Prosesə start verildi
01.08.2023 [11:36]
Ölkəmizdə də özəl pensiya fondları yaradılacaq
Sosial dövlət olan Azərbaycan bu sahədə vətəndaşların maraqlarına cavab verən ən yaxşı dünya təcrübəsini mənimsəmətə və ölkədə tətbiqinə nail olmağa çalışır. Hazırda respublikamızda aparılan sosial məzmunlu islahatlar çərçivəsində, həmçinin özəl pensiya fondlarının yaradılması da gündəmdədir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Yekunda müvafiq sənədlər Milli Məclisə göndəriləcək.
Dünya təcrübəsi
Pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Ölkələr
fərqli olduğu kimi, özəl pensiya fondlarının fəaliyyəti də fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır və rəqabət mühiti formalaşdırır. Qeyd edək ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar, əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Ekspertlərin fikrincə, qeyri-dövlət pensiya fondlarının yaranması pensiya sığorta sistemində rəqabəti formalaşadırmaqla yanaşı, DSMF-nin dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər.
Azərbaycanın mövcud pensiya təminatı sistemi
İndiyədək respublikamızda vətəndaşların pensiya təminatı vahid mərkəzdən idarə olunub. Belə ki, ölkədə pensiya siyasəti Dövlət Sosial Müdafiə Fondu vasitəsi ilə həyata keçirilir. Qurum məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Biz son illərdə Dövlət Sosial Müdafiə Fondunun vəsaitlərinin ilbəil artdığını müşahidə edirik ki, bu da ardıcıl şəkildə aparılan islahatlar sayəsində mümkün olur. Bir vaxtlar əmək münasibətlərində çoxlu boşluqlar var idi. İşəgötürənlər məcburi sosial sığrta ödənişlərindən yayınmaq məqsədilə muzdlu işçilərlə əmək müqavilələrinin bağlanmasından yan keçməyə çalışırdılar. Müəssisələrdə “qara siyahı”lar tərtib olunur və işçilərin məvacibləri də həmin siyahılar əsasında ödənilirdi. Nəticədə, böyük həcmlərdə vəsaitlər dövriyyədən gizlədilirdi. Hazırda vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bir tərəfdən, aparılan təbliğat-təşviqat işinin nəticəsi olaraq müzdlu işçilərdə gələcək pensiya təminatı qayğılarına qalmağa böyük maraq yaranıb. Onlar Dövlət Sosial Müdafiə Fondundakı fərdi hesablarına daha çox məbləğdə vəsaitin toplanmasında maraqlıdırlar. Ölkəmizdə işləyən vətəndaşların pensiya kapitallarının toplandığı hesabları asanlıqla izləmək üçün səmərəli elektron s?stem qurulub. Buna görə də hər kəs çalışır ki, əmək fəaliyyətini işəgötürənlərlə imzalanan müqavilə əsasında həyata keçirsin.
Eyni zamanda, əmək münasibətlərinin rəsmiləşdirilməsinə dövlət tərəfindən də güclü siyasi iradə ortaya qoyulur. Ölkə üzrə neqativ halların əhatə dairəsi getdikcə daraldılır. O cümlədən də milli iqtisadiyyatımızda şəffaflaşdırma prosesi gedir. İqtisadiyyat “ağardılır”, bir sıra mexanizmlər vasitəsilə “kölgə iqtisadiyyatı” sıradan çıxarılır. Bu kimi müsbət proseslərin nəticəsi olaraq muzdlu işçilərlə işəgötürənlər arasında bağlanan əmək müqavilələrinin sayı getdikcə artır. Bunu Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasından da görmək mümkündür. Ümumilikdə, son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib. Fondun İdarə Heyətinin sədri Himalay Məmişovun verdiyi məlumata əsasən, DSMF-nin 2023-cü ilin I yarımilində gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 465 mln. manat və ya 16,6 faiz çox olmaqla 3271 mln. manat təşkil edib. Həmin gəlirlərin 2531 mln. manatı məcburi dövlət sosial sığorta daxilolmaları olub ki, bu da 2022-ci ilin I yarımili ilə müqayisədə 13,8 faiz və ya 306 mln. manat çoxdur. Fondun ilin 6 ayındakı xərcləri isə ötən ilə nisbətən 16,2 faiz və ya 418 mln. manat artaraq 3009 mln. manat olub. Xərclərin 2919 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz və ya 413 mln. manat çoxdur.
Öz növbəsində DSMF-n?n vəsaitlərinin artması pensiyaların ödənilməsində əvvəllər müşahidə edilən riskləri aradan qaldırıb. Son illərdə respublikamızda pensiyaların ödənilməsində gecikmə halları qeydə alınmır. Paralel şəkildə, pensiyalar hər il indeksləşdirilir. Təqaüdlərin baza hissəsinin artırılması da ölkəmizdə gözəl bir ənənəyə çevrilib.
Pensiyaçılar üçün əlavə imkanlar
Bəs özəl pensiya fondları vətəndaşlar üçün hansı üstünlüklər yaradacaq? Bu sualla Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdik. Milli Məclisin deputatı “Yeni Azərbaycan”a açıqlamasında özəl pensiya fondlarının yaradılması məsələsinin uzun müddətdir ki, müzakirə olunduğunu və müxtəlif təcrübələrin araşdırıldığını bildirdi. “Demək olar, bütün inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunur. Həmin dövlətlərin təcrübəsi göstərir ki, vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, həmçinin özəl pensiya fondundan da təqaüd ala bilsinlər. Yəni, bir deyil, iki mənbədən vəsait almaq pensiya məbləğinin artmasına gətirib çıxaracaq”, - deyə Vüqar Bayramov bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, oxşar praktikanın Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi vəsaitlərə uyğun olaraq, məsələn, əlavə 300 manat almaq imkanı qazanacaq. Bu o deməkdir ki, vətəndaşımızın pensiyası bu halda 500 deyil, 800 manat olacaq.
V. Bayramov özəl pensiya fondlarının etibarlılığı kimi vacib məsələyə də diqqət çəkib. “Təbii ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Fondda vəsaitlər milli valyutada yığılır və onun idarə edilməsi həyata keçirilir. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması vacibdir. Bu baxımdan, təklif edirik ki, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyası həyata keçirilsin, valyuta riskləri sığortalansın. Bütün riskləri nəzərə almaq üçün tam təkmil mexanizmin hazırlanması və təqdim edilməsi çox mühümdür. Bütün hallarda, özəl fond vətəndaşlarımıza pensiyalarını artırmaq üçün yeni imkanlar açacaq”, - deyə V.Bayramov əlavə edib.
MÜBARİZ.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

