Yeni qaydalar
01.04.2022 [10:08]
Su sərvətdirsə, qənaətlə istifadə olunmalıdır
Mübariz ABDULLAYEV
Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli müvafiq Qərarı ilə Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları təsdiqlənib. Sənəddə də vurğulandığı kimi, sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisə, idarə və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir.
Yeni qaydaları şərtləndirən amillər
Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkəmizdə sudan ödənişli istifadənin yeni qaydalarının təsdiqlənməsi bir sıra mühüm amillərlə şərtlənir. Son dövrlərdə dünya üzrə su ehtiyatlarının azalması öz növbəsində ondan daha səmərəli və qənaətlə istifadə edilməsi ilə bağlı yeni qlobal çağırışlar yaradıb. Ekspertlərin qənaətinə görə bu çağırışlar Azərbaycan üçün də aktualdır. Nazirlər Kabinetinin sözügedən qərarını “Yeni Azərbaycan”a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov vurğulayıb: “Cənubi Qafqazın su ehtiyatlarının cəmi 10%-i Azərbaycanın payına düşür. Bunun da 75%-i transsərhəd sularından ibarətdir. Göründüyü kimi, qonşu ölkələrin istifadə edib bizə buraxdığı çaylardan asılıyıq. Odur ki, su ehtiyatlarından səmərəli (həm də ədalətli) istifadə edilməsi üçün ciddi mexanizmə ehtiyac var. Hazırkı durumda su ehtiyatlarından necə gəldi istifadə edilmənin qarşısının alınması üçün nə isə etmək mütləq idi. Çünki iqtisadiyyatın inkişaf tendensiyası, kənd təsərrüfatı sahələrinin genişlənməsi, eləcə də əhali sayının çoxalması suya olan tələbatı gündən-günə artırır”.
Diferensial ödəmə
Bundan sonra respublikamızda sudan istifadəyə görə diferensial ödəmə qaydaları tətbiq olunacaq. Belə ki, sudan istifadə haqqı keyfiyyətdən və bir sıra digər amillərdən asılı olaraq dəyişəcək. “Yeni qaydalara görə, müxtəlif texniki vasitələrlə, eləcə də avadanlıqlardan istifadə etməklə yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər suyun həcminə görə ödəniş edəcəklər. Amma texniki qurğulardan istifadə etmədən su götürmə pulsuz olacaq. Eyni zamanda çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması kimi hallar üçün ödəniş nəzərdə tutulmur. Ümumiləşdirsək, deyə bilərik ki, hamı üçün istifadəsi mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə istifadəsi ödənişsiz olaraq qalacaq”, - deyə Eldəniz Əmirov bildirib.
Ədalətli yanaşma
Sudan istifadəyə görə diferensial ödəmə qaydalarının tətbiqi ədalətli yanaşmadır. İqtisadçı-ekspert Eldəniz Əmirov Nazirlər Kabinetinin sözügedən qərarını bu baxımdan dəyərləndirərək vurğulayıb: “Yeni qərara əsasən, psixoloji amillərdən qaynaqlanan mənfi münasibət də yox deyil. İnsanların evlərinin yanından axan çaydan nasosla su vurub təsərrüfat fəaliyyətlərində istədikləri kimi istifadə edə bilməyəcəkləri üçün məyusluq keçirmələri təbiidir. “Niyə Allahın suyunu da doyunca istifadə edə bilmərik?” kimi suallar da gözləniləndir. Amma gəlin, etiraf edək ki, birinin çaydan necə gəldi istifadə etməsi, 50 km uzaqda yaşayan digərlərinin isə susuz qalmalarını ədalətli hesab etmək olmaz. Və ya çayın başında yerləşən bir kəndin fermeri mənbədən su götürəndə bir qəpik belə ödəmirdi. Amma suyu kanallardan götürən o biri kəndin fermeri işlətdiyi su üçün pul ödəyirdi. (Çay pulsuz, kanal pulludur). Təbii ki, belə ikili yanaşma da doğru deyil”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22

