İslam İnkişaf Bankı Azərbaycanda yeni investisiya layihələrini maliyyələşdirəcək
23.06.2010 [11:03]
İslam İnkişaf Bankı (İİB) ilə sıx münasibətlərə malik olan Azərbaycan son illərdə birgə əməkdaşlıq layihələrinin həcmini daha da intensivləşdirib. İİB ölkəmizdə ən iri layihələrin maliyyələşdirilməsində aktiv iştirak edən beynəlxalq maliyyə institutu kimi Azərbaycana yönəltdiyi investisiyaların həcmini artırıb. Qeyd edək ki, sözügedən bank respublikamızda infrastruktur, energetika, yol-nəqliyyat, su təsərrüfatı, maliyyə, bank və digər bölmələrə sərmayə yatırmış nüfuzlu donorlardan hesab olunur. İİB indiyədək Böyük İpək Yolu layihəsinin, həmçinin, ən böyük elektroenergetika obyektlərinin tikintisinə və yenidən qurulmasına investisiya yönəldib.
Bank tərəfindən ayrılmış kreditlər hesabına Ucar-Yevlax və Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması layihəsi həyata keçirilməkdədir. Mingəçevir SES-in və Cənub İstilik Elektrik Stansiyasının tikintisi, eləcə də, Vəlvələçay-Taxtakörpü kanalının bərpası da bankın vəsaitləri hesabına yerinə yetirilib. İİB bölgələrdə elektrik enerjisi istehsal edən yeni stansiyaların tikintisini də maliyyələşdirməkdədir. Bundan başqa, Azərbaycanda tikinti, emal, sənaye, xidmət sahələrinin inkişafına böyük həcmdə kreditlər ayıran bank sahibkarlıq sektoruna və maliyyə-bank bölməsinə də yardım etməyi nəzərdə tutur. Xatırladaq ki, son 15 ildə bank tərəfindən Azərbaycana yönəldilmiş investisiyaların ümumi həcmi 250 milyon dolları ötüb. İİB Azərbaycanda, ümumiyyətlə, 30-a yaxın layihəni maliyyələşdirib. Hazırda yeni layihələrin reallaşması üçün qarşılıqlı müzakirələr aparılır.
Azərbaycanın ən böyük investisiya qurumlarından olan Dövlət İnvestisiya Şirkəti (DİŞ) ilə sıx əlaqələr quran İslam Bankı öz aparıcı strukturu olan İslam İnkişaf Korporasiyası ilə DİŞ arasında birgə müəssisənin yaradılmasında da əsas təşəbbüskarlardan biri olub. Yeni şirkət birgə layihələrin həyata keçirilməsi üçün mühüm proqramlar hazırlayıb. DİŞ və İslam İnkişaf Korporasiyası ölkəmizdə qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrə investisiya yatırmağı planlaşdırır və yeyinti sənayesinin inkişafı üçün davamlı tədbirlər görməyi əsas hədəf seçib. ümumiyyətlə, korporasiya ərəb kapitalının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi üçün səylərini gücləndirməyi nəzərdə tutur.
İslam İnkişaf Bankının Direktorlar Şurasının prezidenti Əhməd Məhəmməd Əli bəyan edib ki, qurum Azərbaycanla əməkdaşlıq strategiyasını dərinləşdirəcək və yeni layihələrin icrası ilə bağlı geniş məsələhətləşmələr aparılacaq. Ə.M.Əli deyib ki, Azərbaycanda yüksək inkişaf dinamikası müşahidə olunur və sabit maliyyə sistemi islam ölkələri ilə sıx inteqrasiyaya əlverişli zəmin yaradır. Azərbaycanda güclü maliyyə sisteminin mövcud olması islam dövlətlərini bu təcrübədən yararlanmağa sövq etməlidir. İİB Direktorlar Şurasının rəhbəri onu da bildirib ki, Azərbaycanda maliyyə xidməti sənayesinin inkişafı üzrə intensiv işlər aparılır və bu istiqamətdə çox böyük uğurlar əldə edilib. Onun sözlərinə görə, İİB-nin üzvlərinin qarşısında sənayenin və islam maliyyə sisteminin bütün dünya üzrə yayılmasını təmin etmək üzrə mühüm öhdəlik durur. Quruma üzv ölkələr bank maliyyələşdirilməsinin geniş miqyasda yayılma prinsipləri üçün böyük imkanlara malikdir.
Bakıda keçirilən İslam İnkişaf Bankı Direktorlar Şurasının 35-ci illik toplantısında Əhməd Məhəmməd Əli bildirib ki, Azərbaycan MDB ölkələrində biznes və investisiya imkanlarına görə, ən əlverişli sərmayə mühitinə malikdir. Yaradılmış əla biznes mühiti investisiyaların cəlb olunması üçün geniş imkanlar açır. M.Ə.Əli deyib ki, mövcud biznes atmosferası islam ölkələri ilə Azərbaycanın maliyyə strukturları və özəl sektoru arasında əməkdaşlığın dərinləşməsinə səbəb olacaq.
Tədbir zamanı İİB-ə üzv ölkələrlə respublikamız arasında qarşılıqlı müzakirələrin aparılması Azərbaycanla əməkdaşlığın daha da inkişafına stimul verəcək və yeni layihələrin maliyyələşdirilməsini sürətləndirəcək. Onu da qeyd edək ki, İİB DŞ-nın rəhbəri İslam Konfransı Təşkilatına üzv ölkələr arasında ticarətin gücləndirilməsi üçün Yol xəritəsinin hazırlanmasının vacibliyini də önə çəkib.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45

