2030-cu ilədək 9 əsas layihə...
26.09.2023 [10:13]
Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır
Cənubi Qafqazda lider ölkə
Yeni sənaye inqilabına transformasiya bütün ölkələr kimi Azərbaycanın da qarşısına yeni çağırışlar qoyub. Burada dövlətin siyasi iradəsi, insan kapitalı, zəruri fiziki və institusional infrastrukturun qurulması mühüm şərtlərdir. Deyə bilərik ki, respublikamızda Dördüncü Sənaye İnqilabına transformasiyanı şərtləndirən bütün amillər yüksək səviyyədə təmin olunur. Azərbaycan müasir dövlət kimi inkişaf edir. Bu strateji kursa uyğun olaraq respublikamızda yeniliklərə daim “yaşıl işıq” yandırılır. 2021-ci ildə Prezident İlham Əliyev respublikamızda Dördüncü Sənaye İnqilabına keçidin hüquqi əsaslarının möhkəmləndirilməsini və institusional infrastrukturun yeni çağırışlara uyğunlaşdırılmasını hədəfləyən iki mühüm sənəd imzaladı. Bunlardan biri 2021-ci il 6 yanvar tarixində imzalanmış “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərmandır. Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanla isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Bütün bunlar Azərbaycan dövlətinin rəqəmsal transformasiyaya böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir.
Ölkəmizdə paralel şəkildə dayanıqlı rəqəmsal infrastrukturun qurulması istiqamətində işlər uğurla davam etdirilir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri “AzerTelecom” şirkəti tərəfindən reallaşdırılan “Azerbaijan Digital Hub” proqramıdır.
Rəqəmsal transformasiyanın mühüm şərtlərindən biri insan resursları ilə bağlıdır. Respublikamızda “qara qızıl”ın insan kapitalına çevrilməsi məqsədini hədəfləyən siyasətin aparılması rəqəmsal transformasiyaya keçidin yükünü, necə deyərlər, öz çiyinlərində daşıyacaq mütəxəssislərin, gənc kadrların formalaşmasını təmin edib.
Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb və fəaliyyəti təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev 3 iyun 2019-cu il tarixində “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalayıb.
Respublikamızın rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı hədəfləri də kifayət qədər böyükdür. O cümlədən 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş 11 min kvadrat kilometrədək ərazinin bərpasında rəqəmsal texnologiyaların tətbiqinə geniş meydan verilir. Həmin ərazilərdə ilk “Ağıllı kənd” layihəsinin icrası artıq tamamlanıb və yenilərinin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın rəqəmsal texnologiyalara keçid sahəsində qazandığı uğurlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) təsis edilməsi bir daha təsdiqləyir. Mərkəzin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Ötən ilin fevralında isə Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı baş tutub. Bu, MDB məkanında açılan ilk belə mərkəzdir.
Mübariz
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

