/ / Bakıda “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum” keçirilib
Bakıda “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum” keçirilib
07.03.2019 [10:34]
Martın 6-da Bakıda “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum” keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda aparılan iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, keçən il Azərbaycan iqtisadiyyatında 1,4 dəfə artım qeydə alınıb. Qeyri-neft sektorunda 2 faizdən çox, kənd təsərrüfatında isə 3 faizdən artıq iqtisadi artım Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, aparılan islahatların nəticəsi kimi qiymətləndirilir.
Baş nazirin müavini qeyd edib ki, hər il Azərbaycanın əmək bazarına 100 min işçi qüvvəsi daxil olur. Bir neçə il sonra isə 120 minədək işçi qüvvəsi daxil olacaq. Bu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kiçik və orta sahibkarlığın inkişafı nəticəsində baş verəcək.
Ə.Əhmədov Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb və “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar sırasında Dünya Bankının xüsusi yeri olduğunu deyib. Bildirib ki, indiyədək Azərbaycanda həyata keçirilən layihələrə Dünya Bankından 4 milyard dollardan çox vəsait cəlb olunub. 1990-cı ildən bu vaxtadək Dünya Bankı ilə 50-dən çox layihə icra edilib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin yüksək qiymətləndirildiyini və Azərbaycanın digər ölkələr üçün örnək olduğunu qeyd edib.
M.Tembon ölkəmizdə həssas qrupların rifah halının yaxşılaşdırılması sahəsində atılan addımların təqdirəlayiq olduğunu deyib. O, Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndirdiklərini, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatların mühüm əhəmiyyət kəsb etdiyini, bu islahatlar prosesində Dünya Bankı ilə birgə işlərin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib.
“Rəqəmsal ödənişlərin artırılması və nağdsız cəmiyyətə gedən yol” mövzusunda təqdimatla çıxış edən Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanovanın sözlərinə görə, qarşıdakı 5 ildə Azərbaycanda nağdsız ödənişlərin 52 milyard manatadək artacağı nəzərdə tutulur. O qeyd edib ki, eyni zamanda, nağd iqtisadiyyatın çəkisinin 34 faiz azaldılması planlaşdırılır. Son 3 ildə Milli ödəniş sistemi üzrə aparılan dövriyyə 79 faiz artaraq 274 milyard manat olub. Həmin dövrdə kart ödənişlərində nağdsız dövriyyə isə 136 faiz artaraq 2,8 milyard manata çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov agentliyin fəaliyyəti, görülən işlər barədə məlumatlandırıcı təqdimat edərək bildirib ki, “KOB Dostu” şəbəkəsinin, sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi, KOBİA-nın çoxsaylı dəstəklərinin, biznesdən-biznesə xidmətlərin vahid məkanda təşkili ilə bağlı KOB evlərinin təşkili istiqamətində aktiv iş aparılır.
“Hazırda 12 “KOB Dostu” fəaliyyət göstərir, bu il Bakıda ilk KOB evi fəaliyyətə başlayacaq. Agentliyin fəaliyyətinin mühüm istiqamətlərindən biri də müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və bu prosesdə KOBİA olaraq KOB maraqları baxımından çıxış etməkdir. Agentliyin təklifləri əsasında “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun layihəsi hazırlanıb, Vergi Məcəlləsinə KOB-lar üçün bir sıra yeni güzəştləri nəzərdə tutan dəyişikliklər edilib, KOB-ların müəyyənləşdirilməsi üçün yeni meyarlar təsdiqlənib, kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklər olunub”, - deyə O.Məmmədov vurğulayıb.
Sonra Dünya Bankının nümayəndələri, dünya iqtisadiyyatının bəzi sahələri və bu sahələrdə Azərbaycanın tutduğu mövqe barədə təqdimatlarla çıxış edib.
Forum öz işini panel iclasla davam etdirib. İclasda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Dünya Bankı ilə uzun illər ərzində həyata keçirilən səmərəli əməkdaşlıq məsələlərini önə çəkərək bildirib ki, bank 25 ildən artıq müddətdə ölkəmizdə iqtisadi islahatların uğurla aparılmasına, xüsusilə infrastruktur quruculuğu, aqrar inkişaf və inzibati idarəetmənin təkmilləşməsinə mühüm töhfə verib.
E.Rüstəmov dayanıqlı iqtisadi artıma nail olmaqda makroqitisadi sabitliyin rolu, bütövlükdə makroiqtisadi siyasətdə son meyillər, xüsusilə də pul siyasəti sahəsində islahatlara toxunaraq qeyd edib ki, ötən dörddəbir əsrə yaxın bir dövrdə Azərbaycanda dövlət və iqtisadi quruculuq sahəsində görülmüş işlər, yaradılmış milli potensial onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni strateji dövrün çağırışlarına da layiqli cavab veriləcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda qeyri-formal məşğulluqla mübarizənin müsbət nəticələri barədə məlumat verib.
“Bu ilin yanvar-fevral aylarında əmək müqavilələrinin sayı 53 min artıb. Qeyri-formal məşğulluqla mübarizə tədbirləri və görülən çoxşaxəli işlər nəticəsində ötən il əmək müqavilələrinin sayı 90 mini ötüb. Bu ilin ilk iki ayında isə əmək müqavilələrinin sayı 53 min artıb. Bu müqavilələrin 13 mini dövlət, 40 mini isə özəl sektorun payına düşür”, - deyə nazir vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə bildirib ki, Azərbaycanda iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən müəyyən edilib. Ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, dərin iqtisadi şaxələndirmə, sənayeləşmənin genişləndirilməsi, sahibkarlığın inkişafı, bunun üçün institusional dəstək mexanizmlərinin təkmilləşdirilməsi və genişləndirilməsi, Azərbaycan iqtisadiyyatının ixrac potensialının artırılması, sənaye sahəsində məşğulluğun genişləndirilməsi barədə danışan nazir müavini gələcəkdə görüləcək işləri qeyd edib.
“Ölkə başçısı tərəfindən qəbul edilən strateji sənədlərin, strateji yol xəritələrinin, dövlət proqramlarının, fərman və sərəncamların icrası istiqamətində sistemli işlər həyata keçirilib, kompleks tədbirlər görülüb, gələcəyə inkişaf üçün baza yaradan nailiyyətlər əldə olunub. Sahibkarlıq sahəsində dövlət tənzimlənməsinin, dövlət nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar bir daha nəzərdən keçirilib”, - deyə N.Səfərov vurğulayıb.
Azərbaycanda yaradılan sənaye məhəllələri və sənaye parkları barədə məlumat verən N.Səfərov deyib ki, Azərbaycanda 5 sənaye parkı, 4 sənaye məhəlləsi var. Təkcə Sumqayıt Kimya Sənaye Parkında 3 milyard dollar həcmində investisiya yatırılıb və burada yerləşən müəssisələrdə 6 minədək insan çalışır.
Forumda iqtisadiyyatın şaxələndirilməsi, əsasən də özəl sektorun bu prosesdəki rolu barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

