Maliyyə xərcləri 404 mln artırıldı
12.11.2021 [10:16]
Büdcənin 15 faizi Orduya yönəldiləcək
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub. Artıq parlamentin komitələrində müvafiq mərkəzi icra qurumlarının yüksək səviyyəli rəsmilərinin iştirakı ilə gələn ilin büdcə layihəsinin müzakirələri aparılır. Noyabrın 11-də büdcə layihəsi Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında müzakirəyə çıxardılıb. Bütövlükdə, söhbət Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcə layihəsindən gedir. Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir. Sənədə əsasən, gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.
İndiki reallıqlar fonunda gələn ilin büdcəsinin 2021-ci ilin büdcəsi ilə müqayisədə artması çox mühüm göstəricidir. Məlumdur ki, yeni növ koronavirus pandemiyasının yaratdığı vəziyyət qlobal səviyyədə ölkələrin inkişafı üçün heç də arzuedilən deyil. Belə ki, məlum səbəblərə görə dünya üzrə mal və xidmətlərə istehlak azalıb ki, bu da iqtisadi aktivliyin aşağı düşməsi ilə müşayiət olunur. Baş verənlərin məntiqi nəticəsi olaraq ölkələrin gəlirləri azalır və maliyyə imkanları məhdudlaşır.
Azərbaycanın timsalında digər bir mühüm amil də var. Bu, ötən il ölkəmizin böyük Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi amilidir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan müharibə böyük həcmlərdə maliyyə vəsaitləri hesabına başa gəlib. Müharibədən çıxan bir sıra digər ölkələrin nümunəsinə əsasən, pandemiyaya qarşı mübarizəyə və Vətən müharibəsində Müzəffər Ordumuzun şanlı Qələbəsinin təmin olunmasına vəsaitlər yönəldən Azərbaycanın maliyyə imkanları məhdudlaşmalı və ölkəmiz sərt, qənaətcil büdcə siyasətinə keçməli idi. Lakin belə olmadı. Müharibə başa çatandan sonra respublikamız işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etmək üçün orada genişmiqyaslı bərpa və zəruri infrastruktur quruculuğuna start verdi. Hazırda qeyd olunan istiqamətdə layihələrin icrası intensiv şəkildə davam etdirilir. Bütün bu böyük miqyaslı işlərlə paralel şəkildə, Azərbaycanın gələn il üçün dövlət büdcəsinin layihəsində nəzərəçarpacaq həcmlərdə artımlar proqnozlaşdırılıb. Dünyada elə bir nümunə yoxdur ki, pandemiyaya qarşı sırf daxili imkanları ilə mübarizə aparan, müharibədən təzə çıxan bir ölkə həm 10 min kvadratkilometri əhatə edən bir ərazinin bərpasını həyata keçirsin, həm də növbəti il üçün öz büdcəsini böyütsün. Milli Məclisin yuxarıda qeyd olunan komitələrinin birgə iclasında da vurğulandığı kimi, yeni büdcə layihəsində əksini tapan rəqəmlər Azərbaycan dövlətinin gücünü və qüdrətini əks etdirir.
Təbii ki, müzakirələr zamanı bir sıra məqamlara aydınlıq gətirilib və konkret təkliflər səsləndirilib. Müzakirələrdə parlamentarilərin və mərkəzi icra strukturlarının təmsilçilərinin diqqət çəkdikləri mühüm məsələlərdən biri ölkəmizin müdafiə qüdrətinin artırılmasının 2022-ci ildə də diqqət mərkəzində saxlanılmasının vacibliyi ilə bağlı olub. Məğlub Ermənistanda müharibənin bu ölkə üçün acı nəticələri ilə barışmaq istəməyən və revanşist fikirlər səsləndirən müəyyən qüvvələr var. Bütün bunları nəzərə alan Azərbaycan digər qonşularla olduğu kimi, Ermənistanla da sərhədlərini möhkəmlətmək və müdafiə qabiliyyətini daha da gücləndirmək istəyir. “Vətən müharibəsində qazanılan Qələbənin nəticəsi olaraq, Azərbaycan sərhədləri bərpa olunub. Sərhədlərin qorunması məsələsi böyük əhəmiyyət kəsb edir. Bu ərazilərdə müvafiq infrastrukturların qurulması ilə bağlı xərclərin maliyyə təminatı dövlət büdcəsində nəzərdə tutulub”. Bunu gələn ilin büdcə layihəsinin birgə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir əlavə edib ki, Silahlı Qüvvələrin müdafiə təminatının daha da gücləndirilməsi üçün dövlət büdcəsi xərclərinin 15 faizi bu istiqamətə yönəldiləcək.
Mübariz
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

