10 maddəyə 43 dəyişiklik
17.05.2022 [10:07]
Mübariz ABDULLAYEV
4,2 milyon manat əlavə maliyyə vəsaiti cəlb ediləcək
Ötən həftə Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib. Sözügedən Qanuna növbəti dəfə dəyişiklik edilməsi Azərbaycanın sosial siyasətinin ardıcıl səciyyə daşıdığının növbəti ifadəsidir. Son illərdə respublikamızda pensiya təminatı sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə şəffaflığın, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə çoxsaylı islahatlar həyata keçirilib. Parlamentdə təsdiqlənən dəyişikliklər ölkəmizdə pensiya qanunvericiliyinin yeni çağırışlara uyğun təkmilləşdirilməsinə, əmək pensiyalarına əlçatanlığın artırılmasına, resurs bölgüsünün daha ədalətli şəkildə həyata keçirilməsinə və bu kimi digər məqsədlərə xidmət edir.
Sosial ədalətin gücləndirilməsi
Müvafiq qanuna edilən və parlamentdə təsdiqini tapan dəyişikliklər çox doğru olaraq cəmiyyətin sosial sifarişi kimi dəyərləndirilir. Bu dəyişikliklər uzun müddət idi ki, həm pensiyaçılar, həm də onların ailə üzvləri arasında müzakirə mövzusuna çevrilmişdi. Elə parlamentin müvafiq komitəsinə də vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur və təkliflər irəli sürülürdü. Qanuna edilən dəyişikliklər ümumiləşdirilərkən bu müraciətlər və təkliflər bütünlüklə nəzərə alınıb. Bütövlükdə, qanuna 10 maddə üzrə 43 dəyişiklik nəzərdə tutulub. Təklif edilən bütün dəyişikliklər mahiyyət etibarilə müsbət xarakter daşıyır və vətəndaşların pensiya təminatının yaxşılaşdırılmasına, sosial ədalətin gücləndirilməsinə xidmət edir. Dəyişikliklər ölkəmizdə pensiya təminatı sistemində sığorta prinsiplərinin daha da möhkəmləndirilməsinə, 17-20 min vətəndaşımızın pensiyaya çıxma şərtlərinin yumşaldılmasına və pensiya məbləğinin artımına hüquqi təminatlar yaradacaq. Dəyişikliklərin reallaşdırılması üçün 4,2 milyon manat əlavə maliyyə vəsaitinin cəlb ediləcəyi gözlənilir.
Ailə başçısını itirməyə görə
Parlamentdə təsdiqini tapan dəyişikliklərdən biri ailə başçısını itirməyə görə pensiya məbləğinin hesablanması qaydalarını özündə ehtiva edir. Milli Məclisin deputatı Vüqar Bayramovun “Yeni Azərbaycan”a verdiyi açıqlamada bildirilir ki, bu istiqamətdə 2 yenilik nəzərdə tutulur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 18-ci maddəsinə edilən dəyişiklik ailə başçısını itirdikdən sonra dünyasını dəyişmiş şəxsın pensiyasının ailə üzvləri arasında bölüşdürülməsini nəzərdə tutur. Hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Yeni dəyişikliklərdən sonra bu reallaşacaq. “Məsələn, ailə başçısı dünyasının dəyişdikdən sonra onun həyat yoldaşı öz pensiyasını almaqda davam edir. Yəni, o dünyasını dəyişmiş həyat yoldaşının pensiyasını seçmir. Bu halda dünyasını dəyişmiş şəxsin həyat yoldaşı öz pensiyasını alacaq, onun aldığı pensiya məbləği isə ailə üzvləri arasında aylıq bölüşdürüləcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Parlamentdə təsdiqini tapan dəyişikliklərə əsasən, dünyasını dəyişən ailə başçısının pensiya kapitalı da indeksləşdirilərək artırılacaq. Bu barədə fikirlərini ifadə edən Vüqar Bayramov vurğulayıb: “Daha çox sualların ünvanlandığı digər dəyişiklik pensiyaçı dünyasını dəyişəndən sonra onun əmək pensiyasının sığorta hissəsi məbləğinin indeksləşdirilməsi ilə bağlıdır. Yeni layihəyə əsasən, dünyasını dəyişən şəxsin pensiya kapitalının indeksasiya edilib artırılması mümkün olacaq. Qanunun 18.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq. Məsələn, fərz edək ki, pensiyaçı dünyasını dəyişən zaman onun əmək pensiyasının sığorta hissəsi 50 min manatdır. Bu halda həmin şəxsin orta pensiya məbləği 347 manat hesablanır (50 min manat/144 ay). Amma onun ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ 7 ildən sonra yaranır. Bu illər ərzində isə indeksasiya faizi 30 olub. Bu zaman 50 min manat kapitalın üzərinə 15 min manat əlavə olunacaq. Bu halda dünyasını dəyişən vətəndaşımızın əmək pensiyasının sığorta hissəsi 75 min manata çatdı??lacaq ki, bu da ailə üzvü və ya üzvülərinin daha çox vəsait almasına imkan verəcək. Bununla da həmin şəxs üçün orta pensiya məbləği 347 manatdan 421 manatadək yüksələcək. Sığorta məbləğinin həcmi böyük olan zaman artımlar daha böyük faizlə ifadə olunacaq”.
İşləyən vətəndaşlar daha yüksək məbləğdə pensiya ala biləcəklər
“Əmək pensiyaları haqqında” Qanuna edilən müvafiq dəyişikliyə əsasən, işləyən vətəndaşların pensiyaları yeni qaydalarla hesablanacaq. Vüqar Bayramov bildirib ki, təsdiqlənən yeni redaktəyə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. “Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılımış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bu dəyişikliklərin mahiyyətini sadə dildə izah etsək, işləyən pensiyaçıların yığımı avtomatik olaraq 6 ildən sonra hesablanaraq pensiya məbləğinə əlavə olunacaq. Bununla da, pensiyanın yenidən hesablanması onların müraciəti olmadan yenidən hesablanacaq və pensiya məbləği artırılacaq. Pensiya ödəniş müddəti isə 12 il (və ya 144 ay) deyil, işlədiyi ayların sayı qədər, amma ən çox 6 il (və ya 72 ay) azaldılacaq.
Xəbər lenti
Hamısına baxMüsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31

