Oxçuçayda törədilən ekoloji cinayətin izi ilə...
22.04.2022 [09:57]
Mübariz ƏHMƏDOĞLU
Üç onilliyi əhatə edən işğal dövründə erməni vandallarının Azərbaycan ərazilərində törətdikləri dağıntıların miqyası ölçüyəgəlməzdir. İşğalçılar, həmçinin 30 il təbiətin qənimi rolunda çıxış ediblər - meşələrdəki qiymətli ağacları kəsərək satıblar və yaxud Ermənistana daşıyaraq mebel sənayesində istifadə ediblər, təbii sərvətlərimizin qeyri-qanuni yollarla istismarını həyata keçiriblər, bol sulu çaylarımızı özümüzə qarşı təzyiq vasitəsinə çevriblər...
Oxçuçay faciəsi
Ermənilərin 30 il ərzində ekologiyamıza vurduqları ziyandan söhbət açarkən Oxçuçayın ekoloji fəlakət zonasına çevrilməsini xüsusilə qeyd etmək lazımdır. Oxçuçay Ermənistanın Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən çaydır. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km olan bu çay başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Sululuğu qar və yağış sularından, eləcə də yeraltı mənbələrdən yaranır.
Oxçuçay, əslində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarını Ermənistan ərazisindən kənara çıxardan kollektor rolunda çıxış edir. Çünki bu mədənlərin tullantıları təmizlənmədən birbaşa Oxçuçaya buraxılır. Çayda zəhərli maddələrin miqdarı o qədər çoxdur ki, burada heç bir canlı yaşamır. Hətta bu çayın suyu ilə suvarılan torpaqlarda yetişdirilən məhsullarda da zərərli maddələr aşkarlanıb.
Ekspertlər və mütəxəssislər çayda apardıqları müşahidələrin, götürülən analizlərin nəticələrinə əsaslanaraq həyəcan təbili çalırlar. “Ermənistan Oxçuçayı ölü əraziyə çevirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu günədək Oxçuçayda 58 monitorinq keçirib. Lakin nəticə dəyişməyib”. Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva ifadə edib. Onun sözlərinə görə, nazirlik tərəfindən Oxçuçayda mütəmadi analizlər aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb: “Su nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüf ki, çirklənmələr bu gün də davam edir”, - deyə U.Tağıyeva vurğulayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisinin sözlərinə görə, çayda ən çox çirklənmə halları yay və qış aylarında baş verir. Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib.
“Cronimet” şirkətinin məsuliyyəti
Oxçuçayın çirklənməsində “xidmətləri” olan qurumlardan biri də Almaniyanı təmsil edən “Cronimet” şirkətidir. Sözügedən şirkət Ermənistandakı mis və molibden ehtiyatları ilə zəngin olan Kacaran mədənini idarə edir. Mütəxəssislərin hesablamalarına görə, Kacaranda 1 milyard tondan çox filiz ehtiyatı mövcuddur. Gündəlik olaraq, buradan 24 min ton filiz və 5-6 min kubmetr boş süxur hasil edilir. Şirkət Ermənistanın mədənçıxarma sektorunda 1996-cı ildən təmsil olunur.
Yayılan xəbərlərə görə, “Cronimet”in Ermənistanın mədən sənayesindəki fəaliyyəti şəffaf olmayan prinsiplər üzərində qurulub. Bizim sözügedən şirkətə qarşı iddialarımız isə qurumun mədən sənayesinin tullantılarını heç bir təmizləmə əməliyyatları aparmadan Oxçuçaya axıtması ilə bağlıdır. Şirkət Azərbaycan ərazisindən keçən çayın ölü zonaya çevrilməsinə görə məsuliyyət daşıyır və əməllərinə görə cavab verməlidir. Ölkəmizin məsələ ilə bağlı qəti mövqeyini ifadə edən Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində Oxçuçayı çirkləndirən “Cronimet” şirkətinin cəzalandırılması məsələsini yenidən gündəmə gətirib: “Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq”.
Xəbər lenti
Hamısına baxSosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24

