İcra hakimiyyətlərinin səlahiyyətləri niyə azaldılır?
15.12.2022 [10:27]
Yeni struktur islahatları dövlət orqanlarının və qurumlarının
fəaliyyətinin optimallaşdırılmasına xidmət edir
Ölkəmizdə bütün sahələr üzrə paralel inkişaf təmin edilməkdədir. Aparılan islahatlar, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, ictimai həyatın bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini də zərurətə çevirib. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar xüsusi əhəmiyyət daşımaqdadır. Ekspertlərin də fikrincə, imzalanmış sənədlər dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq üçün hüquqi bazanı təşkil edir. Rəsmi sənədlərin icrası mexanizmi kimi aparılan islahatlar idarə və qurumların daha operativ fəaliyyətini təmin edir.
Yeri gəlmişkən, ötən həftə Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərmanı, eləcə də Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncamı bu mənada xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, Azərbaycan dinamik və hərtərəfli şəkildə, uğurla inkişaf edən bir ölkədir və onun inkişafı daha çevik struktura malik idarəetmə tələb edir. Qazanılan uğurların davamlılığını təmin etmək üçün isə struktur vahidlərində islahatların aparılması mühüm şərtlərdəndir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov da bildirib ki, Prezident İlham Əliyevin struktur islahatları ilə bağlı imzaladığı müvafiq fərmanlar ölkəmizin hazırkı inkişaf mərhələsində meydana çıxan çağırışlara tam uyğundur. Onun sözlərinə görə, idarəetmədə aparılan islahatlar Azərbaycanın yeni mərhələdə daha yüksək inkişafına təkan verəcək: “Azərbaycan dünya dövlətlərində idarəetmə sahəsində gedən prosesləri diqqətlə izləyir və müasir dövrün tələblərinə uyğun strukturlar yaradır. Bütövlükdə, ölkə Prezidentinin struktur islahatları ilə bağlı müvafiq fərmanlar imzalamasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılmasının təmin edilməsidir. Bəlli olduğu kimi, ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin mərkəzində isə Azərbaycanın gələcəyi olan gənclərimiz dayanır. İnanıram ki, yeni idarəetmə sistemi gənclərin formalaşmasında, onların cəmiyyətdə layiqli yer tutmasında mühüm şərt kimi çıxış edəcək”.
A.Badamovun fikrincə, aparılan islahatlarda mühüm amil kimi səmərəliliyin artırılması nəzərə alınır. Bu baxımdan da, sistemli islahatların aparılması olduqca əlverişlidir. Millət vəkilinin sözlərinə görə, bir müddət öncə təhsil strukturlarında da bu kimi islahatlar aparılmışdı. Bu isə özünün effektiv nəticələrini göstərir. “Bəzən aparılan islahatlar hansısa bir qurumun səlahiyyətlərinin azaldılması və ya yüksəldilməsi kimi də izah edilir. Amma bu, belə deyil. Aparılan bütün struktur islahatları Azərbaycanda vətəndaş məmnuniyyətinin artmasına, dövlət strukturunun uğurlu fəaliyyətinin təmin edilməsinə istiqamətlənib. Eyni zamanda, bu islahatlar idarəetmənin daha təkmil və operativ şəkildə həyata keçməsində əsaslı rol oynayır. Bu gün Azərbaycan bir sıra idarəetmə strukturlarında yeniliklər yaradır. Və ya fəaliyyəti daha zəif kimi nəzərə çarpan bəzi strukturların fəaliyyəti stimullaşdırılır. Bu məsələlərdə xarici ölkələrin təcrübələrindən də istifadə olunur. Bütün bu faktorlar isə kompleks şəkildə Azərbaycanın dinamik inkişafının təmin edilməsinə gətirib çıxarır. Ümumiyyətlə, Azərbaycan dövləti apardığı dövlət siyasətində bütün yeniliklərə, müasir çağırışlara açıq olduğunu göstərir. Yeni dövrdə vətəndaş-dövlət münasibətlərinin də müasir zamanın çağırışlarına uyğun tənzimlənməsi əsas meyarlardan sayılır. Azərbaycan bu istiqamətdə də olduqca mühüm uğurlar əldə edib”, - deyə millət vəkili əlavə edib.
Ardı var...
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

