Qazanc, yoxsa saxtakarlıq mənbəyi?..
28.04.2023 [10:49]
Nicat Dilqəmli
Son dövrlər bütün dünyada olduğu kimi, ölkəmizdə də kibercinayətkarlıq halları geniş vüsət alıb. Kiberdələduzlar bütün mövcud imkanlardan istifadə etməklə insanların etibarını qazanaraq qurbanların cibinə girməyə çalışırlar. Acı reallıq isə bundan ibarətdir ki, bir çox hallarda onların bu “cəhd”ləri baş tutur. Onların dili ilə ifadə etsək, vəsait köçürmə əməliyyatları ərsəyə gəlir. Hər nə qədər dələduzların qarşısını almaq üçün müxtəlif qorunma üsulları yaradılsa da, bu, kibercinayətkarları fərqli “yenilik”lər tətbiq etməkdən çəkindirmir. Mübarizə tədbirləri təkmilləşdirildikcə, cinayətkarlar öz oğurluq üsullarını “yeniləyir”lər. Təxminən iki il bundan öncə geniş yayılmağa başlayan bu “üsul”lardan biri də saxta investisiya proqramlarıdır. Dırnaqarası şirkətlər iddia edirlər ki, istifadəçilər, yəni, investorlar müəyyən bir məbləğ yatırmaqla gündəlik, aylıq, hətta saatlıq qazanc əldə edə bilərlər.
Bu fırıldaq proqramları necə işləyir?
İstifadəçilər üçün müxtəlif paketlər təqdim olunur. Bu paketləri ən müxtəlif qiymətlərə əldə etmək mümkündür. Məsələn, 15 manatlıq investisiya etməklə saatlıq 8 qəpik qazanmaq təklif olunursa, 150 manatlıq paketdə isə bu rəqəm 25-35, hətta bəzən 50 qəpik aralığında dəyişə bilir. Başqa sözlə, sizin sistemə yüklədiyiniz 150 manat bir ay ərzində bir neçə dəfə artmış olur. Üstəlik, yatırılan məbləği sonradan çıxarmaq da mümkündür. Yəni, əsas məbləğ olduğu kimi qalır.
Nə təklif edirlər?
Ümumiyyətlə, bu məsələdə heç də hər kəsi kor-koranə şəkildə günahlandırmaq düzgün olmaz. Yəni bu məsələdə heç də hər kəs aldadılmır. Və ya aldadılanları iki
fərqli qrupa ayırmaq olar: könüllü şəkildə aldadılanlar, kiminsə qurbanına çevrilənlər. Belə ki, heç bir real məntiqə söykənməyən bu təklifləri bəziləri bilə-bilə qəbul edirlər. Çünki burada söhbət kifayət qədər yüksək məbləğlərdən gedir. Şüurlu şəkildə, istəyərək bu proqramlara qoşulanlar əvvəlcə özləri üçün araşdırma edirlər. Təbii ki, fırıldaqçılar bunun üçün də hansısa tədbirlər görməmiş deyillər. Hansısa xarici keçid (link) üzərindən açılan pəncərədə - saytda hətta “Haqqımızda” bölməsi belə mövcud olur. Bəs, orada nə qeyd olunur? Şirkət iddia edir ki, yatırılan vəsaitlər hansısa enerji layihələrinin icrasına yönəldilir. Beləliklə də, oradan əldə olunan gəlirin bir hissəsi investora geri qayıdır. Lakin 150 manat yatırım etməklə, saatlıq bir neçə qəpik (hətta bəzən bir manata yaxın bir məbləğ) qazanmaq yenə də şübhə doğurmaya bilməz. Bunun üçün isə fırıldaqçılar istər ölkəmizdə, istərsə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin loqolarından istifadə edərək insanları inandırmağa çalışırlar. Təəssüf ki, bir çox hallarda kiberdələduzlar bu oyunun qalibinə çevrilirlər. Məsələ ciddiləşincə bir çox dövlət və özəl qurumları vətəndaşlara müraciət etməli olurlar. Elə bir neçə gün əvvəl Mərkəzi Bank tərəfindən yayılan müraciətin məğzi də deyilənlərdən ibarət idi. Mərkəzi Bank bildirir ki, “Milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması” adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və başlıca məqsədi dələduzlar tərəfindən vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsidir.
“Bununla əlaqədar olaraq Mərkəzi Bank ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır.
Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi, xüsusilə də maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır”, - məlumatda deyilir
Fırıldağın bu üsulunun daha çox etibar qazanmasının həm də digər bir önəmli səbəbi var. Bu isə həmin proqramlardan real gəlir əldə edənlərin həqiqətən də olmasıdır. Amma buna da aldanmaq doğru deyil. Çünki elə mexanizm bunun üzərində qurulub. Buna adətən piramida üsulu da deyilir. Yəni, yatırım etmiş hər hansısa bir şəxsin vəsaitindən müəyyən bir məbləğ həqiqətən də ikinci qoşulan şəxsə verilir. Üçüncü şəxs isə, təbii ki, ikinci qoşulanın yatırımı ilə “mükafatlandırılır”. Və bu, zəncirvari qaydada beləcə də davam edir. Bəs, sonra? Sonra isə həmin proqram (və ya sayt) tamamilə yox olur, yəni, giriş mümkün olmur.
Nə dərəcədə məntiqlidir?
Mövzu ilə bağlı suallarımızı cavablandıran iqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, bu tip saxta investisiya proqramları, müxtəlif maliyyə piramidaları, fəlsəfəsi baxımından piramidaya oxşar, strukturu baxımından fərqli olan yanaşmalar az məlumatlı insanlardan istifadə edərək onların vəsaitlərini mənimsəməyə yönəlmiş davranışlardır. İqtisadçı dünyanın hər yerində bu tip təcrübənin olduğunu, bizdə də kimlərinsə onun oxşarını tətbiq etdiyini diqqətə çatdırıb.
Analoji fırıldaqçılıq üsullarını rəqəmlərlə ifşa edən E.Əmirov insanları belə proqramlardan çəkinməyə səsləyib: “Əgər qoyulmuş pul muqabilində geridönüş pulun 12 faizindən çoxdursa, artıq şübhələnmək lazımdır. Əgər gəlirin 50 faizdən çox olacağı iddia edilirsə, qorxmaq lazımdır. Bu göstərici 100 faiz olursa, sadəcə qaçmaq lazımdır. Bu gün etibarlı bankların depozit faizi 6-7 faiz aralığındadır. Müəyyən hallarda bu faizin 12-?ə qədər qalxması da müşahidə oluna bilər. Yaxud bankların kredit faizləri 10-15% olur. Bu investisiya yatırımları 50-100 faiz qaytarırsa, onda niyə hansısa iri sahibkar pul yatırmır? Çünki bilir ki, pulun geridönüşü 12 faizdən yuxarıdırsa, artıq orada bir müəmma var, ələlxüsus da postpandemiya dövründə. Elə ona görə də bu tip proqramlardan, hətta nə qədər inandırıcı olursa-olsun, ehtiyat etmək və qaçmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

