Bakıda Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib
05.04.2019 [09:42]
Aprelin 4-də Bakıda aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratdığını, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya arasında əlaqələrin strateji səviyyədə olduğunu deyib. Qeyd edib ki, təkcə ötən il ərzində Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüb. Prezident İlham Əliyev Rusiyaya 3 səfər edib, Rusiya Prezidenti Vladimir Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Bu görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib, bir sıra mühüm sənədlər imzalanıb. Dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı səfərləri də qarşılıqlı əməkdaşlığa verilən böyük önəmin göstəricisidir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ikitərəfli əməkdaşlığın inkişafında önəmli rol oynayır.
Nazir diqqətə çatdırıb ki, dövlət başçılarının ötən il Soçidə keçirilmiş görüşü zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın inkişafı barədə saziş imzalanıb. Ş.Mustafayev bu gün (dünən - red.) keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından önəmini qeyd edib.
Vurğulayıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz artaraq 2,5 milyard dollardan çox olub. Artım tendensiyası bu il də davam edib. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün tədbirlər görülür: “Rusiyada Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir, ticarət evləri mexanizmi tətbiq olunur. İşgüzar əlaqələrin genişləndirilməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının səmərəli fəaliyyəti mühüm rol oynayır”.
İqtisadiyyat naziri əlaqələrin inkişafında Bakıda açılmış Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin fəaliyyətini, bu ilin martında “Qazprombank”ın Azərbaycana investisiya imkanlarına dair biznes seminar keçirildiyini bildirib.
İnvestisiya qoyuluşu sahəsində ölkələrimizin uğurlu əməkdaşlıq etdiyini qeyd edən nazir hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 700-dək Rusiya kapitalı müəssisənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1,2 milyard dollardan çoxdur: “Ölkəmiz Rusiya ilə sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verir. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdən sayılır.
Rusiyanın sənaye və ticarət naziri Denis Manturov Azərbaycan və ölkəsinin strateji tərəfdaşlar olduğunu, iki ölkə prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
D.Manturov Rusiya tərəfdən 60-dan çox şirkətin iştirakı ilə keçirilən sənaye əməkdaşlığı forumunun, aparılan müzakirələrin iqtisadi sferada qarşılıqlı faydalı birgə fəaliyyət baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Rusiyalı nazir ötən ilin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından uğurlu olduğunu və Rusiya-Azərbaycan tərəfdaşlığının daha da güclənəcəyinə əminliyini bildirib. D.Manturov bir sıra sahələrdə, o cümlədən ticarət və investisiya sahəsində müsbət dinamikanın olduğunu qeyd edərək, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkələrimiz arasında neft-qaz maşınqayırması, İKT, kənd təsərrüfatı, nəqliyyat və sair sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial var.
Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb və Azərbaycan-Rusiya İşgüzar Şurasının bu istiqamətdə fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələrin, iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edilir.
S.Qurbanov diqqətə çatdırıb ki, Azərbaycan-Rusiya İşguzar Şurasının əsas prioritetlərindən biri Rusiya şirkətləri ilə Azərbaycanda birgə müəssisələrin yaradılması və istehsal olunacaq məhsulların yerli bazarda satışının və üçüncü ölkələrə ixracının təşkilidir və bu istiqamətdə tədbirlər həyata keçirilir.
Rusiya İxrac Mərkəzinin direktoru Andrey Slepnev iş adamları arasında əlaqələrin genişləndirilməsinin, bu istiqamətdə yüksək texnologiyaların tətbiqinin önəmini diqqətə çatdırıb. Qeyd edib ki, Rusiya iş adamları azərbaycanlı tərəfdaşlarla əməkdaşlığın inkişafında maraqlıdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verib.
Forum çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, Sumqayıt Texnologiyalar Parkı və “Transmaşholdinq” arasında əməkdaşlıq haqqında memorandum, “AzOkso” ilə “ServiceInvest” arasında hasarlama sistemlərinin qurulmasına dair memorandum imzalanıb.
Forum öz işini “Rəqəmsal texnologiyalar”, “Neft maşınqayırması” və “Kənd təsərrüfatı maşınqayırması” mövzularında sessiyalarla davam etdirib.
Həmin gün iqtisadiyyat naziri Ş.Mustafayev Rusiyanın sənaye və ticarət naziri D.Manturovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələrimizin sənaye potensialı, bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Ş.Mustafayev Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasəti, ölkəmizin sənaye potensialı, yaradılmış sənaye parkları və məhəllələri, birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.
D.Manturov ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə maşınqayırma, nəqliyyat, kənd təsərrüfatı texnikası istehsalı, gəmiqayırma, kimya sənayesi və əczaçılıq, aqrar məhsul istehsalı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, müxtəlif sahələrdə birgə müəssisələrin təşkili, Azərbaycan sənaye məhsullarının ixracının artırılması, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi və sair məsələlər müzakirə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19

