Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclasında inzibati məsələlər müzakirə edilib
29.01.2019 [09:53]
İclasda şuranın www.ards.az portalının yeni imkanları təqdim olunub
Kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclası İşgüzar Şuranın idarə heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd edib. S.Qurbanov cari ildə Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulayıb.
İclas inzibati məsələlərin müzakirəsi ilə davam edib.
Səsvermə zamanı “Logistika”, “Qida məhsulları və kənd təsərrüfatı”, “Sertifikatlaşdırma və gömrük proseduraları” komissiyalarının sədrləri Natiq Heydərov, İsmayıl Orucov və Namiq Tağıyev seçilib. Həmçinin N.Heydərov idarə heyətinin sədr müavini seçilib.
Daha sonra Azərbaycan-Rusiya İşgüzar Şurasının www.ards.az portalının yeni imkanlarının təqdimatı keçirilib. İşgüzar Şura haqqında ətraflı məlumatla yanaşı, portal şura üzvlərinə “Şəxsi kabinet” vasitəsilə geniş funksiyalar təqdim edir. Belə ki, “Şəxsi kabinet”də elektron qeydiyyat funksiyası ilə tədbirlər proqramı yerləşdiriləcək. Bundan əlavə, şura üzvləri Rusiya şirkətlərindən əməkdaşlıq təkliflərinə xüsusi giriş imkanı əldə edəcək və yeni tərəfdaşlarla əlaqə yaratmaq üçün “Maraqlı olduğunu bildirmək” funksiyasından istifadə edə biləcəklər. Həmçinin “Şəxsi kabinet”də şura üzvləri bildirişlər alaraq, habelə məktub və sorğular göndərərək şura rəhbərliyi ilə ünsiyyət qura biləcəklər.
İclasın yekun hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr planını müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

