/ / Romada Azərbaycanla İtaliyanın iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib
Romada Azərbaycanla İtaliyanın iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib
16.01.2020 [09:46]
Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında çıxış edən Energetika naziri Pərviz Şahbazov Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə münasibətlərinin uğurla inkişaf etdiyini deyib. İtaliya ilə münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya, 2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Bakıya və Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya səfərlərinin mühüm rolu vurğulanıb. Bildirilib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 9,7 faiz artıb. Artım tendensiyası 2019-cu ilin 9 ayında da davam edib və 10,5 faizlik artım müşahidə olunub. Ölkəmizdə müxtəlif sahələrdə 113 İtaliya şirkəti qeydiyyata alınıb.
Energetika naziri indiyə kimi İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dolları, Azərbaycandan isə İtaliyaya 1,7 milyard dollar investisiya yatırıldığını diqqətə çatdırıb.
İtaliya ilə iqtisadi tərəfdaşlığın ilk növbədə enerji sektoruna əsaslandığını və ölkəmizin İtaliyanın neft üzrə əsas təchizatçılarından biri olduğunu, SOCAR tərəfindən son 2 ildə İtaliya istiqamətində Azərbaycan mənşəli 15,9 milyon ton xam neft, 189 min ton neft məhsulları və 43,7 min ton neft-kimya məhsullarının təchiz edildiyini, mühüm enerji layihələrimizdə İtaliya şirkətlərinin iştirakını vurğulayan nazir enerji əməkdaşlığını möhkəmləndirən layihə kimi TAP-ın əhəmiyyətindən danışıb: “Bu il Cənub Qaz Dəhlizi istismara veriləcək və bu, ölkələrimiz, tərəfdaşlarımız, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji əhəmiyyətə malikdir. Layihə üzrə işlərin 90 faizdən çox icrası İtaliya hökumətinin layihəyə dəstəyinin göstəricisidir. Bütün icazələrin verilməsinə, quruda və dənizdə tikinti işlərində irəliləyişlərə görə İtaliya hökumətinə təşəkkür edirik. İnanırıq ki, birgə səylərimiz TAP layihəsinin vaxtında başa çatmasını təmin edəcək. Təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji ilə təminat, eləcə də dekarbonizasiya kimi məsələlərin həllinə də töhfə veriləcək”.
Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, inkişaf göstəriciləri, iqtisadiyyatın şaxələndirilməsi və biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində görülən tədbirlərdən də bəhs edib. İtaliya şirkətlərini ölkəmizdə mövcud olan iqtisadi imkanlardan faydalanmağa, enerji ilə yanaşı, qeyri-neft sektoru, yeni texnologiyalar, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət istiqamətləri üzrə əməkdaşlıqda iştiraka dəvət edib.
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano isə bildirib ki, komissiyanın iclası mövcud əməkdaşlığın dəyərləndirilməsinə və yeni istiqamətlər üzrə əlaqələrin inkişafında mühüm rol oynayacaq. Azərbaycan iqtisadi və enerji sahələrində İtaliyanın regionda diqqət yetirdiyi vacib ölkələrdən biridir.
İclasda ticarət-iqtisadi, enerji, infrastruktur-nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə tədbirlər müəyyənləşdirilib. AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondu və İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkanları nəzərdən keçirilib.
Hökumətlərarası Komissiyasının 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano imzalayıblar.
Hökumətlərarası Komissiyanın iclası çərçivəsində P.Şahbazov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici di Maio, İqtisadi İnkişaf naziri Stefano Patuanelli və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano ilə görüşüb. Görüşlərdə hökumətlərarası komissiyanın 5-ci iclasının yekunları müzakirə edilib, siyasi-iqtisadi əlaqələrin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-İtaliya ticarət iqtisadi tərəfdaşlığının, xüsusilə də enerji sahəsində strateji xarakter daşıdığı, hökumətlərarası komissiyanın iclasının və keçirilən görüşlərin bu münasibətləri möhkəmləndirən mühüm addımların atılmasını təmin edəcəyi qeyd olunub.
Energetika naziri, həmçinin İtaliyanın “Maire Tecnimont”, “Ansaldo Energia”, “Tenaris” və “Technip İtaly” də daxil olmaqla 8 şirkətinin rəhbərləri ilə də görüşlər keçirib.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

