdə 75 mindən artıq abonentə elektron tipli sayğac quraşdırılıb. ümumilikdə isə, fəaliyyəti dövründə ASC 400 mindən artıq sayğac quraşdırıb. Paylayıcı şəbəkədə aparılmış əsaslı yenidənqurma, təmir-tikinti işlərinin nəticəsində, xüsusilə, istehlakçılarla elektrik enerjisinin uçotunun aparılmasında müasir texnologiyaların tətbiqi sayəsində israfçılığın qarşısı alınıb, elektrik enerjisinin realizə olunmasında, az itki ilə istehlakçılara çatdırılmasında, satılan elektrik enerjisinin dəyərinin ödənilməsində əsaslı irəliləyişlərə nail olunub.
Görülən işlər nəticəsində abonentlər bu qış ötənilkinə nisbətən fasiləsiz, daha keyfiyyətli və dayanıqlı elektrik enerjisilə təchiz olunacaqlar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

