ÜDM-in formalaşmasında yeni mənbələr
07.04.2022 [09:55]
Asiya İnkişaf Bankının proqnozuna görə Azərbaycanda real ÜDM-in artım tempi 3,7% təşkil edəcək
M.FEYİZLİ
Azərbaycanda iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Davamlı şəkildə reallaşdırılan yeni nəsil islahatların məntiqi nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Bunu qlobal risklərin artdığı indiki şəraitdə milli iqtisadiyyatımızın yüksək dayanıqlılıq nümayiş etdirməsi bir daha təsdiqləyir. Milli iqtisadiyyatımızın potensialı və rəqabətliliyi nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da yüksək dəyərləndirilir. Asiya İnkişaf Bankının (AİB) Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırması buna misaldır.
Artan dinamika
AİB-in yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda real ÜDM-in artım tempi 3,7% təşkil edəcək. Bu proqnoz qurumun “Asian Development Outlook 2022” hesabatında yer alıb. Yeni proqnoz göstəricisi bankın sonuncu sentyabr proqnozu ilə müqayisədə 1,2 faiz bəndi çoxdur. 2023-cü ildə isə ÜDM istehsalında 2,8%-lik artım gözlənilir.
Hesabatda bildirilir ki, 2022-ci ildə neft hasilatının artımının daha zəif olacağı, 2023-cü ildə azalması səbəbindən karbohidrogen gəlirləri azalacaq. Qaz hasilatı, o cümlədən “Şahdəniz-2”də istehsal olunan qazın həcmi isə artacaq.
“İstehsal da daxil olmaqla sənayedə artımın 2022-ci ildə 2,5%-ə və 2023-cü ildə 2,7%-ə enəcəyi proqnozlaşdırılır. Qarabağ bölgəsində infrastrukturun yenidən qurulması üçün güclü investisiya isə tikinti sektorunun 2022-ci ildə 2,7% və 2023-cü ildə 2,5% genişlənməsinə kömək edəcək”, - hesabatda bildirilir.
Sözügedən hesabatda xidmət sektoru ilə bağlı dəyərləndirmə də müsbətdir. Sənəddə pərakəndə ticarətdən və turizmdən asılı olan xidmət sektorunun artımının 2022-ci ildə 5,2%, 2023-cü ildə 3,% təşkil edəcəyi proqnozlaşdırılır. Respublikamızda qeyri-neft sektorunun mühüm bir qolu olan kənd təsərrüfatının 2022-ci ildə 6% artacağı gözlənilir. Hökumətin yanacaq subsidiyaları və lizinq proqramının Rusiya və Ukraynadan ərzaq tədarükünün azalması fonunda yerli kənd təsərrüfatı istehsalını artıracağı proqnozlaşdırılır.
Xatırladaq ki, ötən il Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% artıb. ÜDM istehsalının 42,5%-i sənaye, 10,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4%-ini təşkil edib.
Qeyri-neft sektoru drayver rolunda
Milli Məclisin deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında Asiya İnkişaf Bankının təqdim olunan proqnozlarının ölkəmizin müsbət reallıqlarını əks etdirdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan pandemiyanın təsirlərinə baxmayaraq, 2021-ci ilin ikinci yarısında iqtisadi artımı bərpa edə bildi və 2022-ci ildə iqtisadi artımın daha da sürətlənməsi üçün zəmin yaratdı. “Müsbət məqam həm də ondan ibarətdir ki, iqtisadi artımda lokomativ rolu qeyri-neft sektoruna keçib. Qeyri-neft sektorunda artımın 8 faizdən çox olması ondan xəbər verir ki, neftdən kənar sahələrin ÜDM-in artmasına təsir imkanları genişlənir. 2022-ci ildə Azərbaycan hökuməti təxminən 4 faizlik iqtisadi artım proqnozlaşdırıb. Beynəlxalq maliyyə qurumlarının, o cümlədən AİB-nın proqnozları da buna yaxındır”, - deyə Milli Məclisin deputatı bildirib.
Vüqar Bayramovun sözlərinə görə, hazırda dünya bazarında bir qeyri-müəyyənlik var, xüsusən Rusiya-Ukrayna müharibəsi region ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq Azərbaycan prevantiv tədbirlər görməklə həmin təsirləri minimallaşdırmağa çalışır. Fikirlərinə davam edən Milli Məclisin deputatı vurğulayıb: “Ölkəmizdə iqtisadiyyata və istehlak bazarına mənfi təsirlərin azaldılmasını hədəfləyən tədbirlər görülür. Digər tərəfdən, Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri davam edir ki, bu da yeni dəyərin yaradılması baxımından çox vacibdir. Hazırda neftin dünya bazar qiyməti də yüksəkdir. Ölkəmizə əlavə gəlirlər gəlir və valyuta ehtiyatlarımız artır. Mövcud reallıqlar belə bir inam yaradır ki, Azərbaycan ÜDM-in artması istiqamətində uğurlarını perspektivdə də davam etdirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

