Sığorta qiymətləri artırılacaqmı?
01.12.2021 [10:32]
Avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək
Nicat Dilqəmli
“Azərbaycandakı avtomobillərin 90%-dən çoxu avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanıb”.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.
“Bu səbəbdən də həmin sığorta növü üzrə sığorta şirkətlərinə müraciətlər çoxdur. Bu sahədə yeniliklər olacaq. Biz beynəlxalq təcrübəni öyrənirik. Hazırda belədir ki, sığorta hadisəsi olanda zərər görənə zərər verən kompensasiya ödəyir. Amma biz nəzərdə tutmuşuq ki, zərər görən öz sığorta şirkətinə müraciət etsin və bu da məsuliyyəti artıracaq”, - deyə o, qeyd edib.
Nəzərdə tutulan qərarın verilməsi hansı dəyişikliklərə səbəb olacağını, xüsusən də sığorta bazarında qiymət artımına necə təsir edəcəyini araşdırdıq. Ekspertlər hesab edir ki, bu qərarın qəbul edilməsi sığorta şirkətlərinin məsuliyyətini artıracaq.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli “Yeni Azərbaycan”a məsələni şərh edərkən bildirdi ki, qərar sığorta şirkətlərinin fəaliyyətlərinə təsir göstərəcək: “Bu günə kimi hansısa qəza baş verəndə zərərçəkən tərəf zərər verən tərəfin sığortalandığı şirkət tərəfindən kompensasiyanı alırdı və bu iki formada həyata keçirilirdi: ya nağd formada, ya da qarşı tərəfin əmlakını özü təmir edirdi. Və Vüsal Qurbanovun verdiyi açıqlamaya görə, zərər görən artıq bundan sonra öz sığorta şirkətinə müraciət etməlidir və düşünülür ki, bu da məsuliyyəti artıracaq. Bu, sığorta şirkətlərinin fəaliyyətlərinə təsir göstərəcək”.
İqtisadçı-ekspert müşahidə edilə biləcək qiymət artımından da danışdı: “Burada qiymət artımıyla bağlı məsələlər də ola bilər, çünki sığorta şirkəti öz müştərisinə təbii ki, müştərini əldə etmək üçün öz marjası daxilində 20-30%-lik müəyyən endirimlər edirdi. Amma bu sığortalanma prosesindən sonra hansısa qəza baş verdikdə artıq sığortalanan şəxs öz-özünü sığortaladığı sığorta şirkətindən kompensasiya alanda bu dəfə sığorta şirkətlərinin sığorta xərcləri çox olacaq və bu anlamda hər sığorta şirkəti artıq qiyməti qaldıraraq öz xərclərini kompensasiya etməyə çalışacaq. Və təbii ki, bu da həm sığorta şirkətinin, həm də sığorta olunan şəxsin məsuliyyəti?? artıracaq”.
E.Səfərli, həmçinin sözügedən qərarın sığorta şirkəti ilə sığortalanan şəxs arasında olan problemləri daha da artıra biləcəyini bildirdi: “Təbii ki, bu günə kimi sığorta şirkətlərində yaranan problemlər çox idi, xüsusilə də avtomobillərin icbari sığortasında. Düşünürəm ki, sığorta şirkətlərinə bu cür məsuliyyətin qoyulması sığorta şirkəti ilə sığortalanan şəxs arasında olan problemləri daha da artıra bilər”, - deyə ekspert bildirib.
Ekspert Elməddin Muradlı isə bildirib ki, bu qərarın verilməsi bir o qədər də əhəmiyyət kəsb etmir: “Düşünürəm ki, bu dəyişiklik bir o qədər də ciddi dəyişikliyə səbəb olmayacaq. A və ya B tərəfindən hansınınsa birinin sığortaya müraciət etməsi və ya hansısa tərəfin sığorta şirkətinin dəyən ziyanı ödəməsi mahiyyət etibarı ilə əhəmiyyət kəsb etmir. Əsas olan dəymiş ziyanın obyektiv qiymətləndirilməsidir”.
Ekspert ölkədəki sığorta-vətəndaş münasibətlərindəki ciddi problemlərdən danışıb: “Hazırda sığorta şirkətləri ilə vətəndaşlar sığorta haqqının ödənilməsində müəyyən çətinliklər yaşayırlar. Belə ki, bəzi hallarda sığorta şirkətinin zərərçəkənə dəyən ziyanı obyektiv hesablamaması vətəndaşların narazılığına səbəb olur. Bir çox halda sığorta şirkətləri qara iqtisadiyyat prinsipi ilə işləyirlər, özbaşınalıq edirlər. Belə ki, əgər avtomobilə dəymiş ziyanın məbləği məsələn, 3000 manatdırsa, hansısa şirkətlə danışaraq bu məbləğin cəmi 1000-1500 manatını ödəyir, qalan məbləği isə öz aralarında bölürlər. Nəzərə alsaq ki, hazırda ölkəmizə gətirilən avtomobillərin qiyməti artıb, onda sığorta məbləğinin yetərincə az olduğunun şahidi olmuş olarıq. İndiki avtomobillərin bəzisinin yalnız işıq faraları 1000 manat və daha çoxdur. Düşünürəm ki, bu məsələlərin üzərində işlənməsi daha yaxşı olar”, - deyə E.Muradlı fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

