Rusiya-Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatına necə təsir edir?
26.07.2022 [10:25]
“S&P”: Münaqişənin Azərbaycan iqtisadiyyatına geniş təsirləri görünmür
Nicat DİLQƏMLİ
İstər pandemiya, istərsə də müxtəlif ölkələrdə müşahidə edilən hərbi və siyasi toqquşmalar dünya iqtisadiyyatına öz mənfi təsirlərini göstərməkdədir. Mənfi təsirlər ayrı-ayrı ölkələrin xərclərinin azaldılmasında, sosial proqramların ixtisar edilməsində özünü göstərir. Sözügedən çətinliklərdən biri də bütün dünyanı bürüyən koronavirus pandemiyası idi. Belə ki, virusun çox kəskin şəkildə yayıldığı pandemiya dövründə 150-ə yaxın ölkə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına müraciət edərək kömək istədi. Eyni zamanda, Avropada inflyasiya rekord həddə çatıb. Belə ki, Avrozonada inflyasiya illik hesablamada 8,1 faizlə yeni rekord həddə çatıb. Avropa Statistika İdarəsinin (Eurostat) son məlumatına görə, bu, 1999-cu ildə vahid Avropa valyutası olan avronun dövriyyəyə buraxılmasından bəri ən yüksək göstəricidir. Bundan əvvəl iqtisadçılar Avropada inflyasiyanın ən yüksək səviyyəsini 7,7 faiz həddində qiymətləndirmişdilər.
Bütün baş verənlərin fonunda Azərbaycan güclü potensialına, geniş iqtisadi imkanlarına əsaslanmaqla və preventiv tədbirlər həyata keçirməklə xarici mənfi şokların ölkə iqtisadiyyatına təsirlərini minimuma endirdi. Eyni zamanda, ötən il Azərbaycan iqtisadiyyatı pandemiyadan sonrakı bərpa prosesini uğurla başa vurdu. Cari ilin əvvəlindən isə respublikamızda ÜDM istehsalında artım müşahidə edilməkdədir. Azərbaycanın uğurlu inkişafı, iqtisadiyyatımızın rəqabətliliyə davamlı olması - bütün sadalananlar nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır.
Bu hesabatlardan biri də ötən gün ictimaiyyətin diqqətinə çatdırılıb. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir ki, Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan iqtisadiyyatına təsiri neftin qiymətindən kənar bəzi qeyri-müəyyənliklərə baxmayaraq məhdud görünür.
“Rusiya Azərbaycanın idxal baxımından ən böyük ticarət tərəfdaşıdır və ən böyük idxal maddəsi buğda olmaqla ümumi mal idxalının 20%-ni təşkil edir. Müharibədən əvvəl Ukrayna idxalın 4.5%-ni təmin edib. Münaqişə, qida məhsulları da daxil olmaqla inflyasiyaya təkan versə də, hazırda tədarük zəncirində geniş yayılmış pozuntular və ya müəyyən malların çatışmazlığı kimi Azərbaycana daha geniş təsirləri görünmür”, - “S&P” qeyd dib.
Agentlik bildirib ki, Rusiya vətəndaşlarının Azərbaycana köçməsi və ya vəsaitlərinin köçürülməsi ilə bağlı bəzi təsdiqlənməmiş məlumatlar var, lakin “bunun makroiqtisadi effekti hələ də əhəmiyyətsizdir”.
“Bu gün Azərbaycan hökuməti ilə Rusiya hökuməti arasında həm siyasi, həm iqtisadi sferada balanslı əlaqələr var. Rusiya-Ukrayna məsələsində Rusiyanın qarşısında dayanan ölkələrlə müqayisədə Rusiya Azərbaycana qarşı daha loyal davranır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov səsləndirib. O qeyd edib ki, Rusiya-Ukrayna konflikti Azərbaycana daha az təsir göstərir: “Burada biz təsir göstərmir yox, daha az təsir göstərir deyə bilərik. Çünki konfliktin bir tərəfi də Ukraynadır. Ukraynada bütün istehsal prosesi pozulub. Azərbaycan bazarı daha kiçik bazardır, eyni zamanda, bir sıra ərzaq məhsulları ilə özünü təminetmə qabiliyyəti vardır”.
R.Həsənov ərzaq qıtlığının qarşısının alınması istiqamətində görülən işlərdən də söz açıb: “Bu gün Azərbaycan hökuməti İqtisadiyyat Nazirliyinin xətti ilə bazarda ərzaq ehtiyatlarının yaradılmasını dəstəkləyir. Bizdə bazar çox sadə bazardır, burada çoxsaylı oyunçular vardır. Onlarla birbaşa olaraq fərdi şəkildə kommunikasiyaya keçməklə hökumət Rusiya-Ukrayna konflikti fonunda müəyyən mənada ərzaq və qeyri-ərzaq məhsullarının qıtlığının yaranmasını qismən də olsa, neytrallaşdırır. Amma qiymətlərin bahalaşması prosesi gedir, bunu hər kəs etiraf etməlidir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28

