Qiymətlər niyə artır?
20.04.2022 [10:11]
Subyektiv amillərin qarşısı alınsa, bahalaşmanı müəyyən qədər cilovlamaq mümkündür
M.ABDULLAYEV
Son vaxtlarda istehlak bazarında qeyri-müəyyənlik hökm sürür. Diqqəti çəkən və narahatlıq yaradan əsas məqam qiymətlərin tez-tez dəyişməsi ilə bağlıdır. Dükan-bazardan bu gün aldığın malı sabah eyni qiymətə tapa bilməzsən. Gərək, eyni çeşidli və eyni həcmli məhsul üçün hər ötən gün daha çox pul ödəyəsən. Bəs qiymətlərin artmasına səbəb nədir?
Mənfi xarici amillər
Etiraf olunmalıdır ki, bu gün ölkənin istehlak bazarında müşahidə edilən yüksək qiymətlərin mühüm səbəblərindən biri sırf xarici amillərlə bağlıdır. Dünyanın iki ən böyük ərzaq ixracatçısı olan ölkələr - Rusiya və Ukrayna müharibə şəraitindədir. Böyük dağıntılara məruz qalan Ukraynada istehsal imkanları məhdudlaşıb. Rusiyadan müxtəlif məhsulların ixracına sanksiyalar tətbiq edilir. Belə bir vəziyyətdə qlobal istehlak bazarlarında təklif tələbi qarşılamır. Digər tərəfdən, ayrı-ayrı ölkələr gözlənilən riskləri və təhdidləri nəzərə alaraq ehtiyaclarından artıq həcmlərdə ərzaq tədarük edirlər. Bütün bu kimi amillər də ərzaq məhsullarının qiymətlərində öz əksini tapır. Ötən il qlobal səviyyədə ərzaq məhsullarının qiymətləri 28 % artıb, o cümlədən buğda 31,3 %, qarğıdalı 44,1 %, bitki yağları 65,8 %, şəkər 37,5 % bahalaşıb. Rusiya-Ukrayna müharibəsi ərzaq məhsullarının qiymətlərinin artmasına yeni təkan verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) artıq bununla bağlı həyəcan təbili çalır. FAO ərzaq və yem qiymətlərinin yüksəlmiş baza səviyyələrindən daha 8-22 % yuxarı qalxacağını proqnozlaşdırır. Hazırda buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə çatıb. Duru yağ qiymətlərində 30-50%-ə yaxın qiymət artımı müşahidə edilir.
Dünya üzrə ərzaq bazarlarındakı təklif defisiti, daşıma-nəqliyyat xərclərinin artması və digər mənfi proseslər Azərbaycandan da yan ötmür. Qeyd edək ki, hazırda respublikamız daxili istehlakı tam həcmdə yerli istehsal hesabına qarşılaya bilmir. Bir sıra pozisiyalar üzrə hələ də idxaldan asılıyıq. Bu da respublikamızda ixrac inflyasiyasını qaçılmaz edir.
Vurğulamaq yerinə düşər ki, respublikamızda ərzaq qıtlığının və qiymət artımının qarşısını almaq üçün ardıcıl tədbirlər görülür. Dövlət başçısı bununla bağlı hökumətə xüsusi tapşırıq verib. O cümlədən Baş nazir Əli Əsədov “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarını imzalayıb. Sözügedən sənədlərə uyğun olaraq, ilk növbədə, ölkənin ərzaq ehtiyatları artırılır.
