Sığorta sistemi təkmilləşdirilir
06.05.2023 [11:20]
Daşınmaz əmlakın sığortasına nəzarət gücləndirilir
Nicat Dilqəmli
Ölkəmizdə daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistemin yaxın günlərdə fəaliyyətə başlayacağı gözlənilir. Qardaş ölkə Türkiyədə baş verən zəlzələdən sonra bu məsələnin aktuallığı bir qədər də artdı.
Elektron sistemin işə düşəcəyi tarix hələlik məlum olmasa da, prosedurun hansı formada həyata keçiriləcəyi ilə bağlı bəzi detallar artıq ictimaiyyətə açıqlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyevin sözlərinə görə, evlərin sığorta olunub-olunmadığı elektron şəkildə müəyyən ediləcək. Bunun üçün Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Reyestri Xidməti ilə İcbari Sığorta Bürosu inteqrasiya olunmalıdır: “Bu proses artıq başlayıb. Yaxın aylarda bitəcək”. Z.Əliyev onu da diqqətə çatdırıb ki, ölkədə qeyri-yaşayış (yəni kommersiya) obyektlərinin sığortalı olub-olmamasına nəzarəti Fövqəladə Hallar Nazirliyi (FHN) həyata keçirir. Yaşayış evlərinin sığortasına nəzarət isə qanunla rayon icra hakimiyyəti orqanlarına həvalə edilib.
Yeni sistemin tətbiqi ilə isə əmlakın sığortalanması prosesi sadələşməklə bərabər, həm də əmlakın sığortalı olub-olmadığına daha yaxşı nəzarət etmək imkanları genişlənəcək.
Bəs, hazırda ölkəmizdə daşınmaz əmlakın sığorta edilməsi nə dərəcədə aktualdır? Elektron sistemə keçidin daha hansı üstünlükləri var? Ən əsası, yeni mexanizmlə daşınmaz əmlakını sığorta edənlərinin sayının artmasına nail olunacaqmı?
Vətəndaşlar könüllü sığortalanmadan boyun qaçırırlar
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə açıqlamasında hazırda öz fərdi yaşayış evlərini sığortalayan vətəndaşların sayının məhdud olmasına diqqət çəkib. Ekspert buna səbəb olan amillər barədə də söz açıb: “Əvvəlcə qeyd etmək lazımdır ki, evlərin sığortası çox az hallarda könüllü xarakter daşıyır. Bu, əsasən alqı-satqı və ya notarial qaydada müəyyən prosedurların həyata keçirilməsi zamanı icbari qaydada baş verir. Bu da bir illik olur. Sonra isə bir çox hallarda sığorta müqavilələri yenilənmir. İcbari xarakter daşısa da, qanunvericilikdə hansısa bir cəza mexanizmi olmadığına görə vətəndaşlar, demək olar ki, könüllü qaydada evlərini sığortalamaqdan boyun qaçırırlar. İnsanlar arasında inamın tam şəkildə formalaşmadığı üçün bu məsələyə bir qədər etinasız yanaşırlar”.
Həm sığorta edən, həm də sığortalanan üçün...
Sığortalanmanın əhəmiyyətinin böyük olduğunu qeyd edən R.Qasımzadə fikirlərinə belə aydınlıq gətirib: “İlk növbədə vətəndaşın özü dəymiş ziyanın ödəniləcəyindən əmin olur. Bundan başqa, bu, sığorta agentliklərinə əlavə vəsaitlərin daxil olması, nəticə etibarı ilə onların işinin daha da yaxşı qurulmasına töhfə verəcək. Digər tərəfdən, bank sektoruna da müsbət təsirləri istisna edilmir. Çünki banklar sığorta olmadığına görə daşınmaz əmlakı girov kimi qəbul etmirlər. Bildiyimiz kimi, rayonlarda, kəndlərdə təbii fəlakətlər nəticəsində evlərə dəymiş ziyana görə vətəndaşlar rayon icra hakimiyyətlərinə müraciət edirlər. Yəni ziyanın dövlət tərəfindən ödənilməsini gözləyirlər. Bu isə doğru deyil. Çünki bu, sırf sığorta xidmətinin işidir”.
Nümunələr üzərində, daha aydın şəkildə...
Əmlak eksperti elektron sistemə keçidin vacibliyini həm də analoji nümunələrlə izah edib. Belə ki, avtomobil sığortası sahəsində də əvvəllər belə boşluqların olduğunu xatırladan ekspert köhnə sistemin yaratdığı çətinliklərdən də danışıb: “Qəza baş verdikdə çox böyük problemlər yaranırdı. İndi isə sürücülər sadəcə olaraq cəriməni ödədikdən sonra rahatlıqla sığortaya müraciət edirlər. Nəticədə isə heç bir xoşagəlməz hal yaşanmır. Daşınmaz əmlakın da bu qaydada sığortalanması gələcəkdə baş verə biləcək neqativ halların qarşısını alacaq. Ona görə də elektron sistemə keçid zəruridir”.
“Qeyd edim ki, sənədi - çıxarışı olmayan evlərin sığortalanması həyata keçirilmir. Sığorta sisteminə nəzarətin gücləndirilməsi olduqca əhəmiyyətlidir. Lakin yenə də hər hansı bir cəza mexanizmi, cərimələr tətbiq edilməsə, vətəndaşlar yenə bu işdən boyun qaçıracaqlar”, - deyə R.Qasımzadə fikirlərinə əlavə edib.
Təqribi hesablamalara görə, Azərbaycanda sığortalana bilən 1 milyondan artıq ev var. Orta hesabla qiymətləndirməyə görə, təkcə Bakı şəhərindəki mənzil və evlərin qiyməti 50 milyard manata yaxındır. İcbari Sığorta Bürosunun açıqladığı yeni məlumatlara görə, 2022-ci ilin sonuna ölkədə ümumilikdə 151 min ev və mənzil sığortalanıb. Yeni mexanizmin tətbiqi isə, təbii ki, bu göstəricilərin kəskin şəkildə artması, dolayısıyla, fövqəladə vəziyyət zamanı xoşagəlməz halların qarşısının alınması ilə nəticələnəcək.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

