Üstünlük və məsuliyyət
28.04.2022 [10:03]
Münasibətlər strateji tərəfdaşlıq səviyyəsində
Mübariz ABDULLAYEV
Bu günlərdə Prezident İlham Əliyevin dəvəti ilə Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı oldu. Prezident İlham Əliyev vurğulayıb: “Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir”.
Səfər çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan və Qırğızıstan rəhbərliyinin ikitərəfli münasibətlərin inkişafı üçün güclü siyasi iradə ortaya qoyduqları xüsusi olaraq diqqətə çatdırılıb. O cümlədən fəal mədəni-humanitar əməkdaşlıq, mədəniyyət xadimlərinin müntəzəm mübadilələr aparmaları xalqlarımızın yaxınlaşmasında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərirlər. Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir. Dost və qardaş ölkə Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasına tərəfdar olub.
Yeni imkanlar
Azərbaycanla Qırğızıstan iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlıq edirlər. Məlumata görə, 2020-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 6,049 mln. ABŞ dolları olub. Qırğızıstanın ölkəmizə ixracı 4,421 mln., idxalı isə 1,628 mln. ABŞ dolları təşkil edib. Azərbaycana Qırğızıstandan kartof, nişasta, ərik, qarayonca toxumu, dərman vasitələri, közərmə lampaları idxal olunur. Respublikamızdan Qırğızıstana isə əsasən şəkər və saxaroza, şokolad və şokolad məhsulları, polietilen, maye sayğacları, plastik məmulatlar ixrac edilir. Hazırda respublikamızda Qırğızıstana məxsus təxminən 60 şirkət fəaliyyət göstərir.
Qırğızıstan Prezidentinin Azərbaycana son səfəri zamanı müzakirə olunan məsələlərin əhatə dairəsi kifayət qədər genişdir. Prezidentlər iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar olduğunu xüsusi olaraq diqqətə çatdırıblar. Hər iki dövlət başçısının ümumi qənaəti belədir ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin mövcud səviyyəsi qaneedici deyil. Prezident İlham Əliyev bu sahədə dönüş yaradılacağına əminliyini i?adə edərək bildirib: “Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək”.
Nəqliyyat sektoru da qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün perspektivli sahədir. Azərbaycan müasir yol-nəqliyyat infrastrukturu qurmağa, Xəzər dənizində ən böyük ticarət limanı tikməyə nail olub. Belə güclü nəqliyyat infrastrukturu sayəsində Avropadan Asiyaya və əksinə yüklərin ən qısa vaxtda daşınması məhz Azərbaycan üzərindən mümkündür. Qırğızıstan da bu imkanlardan yararlana bilər.
Qeyd edək, hazırda Qırğızıstan pandemiya dövründə zəifləyən ixracını yenidən artırmağa səy göstərir. Ötən il bu ölkənin xarici ticarət dövriyyəsi 7 milyard 229 milyon 100 min dollar təşkil edib. Bu, pandemiyanın pik mərhələsi sayılan 2020-ci illə müqayisədə 27 faiz artım deməkdir. Ölkə xarici bazarlara əsasən iri və xırdabuynuzlu mal-qara, təzə balıq, bir sıra kənd təsərrüfatı məhsulları ixrac edir. İxracın strukturunda qızıl, Kumtor yatağından hasil olunan metal, eləcə də filiz xüsusi çəkiyə malikdir. İndiki regional geosiyasi gərginliklər fonunda Qırğızıstan öz məhsullarının ixracını Azərbaycan üzərindən təhlükəsiz şəkildə reallaşdıra bilər.
İki ölkə arasında investisiya qoyuluşu imkanları da kifayət qədər genişdir. Azərbaycanın dövlət başçısının bildirdiyi kimi, Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətləri üçün cəlbedici sahə ola bilər. Milli şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Eyni zamanda, vurğulandığı kimi, Qırğızıstanda həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Azərbaycan şirkətləri belə əlverişli şəraitdən bəhrələnməklə oxşar fəaliyyətləri Qırğızıstanda da həyata keçirə bilərlər. “Bu gün biz öz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının bir çox ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Ona görə də biz Azərbaycanın biznes dairələrini ölkəmizdə investisiya imkanlarını fəal öyrənməyə dəvət edirik”, - deyə Qırğızıstan Prezidenti vurğulayıb.
Hüquqi baza möhkəmləndirilir
Bütövlükdə, səfər çərçivəsində televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatı kimi sahələri əhatə edən on mühüm sənəd imzalanıb. Azərbaycan və Qırğızıstan arasında “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum”un, “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması isə xüsusi əhəmiyyət daşıyır. Bu sənədlər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha təsdiqləyir. Şübhə yoxdur ki, imzalanan sənədlərlə yaradılan möhkəm hüquqi baza perspektivdə ikitərəfli münasibətlərə güclü impuls verəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46