Vəziyyətdən istifadə edənlər
Təəssüf hissi ilə qeyd etməliyik ki, istehlak bazarı üçün xarici mənfi təsirlərin artdığı indiki dövrdə vəziyyətdən sui-istifadə etməyə çalışan işbazlar da tapılır. Açıq etiraf etməliyik ki, daxili istehlak bazarında qiymətlərin artması həm də belə fürsətcil iş adamlarının, şirkətlərin əməllərinə görə baş verir. Ölkəmizin istehlak bazarında “Azərsun Holdinq” MMC-nin xüsusi payı var. Piştaxtalarda qiymətlərin artıb azalması da həm istehsalla, həm də pərakəndə ticarətlə məşğul olan bu şirkətin mövqeyindən çox asılıdır. Biz mağazalarda “Azərsun”un istehsalı olan malların qiymətlərinin enməsinin qətiyyən şahidi olmuruq. Əksinə şirkət mütəmadi qaydada mənfi xarici amilləri əsas gətirməklə qiymətləri qaldırır. “Azərsun”un hər addımbaşı özünün qiymət siyasətini dünya bazar qiymətləri ilə uyğunlaşdırmağa əsası yoxdur. Çünki bu şirkətin Azərbaycanın aqrar sektorunda da geniş fəaliyyəti var. Belə çıxır ki, qurum dövlət dəstəyindən bəhrələnərək yetişdirdiyi məhsulları daxili bazarda artan dünya qiymətlərinə satır və gəlirlərini daha da artırır. “Azərsun Holdinq”in ticarət şəbəkələrinin məhsullarla təchizatında ayrı-seçkiliyə yol verməsi də başqa bir problemdir. Qurumun nəzarətində olan “Bazarstore” mağazalarında “Azərsun”un məhsulları digər ticarət şəbəkələri ilə müqayisədə aşağı qiymətlərə satılır. Pərakəndə ticarətlə məşğul olanlar bunun səbəbini “Azərsun”un öz məhsullarını onlara nisbətən baha qiymətə verməsi ilə izah edirlər. Təkzibolunmaz faktdır ki, qurumun ayrı-seçkilik siyasəti kiçik mağazalara münasibətdə daha qabarıq şəkildə nəzərə çarpır. Biz tez-tez müşahidə edirik: Adətən, mənfi xarici risklər artanda mağazalarda bir müddət “Azərsun”un məhsullarının qıtlığı yaranır. Çox keçmir ki, piştaxtalar yenə də şirkətin məhsulları ilə dolur. Ancaq bu dəfə daha baha qiymətlərlə. Belə çıxır ki, “Azərsun” ucuz istehsal edib anbarlarına yığdığı məhsulları sonradan baha qiymətə satır. İqtisadçı-ekspert Elbrus Cəfərli qısa bir araşdırma aparıb. Onun təqdim etdiyi faktlar heyrət doğurur. “İdxal inflyasiyasını başa düşdük, yerli istehsal inflyasiyasının isə 40-50 faiz bahalaşmasını necə izah etmək olar?”, - deyə ekspert sual verir. Fikirlərinə davam edən E.Cəfərli vurğulayıb: “Misirin, Türkiyənin bahalı nəqliyyat, logistika xərcləri ilə “qoca qitə”yə daşıdığı mallar, məsələn, pomidor Avropa bazarlarında 1,4 avroya, yəni 2 manat 70 qəpiyə satılır. “Azərsun” şirkətinin Biləsuvardan Bakıya gətirdiyi pomidor 3 manat 80 qəpiyə. Fransada, Polşada soğan, kartof 13 faiz ucuzlaşıb, bizdə 60-80 faiz bahalaşıb. Yaxud, yerli şirkətlərimizin satdığı qablaşdırılmış süd, xama, qatıq və s. mallar son 2 ayda 30 faiz bahalaşıb. Niderland və Danimarkada eyniadlı mallar bizdən xeyli ucuzdur. Kür suyunu Məhəmmədi qəsəbəsində filtrdən süzüb “mineral su” adı ilə 1 manata, yaxud 6 qəpiklik “paraşok”la qablaşdırılan limonadı və şirələri 1 manat 50 qəpiyə satmağın adı nədir?”
Monopoliya, inhisarçılıq
İstehlak bazarında qiymətlərə effektiv zərbə vurmağın bir yolu da inhisarçılığa qarşı mübarizənin əməldə gücləndirilməsidir. Ayrı-ayrı şirkətlərin təmsilçiləri KİV-də açıq bəyanatlarla çıxış ediblər ki, onlara ölkəyə müxtəlif malları gətirmələrinə müxtəlif səviyyələrdə maneçilik törədilir. Bu da öz növbəsində qiymətlərin qalxmasına təsir göstərir. Bazarda təklif tələbi ödəmir və bir neçə inhisarçı şirkət öz qiymətlərini diktə edir. Bu yerdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, biz bu dövlət qurumunun fəaliyyətinin monitorinqlərdən uzağa getdiyinin şahidi olmuruq. “2 aydır anti-inflyasiya qrupu süni qiymət artımına qarşı monitorinq aparır, əksinə hər həftə bahalaşma baş verir”, - deyə E.Cəfərli bildirib.
Xəbər lenti
Hamısına baxDünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58

