“Şahdəniz”dən sonra “Abşeron”...
02.09.2023 [10:20]
Azərbaycan zəngin mavi yanacaq ehtiyatlarına malik olduğunu cəsarətlə təsdiqləyir
Müstəqil Azərbaycan özünün enerji siyasətinin indiki mərhələsində mavi yanacaq istehsalını artırır. Cari ilin iyul ayında respublikamız enerji siyasətinin mavi yanacaq seqmenti üzrə daha bir mühüm uğura imza atdı. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılmasından gedir. Avqustun 31-də isə “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdırıb. O, “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsinin Azərbaycan üçün əlamətdar olan bu ildə həyata keçirilməsini xüsusi vurğulayıb. Qeyd olunub ki, “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlər intensiv şəkildə davam etdirilir.
Ölkəmiz və tərəfdaşlar üçün mühüm önəm daşıyan layihə
Tədbirdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb. Məlum olduğu kimi, bəzi məkrli, azərbaycanafob dairələr hansı yollarlasa Azərbaycanın enerji siyasətinə pəl vurmaq, ölkəmizə beynəlxalq inamı azaltmaq məqsədilə respublikamızın ehtiyatlarının azaldığı barədə dezinformasiyalar yayırdılar. Növbəti zəngin qaz yatağında - “Abşeron”da hasilata start verilməsi ilə belə iddialar tar-mar oldu.
“Abşeron” yatağının işlənməsinin ilkin mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
Qeyd edək ki, Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi “Neft Daşları”nda yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir.
“Abşeron” yatağı üzrə uğurlu beynəlxalq əməkdaşlıq
Azərbaycanın uğurlu enerji siyasəti transmilli şirkətlərlə əməkdaşlıq şəraitində reallaşdırılır. Yeni neft strategiyamızın müəllifi olan ulu öndər Heydər Əliyevin böyük səyləri ilə1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan bu əməkdaşlıq sonrakı mərgələdə əhəmiyyətli dərəcədə genişlənib. Həmçinin “Abşeron” yatağı üzrə də beynəlxalq əməkdaşlıq formatı yaranıb. Tədbirdə Mikayıl Cabbarov Azərbaycanın enerji sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdiyini ifadə edib.
Xatırladaq ki, “Abşeron” yatağı ötən əsrin altımışıncı illərində kəşf edilib. Ancaq uzun illər ərzində yatağın işlənməsinə başlamaq mümkün olmayıb. Çünki o dövrdə mövcud texnika və texnologiyalar Xəzər dənizinin dərinliklərində qazma işlərini həyata keçirməyə imkan vermirdi. Digər tərəfdən, qaz sənayesinə maraq az idi. İnvestorlar neftçıxarma ilə müqayisədə gəlirliliyi aşağı olan bu sahəyə sərmayələr yönəltməyə böyük maraq göstərmirdilər. Nəhayət, 1997-ci ildə “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsünə dair birinci beynəlxalq müqavilə imzalanıb. Layihə çərçivəsində görülən işlər uğursuz nəticələnib və ilk quyu debit verməyib. Bu səbəbdən də xarici şirkətlə imzalanan müqaviləyə 2005-ci ildə xitam verilib.
Ancaq azərbaycanlı geoloqlar böyük inamla yataqda zəngin qaz ehtiyatlarının olduğunu əsaslandırıblar. Nəhayət, aradan dörd il ötəndən sonra “Abşeron” yatağı üzrə işlər yenidən canlanıb. Belə ki, 2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Total” şirkəti arasında “Abşeron” yatağı üzrə yeni müqavilə imzalanıb. 2015-ci ildə isə SOCAR və “Total” birgə “JOCAP” (Joined Operating Company Absheron Petroleum) əməliyyat şirkətini yaradıblar. Beləliklə, “SOCAR Absheron” və “Total E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (Joined Operating Company Absheron Petroleum) birgə müəssisəsi “Abşeron” yatağının operatoru elan olunub. Müqavilənin 30 il müddətinə həyata keçirilməsi nəzərdə tutulur. 747 kvadratkilometr ərazini əhatə edən müqavilə sahəsində aparılan ilkin kəşfiyyat işləri uğurla nəticələnib. 2011-ci ilin sentyabr ayında “Abşeron”da çox böyük qaz ehtiyatlarının aşkar olunması rəsmən elan edilib.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50 faiz paya malikdir. Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faiz iştirak payının satışı ilə bağlı imzalanma mərasiminin keçirildiyini xatırladan SOCAR-ın Müşahidə Şurasının sədri bu sənədin Azərbaycanda yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğunu qeyd edib.
Ən aşağı karbon tullantılarına malik quyu
Azərbaycanın dünya şöhrətli şirkəti olan SOCAR özünün ekoloji proqramı çərçivəsində “sıfır emissiya” hədəfi müəyyənləşdirib. Şirkət yataqların işlənməsi zamanı atmosferə çirkli qazların buraxılmasını əhəmiyyətli dərəcədə məhdudlaşdıraraq öz hədəfinə doğru inamlı addımlar atıb. “Abşeron” yatağında qazılan istismar quyusu da ekoloji normalara yüksək səviyyədə cavab verir. Bu, Prezident İlham Əliyevin avqustun 31-də “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edərkən də xüsusi olaraq diqqətə çatdırılıb. Görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulanıb və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib. Qeyd edilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.
Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olunub. Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

