8 il öncə bu gün...
17.03.2023 [10:37]
TANAP - Azərbaycan və Türkiyənin böyük layihəsi
Günel ABBASOVA
Azərbaycanın və Türkiyənin birgə səyi ilə çəkilən Transanadolu Qaz Boru Kəmərinin (TANAP) tarixi qısa olsa da, bir sıra mühüm hadisələrlə zəngindir. Bunlardan biri 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda kəmərin təməlinin qoyulmasıdır. Həmin mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın prezidentləri iştirak etmişdilər. Bu da təsadüfi deyil. Çünki 3500 kilometr məsafə qət edən “Cənub qaz dəhlizi” Avropaya bu üç ölkənin ərazisindən keçərək uzanır.
TANAP-ın təməlinin qoyulması uzunmüddətli danışıqların nəticəsi və bu danışıqların real işlərə çevrilməsinin parlaq təzahürü idi. Belə ki, layihə təməlqoyma gününədək müəyyən yol keçmişdi. 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda TANAP üzrə hökumətlərarası saziş imzalamışdılar. Həmin vaxtdan da layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə start verilmişdi. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdı. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqavilələri imzalanmış və kəmərin tikintisinin bütün detalları nəzərdən keçirilmişdi. 2014-2015-ci illər TANAP üçün çox məsuliyyətli bir fəaliyyət dövrü olmuşdu.
TANAP “Cənub qaz dəhlizi”nin ən böyük hissəsidir. Kəmər Türkiyənin ərazisində 20-dən çox vilayətdən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincandan keçərək 1900 kilometr məsafə qət edir. TANAP Türkiyənin şərq hüdudundan başlanıb qərb hüdudunda sona çatır. Belə ki, Gürcüstan-Türkiyə sərhədində “Şahdəniz” qazını Azərbaycanın və Gürcüstanın ərazisi ilə daşıyan Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) bağlanır. Boru xəttinin o biri ucu isə Yunanıstan-Türkiyə sərhədinə çatır və burada yerləşən Kipoi məntəqəsində TAP-la (Transadriatik Qaz Boru Kəməri) qovuşur. Bütün bunlara görə TANAP-ı “Cənub qaz dəhizi”nin birləşdirici halqası da adlandırırlar.
Beləliklə, TANAP təkcə iki ölkə üçün, region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün önəm daşıyan layihədir. Məlum olduğu kimi, “Cənub qaz dəhlizi” bir sıra ölkələrin, layihənin ayrı-ayrı seqmentlərində tərəfdaşlıq edən çoxsaylı şirkətlərin sıx əməkdaşlığı nəticəsində gerçəkləşir. Dəhlizlə nəql olunacaq təbii yanacağın Avropanın iri şirkətləri tərəfindən alınması nəzərdə tutulub. TANAP məhz belə bir önəmli dəhlizin mühüm hissəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində TANAP-ı “Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırmış və onun vaxtında istifadəyə verilməsinin vacib olduğunu vurğulamışdı. Artıq bu, reallığa çevrilib.
2018-ci il iyunun 12-də Türkiyədə, Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycan Prezidenti İlham
Əliyev həmin tədbirdə layihənin dəyərini bir daha vurğuladı: “TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.
Xatırladaq ki, “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. Bu yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetr təşkil edir. “Şahdəniz-1”dən çıxarılan qaz 16 ildən çoxdur Gürcüstan və Türkiyəyə də nəql olunur.
“Şahdəniz-2” çərçivəsində ildə 16 milyard kubmetr qazın əldə olunacağı gözlənilir ki, bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri TANAP-ın vasitəsilə TAP-a ötürülərək Avropaya ixrac ediləcək. Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə keçən il iyunun 30-dan başlanıb. Hazırda “Şahdəniz Bravo” platformasından qazın Səngəçal terminalına nəqli, oradan da CQBK ilə TANAP-a ötürülməsi ardıcıl şəkildə davam edir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

