VI sanksiyalar paketində nələr var?
17.05.2022 [10:23]
Nicat PAŞA
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı və həcmi genişlənməkdə davam edir. Belə ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiya-Ukrayna müharibəsi ətrafında son hadisələri müzakirə etmək üçün dünən Brüsseldə görüşüblər. Xarici mətbuatda dərc olunan məlumatlarda bildirilir ki, iclasın gündəliyinə müharibənin nəticələri və Rusiyaya qarşı hələlik konsensusun əldə olunmadığı, enerji resurslarının ixracı qadağasının salındığı yekun sanksiyalar paketi də daxildir.
Xatırladaq ki, bir neçə gün öncə Avropa İttifaqı (Aİ) Komissiyası Rusiyadan neft idxalını qadağan edən yeni sanksiyalar təklif etmişdi.
Bu barədə Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında fevralın 24-dən bəri davam edən “Rusiya-Ukrayna müharibəsinin Aİ üçün iqtisadi və sosial nəticələri” mövzusunda keçirilən sessiyada Aİ Komissiyasının sədri Ursula fon der Leyen çıxışı zamanı məlumat vermişdi. Rusiyaya qarşı tətbiq edilməsi planlaşdırılan yeni sanksiya paketinin məzmununu açıqlayan fon der Leyen deyib: “Bu gün biz altıncı sanksiyalar paketini təqdim edirik. Paket çərçivəsində Ukraynanın Buça bölgəsində hərbi cinayətlər törətmiş və Mariupol şəhərinin mühasirəsinə cavabdeh olan yüksək rütbəli zabitlər və digər şəxslər sanksiya siyahısına əlavə olunacaq.
Rusiyanın ən böyük bankı olan Sberbankı və digər iki böyük bankı “SWIFT”dən (valyuta transferi bankı) çıxarırıq.
Rusiyanın 3 dövlət kanalına yayım qadağası qoyacağıq. Bu qurumların kabel, peyk, internet və ya smartfon tətbiqləri ilə Aİ ölkələrində heç bir şəkildə fəaliyyət göstərməsinə icazə verilməyəcək.
Avropadan Rusiyanın mühasiblərə və müxtəlif məsləhətçilərə çıxışını da dayandıracağıq. Rusiya şirkətlərinə bu cür xidmətlərin göstərilməsini qadağan edəcəyik.
6 ay ərzində Rusiyadan xam neft tədarükünü, ilin sonuna qədər isə təmizlənmiş məhsulların tədarükünü mərhələli şəkildə dayandıracağıq”.
Yuxarıda qeyd edilən sanksiyaların tətbiq edilməsi Rusiya iqtisadiyyatına necə təsir edəcək?
Mövzu ilə bağlı qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, bu, Avropa İttifaqı üçün asan addım deyil: “Gündəlikdə olan əsas məsələlərdən biri də Rusiya neftinin idxalına qadağanın tətbiq edilməsi ilə bağlıdır. Bu məsələdə ümumi razılıq olmasa da, Brüssel tədricən Rusiyanın enerji asılılığını tam aradan qaldırmaqda israrlı görsənir: bunun qitə üçün neqativ iqtisadi nəticələrə səbəb ola biləcəyinə baxmayaraq. Bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Qərbdən isə Almaniya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir. Aydındır ki, neft idxalının 25 faizini təşkil edən Rusiyadan asıllığı qısa zamanda tam aradan qaldırmaq Avropa İttifaqı üçün hətta texniki baxımdan da asan addım deyil. Bununla yanaşı, Avropanın siyasi paytaxtında məsələlərə yalnız texniki və iqtisadi baxımdan deyil, həmçinin və daha çox təhlükəsizlik aspektindən yanaşırlar”.
Valyuta gəlirləri kəskin azalacaq, rubla təzyiqlər artacaq
İqtisadçı neft embarqosunun reallaşacağı halda bunun Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacağını deyir: “Belə ki, xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub”.
Deputat qeyd edib ki, Avropa Rusiya neftindən imtina edəcəyi halda rubla təzyiqlər yenidən arta bilər: “Hazırda daha çox daxili qaydalar hesabına milli valyutanın məzənnəsini stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan tələbi tam qarşılamaq heç də asan olmayacaq”.
Rusiyanın alternativ bazarlar tapması real deyil
“Qeyd edək ki, Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqda ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollardan artıq ziyana başa gələcək. Mövcud qiymətlər ilə bu, daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil”.
“Rusiya yeni və daha sərt sanksiyalar astanasındadır. Qarşılıqlı sanksiyalar qısamüddətli dövrdə Avropa üçün mənfi iqtisadi təsirlərə malik olsa da Rusiya üçün strateji çətinliklər yaradacağı gözləniləndir. Moskva isə hələlik sanksiyalar ilə “yaşamağa” alışmağa çalışır. Bu isə heç də asan hədəf deyil”, - V.Bayramov əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08

