Kənd təsərrüfatı məhsullarının istehsalında 3 faizlik artım qeydə alınıb
31.10.2009 [11:25]
Son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişafda aqrar sahənin də özünəməxsus yeri var. Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirən kənd təsərrüfatı naziri, YAP Siyasi Şurasının üzvü İsmət Abbasov bildirib ki, nazirlik ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylə çalışır. Onun sözlərinə görə, bu il hava şəraitinin qeyri-sabit keçməsi səbəbindən kənd təsərrüfatına da müəyyən ziyan dəyib. Amma bununla belə, cari ilin ötən dövrü ərzində kənd təsərrüfatı məhsullarının istehsalında 3 faizlik artım qeydə alınıb. İlin sonuna qədər bu göstəricinin artması gözlənilir.
“Kənd təsərrüfatının inkişafı üçün müəyyən məsələlər var ki, onlar gələcəkdə həll olunacaq və bununla da, ölkənin ərzaq təhlükəsizliyi tam təmin ediləcək” - deyən İ.Abbasov əlavə edib ki, aqrar sahənin inkişafında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar başlıca rol oynayır. “Bu sənədlərə əsasən, “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət texnikaların, gübrələrin alınıb fermerlərə verilməsi və s. məsələlərin həll olunması istiqamətində səmərəli fəaliyyət göstərir. indiyədək bu məqsədlə Səhmdar Cəmiyyət üçün 210 milyon 500 min manat vəsait ayrılıb. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi məqsədilə yanacaq və motor yağlarının alınması üçün hər hektara görə 40 manat konpensasiya verilir, eləcə də, gübrələr güzəştlərlə satılır. Həmçinin, “Aqrolizinq” tərəfindən verilmiş texnikaların icarə müddəti 5 ildən 10 ilə qədər artırılıb. Bitkiçilik sahəsində toxumçuluğa xüsusi diqqət yetirilir. Əgər keyfiyyətli toxum olmasa, məhsuldarlıq aşağı olar. Ona görə də, bu məsələyə böyük önəm verilir” - deyə o, vurğulayıb.
Fermerlərin öz məhsullarını sata bilməməsinə gəlincə, nazir belə bir problemin olduğunu söyləyib. Və qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. O, xatırladıb ki, bu il ölkədə rekord həddə taxıl istehsal olunub. Belə ki, istehsal olunmuş 3 milyon tona yaxın taxıl məhsullarının 2 milyon tondan çoxu ərzaq buğdasının payına düşür. İ.Abbasov onu da bildirib ki, bu ilin ötən dövründə bitkiçilikdə 3,3, heyvandarlıqda isə 2,2 faiz artım müşahidə olunub. Onun sözlərinə görə, Almaniyadan 770 baş cins mal-qara alınıb və artıq həmin damazlıq heyvanlardan 600 bala alınıb: “Bu heyvanlar gündəlik 25-30 litr süd verir. Ona görə də, cins mal-qaranın inkişaf etdirilməsi zəruridir. Doğrudur, həmin heyvanlardan 70-dən çoxu tələf olub, amma bu, onların bizim iqlimə uyğunlaşmaması ilə bağlı deyil. Sadəcə, onlara lazımı diqqət göstərilməyib. İndi isə bu heyvanların sayı 1300-ə qədərdir”.
Nazir bu il yalnız böstan bitkilərinin və pambıqçılıq istehsalında müəyyən geriləmələrin olduğunu deyib.
İ.Abbasov indiki şəraitdə çörəyin qiymətinin ucuzlaşması ilə bağlı sualları da cavablandırıb. O, bildirib ki, ərzaq buğdasının qiymətinin dünyada, o cümlədən, Azərbaycanda iki dəfə aşağı düşdüyü halda, çörəyin qiymətinin ucuzlaşması baş verməlidir: “Kənd Təsərrüfatı Nazirliyi qiymət siyasəti həyata keçirən orqan deyil. Bununla belə, hesab edirəm ki, çörəkbişirmə sənayesində reallıqlar nəzərə alınmalıdır. ölkədə il ərzində 1 milyon 600 min ton ərzaq buğdasına tələbat olduğu halda, cari il ərzində 2 milyon 130 min ton ərzaq buğdası istehsal olunub. Bu amil çörəyin qiymətində də özünü göstərməlidir. Eyni zamanda, vurğulamaq istəyirəm ki, Azərbaycanda istehsal olunan ərzaq buğdası keyfiyyətinə görə heç bir ölkənin məhsulundan geri qalmır”.
Nazirin sözlərinə görə, süni qiymət artımının qarşısını almaq məqsədilə Bakı şəhərində 2006-cı ildən etibarən kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. İndiyədək ümumilikdə 343 belə yarmarka təşkil olunub. O, qeyd edib ki, gələcəkdə də bu cür yarmarkaların təşkili davam etdiriləcək.
İ.Abbasov onu da vurğulayıb ki, 2010-cu ilin dövlət büdcəsində cari illə müqayisədə aqrar sahəyə ayrılmış vəsaitin həcmi azalmayacaq. Əksinə, gələn ilin dövlət büdcəsində aqrar sahə üçün vəsaitin həcmi 1,1 faiz artacaq. Nazir bildirib ki, bu artım aqrar sahədə elmi məsələlərlə məşğul olan şəxslərin əməkhaqlarının yüksəldilməsinə sərf olunacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

