/ / Bakıda Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 8-ci iclası keçirilib
Bakıda Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 8-ci iclası keçirilib
01.02.2019 [09:45]
Yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 8-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, Almaniya tərəfindən isə Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət üzrə idarəsinin baş direktoru Ekhard Franz həmsədrlik edib.
İşçi Qrupun həmsədri, iqtisadiyyat nazirinin müavini R.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. O, uğurla aparılan iqtisadi islahatların davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaratdığını, görülən işlərin ölkəmizin xarici investisiyalar üçün cəlbediciliyini daha da artırdığını, qazanılan uğurların beynəlxalq hesabatlarda da öz əksini tapdığını diqqətə çatdırıb, əlverişli biznes və investisiya mühiti, iqtisadi sahədə aparılan islahatlar, onların uğurlu nəticələri barədə danışıb.
R.Məmmədov Azərbaycan-Almaniya əlaqələrinin genişlənməsində yüksək səviyyəli rəsmi səfərlərin və işgüzar görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi və ticarət tərəfdaşıdır və Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 70 faizi Azərbaycanın payına düşür.
Onun sözlərinə görə, ölkələrimiz iqtisadiyyatın bir sıra sahələri üzrə uğurlu əməkdaşlıq edir və əlaqələrin inkişafı üçün imkanlar genişdir.
“Almaniya şirkətləri Bakı-Tbilisi-Qars dəmir yol xəttinin və Bakı Beynəlxalq Ticarət Limanının, Şərq-Qərb Dəhlizinin, həmçinin Ələtdə yaradılacaq xüsusi iqtisadi zonanın imkanlarından istifadə edə, Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yararlana bilərlər”, - deyə R.Məmmədov vurğulayıb.
Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət üzrə idarəsinin baş direktoru, İşçi Qrupun həmsədri E.Franz iclas çərçivəsində müzakirə edilən məsələlərin Almaniya-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını deyib, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.
İclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 7-ci iclasından ötən müddətdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əlaqələrin genişləndirilməsi istiqamətləri, energetika, sənaye, kənd təsərrüfatı, qida təhlükəsizliyi, İKT, nəqliyyat, ətraf mühitin mühafizəsi, investisiya, ticarət, turizm, təhsil, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı, eləcə də ölkəmizdə yaradılan sənaye parklarında alman şirkətlərinin iştirak imkanları, Azərbaycanın qeyri-neft məhsullarının Almaniyaya ixracının genişləndirilməsi və sair məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35

