G7-dən Ukraynaya əlavə yardım paketi
22.04.2022 [10:14]
Mübariz FEYZLİ
Ukraynanın Rusiyaya qarşı müqaviməti gücləndirməsi fonunda bu ölkəyə xaricdən gələn yardımların da həcmi artır. Bu günlərdə Ukraynaya növbəti dəstək təşəbbüsü G7 ölkələrindən gəlib. Məlumat üçün bildirək ki, G7 platforması dünyanın iqtisadi inkişaf baxımından ilk onluqda yer alan ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Fransa, İtaliya və Kanada kimi ölkələrini özündə birləşdirir. Bu platformu qlobal iqtisadiyyatın drayverinə çevrilib və mütəmadi qaydada yeni trendlər müəyyənləşdirir. Qlobal iqtisadi məsələlər məhz bu platformada həllini tapır, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Yeni dəstək proqramı çərçivəsində G7 ölkələri 2022-ci ildə Ukraynaya 24 milyard dollar məbləğində əlavə maliyyə yardımı göstərəcəklər. Bu məlumat G7-nin maliyyə nazirlərinin görüşünün yekunlarına dair bəyanatda öz əksini tapıb. Eyni zamanda, sözügedən ölkələrin maliyyə nazirləri beynəlxalq təşkilatları və forumları Ukraynaya qarşı işğalçılıq siyasətinə başlayan Rusiya ilə fəaliyyətlərini “adi rejimdə” həyata keçirməməyə çağırıblar.
Ekspertlər G7 ölkələrinin sözügedən dəstək paketini Ukrayna prezidenti Volodimir Zelenskinin yardım istəyinə cavab kimi dəyərləndirirlər. Qeyd edək ki, müharibəyə cəlb olunan Ukraynanın dövlət başçısı aprelin 17-sində G7 dövlətlərinə ölkəsinə 50 milyard dollar məbləğində maliyyə yardımı göstərmək istəyi ilə müraciət edib. Ukrayna liderinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenkonun sözlərinə görə, hazırda ölkə üçün ən prioritet məsələlər iqtisadiyyatın bərpası və xarici maliyyənin cəlb edilməsidir.
Bütövlükdə, Ukraynaya yardım göstərən beynəlxalq təşkilatların və ölkələrin sayı artmaqda davam edir. ABŞ və Avropa İttifaqı dövlətləri Ukraynaya humanitar və hərbi-texniki yardım göstərilməsində xüsusi fəallıq nümayiş etdirirlər. Hələ mart ayında ABŞ Senatı Ukraynaya təxminən 13.6 milyard dollar məbləğində humanitar, hərbi və iqtisadi yardımı nəzərdə tutan hökumət xərcləri paketini təsdiqləyib. Fevral ayının sonunda Böyük Britaniya Ukraynaya 500 milyon dollar məbləğində kredit verməyə hazır olduğunu açıqlamışdı. Hesablamalara görə, indiyədək Avropa İttifaqı Kiyevin humanitar ehtiyaclarına 143 milyon avro xərcləyib. Bütövlükdə Avropa Komissiyası makromaliyyə yardım proqramı çərçivəsində Ukraynaya 1,2 milyard avro maliyyə vəsaiti ayırıb. Bu vəsaitlər kiçik tranşlar formasında Ukraynaya çatdırılacaq.
Bu arada Avropa İnvestisiya Bankı (AİB) Aİ-yə üzv ölkələrin şəhər və rayonlarının investisiya ehtiyaclarının ödənilməsi və Ukraynadan olan qaçqınların qəbulu, inteqrasiyası ilə bağlı problemlərin həll edilməsi məqsədilə 2022 və 2023-cü illər üzrə 4 milyard avro büdcəyə malik yeni proqramın icrasına başlayıb. Bank bu qərarı Varşavada keçirilən Ukraynadan olan qaçqın və məcburi köçkünlər üçün ianə toplama tədbirində açıqlayıb. Tədbir Avropa Komissiyası, Kanada hökuməti və “Global Citizen” beynəlxalq vətəndaş cəmiyyəti tərəfindən birgə təşkil olunub.
AİB-nin yeni proqramı çərçivəsində qaçqınlar üçün ictimai xidmətlərin göstərilməsi, o cümlədən mənzil, məktəb, xəstəxana və uşaq bağçası kimi mühüm sosial infrastrukturun yaradılmasını maliyyələşdirmək nəzərdə tutulub. Maliyyə dəstəyi ilə yanaşı, qaçqınlara məsləhət xidməti də göstəriləcək.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

