2024-cü ildə uçot dərəcəsi sabit qalacaq, yoxsa...
12.01.2024 [11:20]
Elbrus Cəfərli
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası “ING” (“Internationale Nederlanden Groep”) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu sabit saxlayıb.Təşkilat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu 8% müəyyən etməsinə əsaslanaraq belə bir qiymətləndirmə verib. Qeyd edək ki, Mərkəzi Bank 2023-cü il dekabrında sonuncu iclasında uçot dərəcəsi 8,5 faizdən 8 faizə, faiz dəhlizinin aşağı həddi 7 faizdən 6,5 faizə endirilib. Mərkəzi Bank bu qərarı ölkə üzrə faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizinə, inflyasiya gözləntilərinin stabilləşməsinə, eləcə də valyuta bazarında təklifə əsaslanmaqla qəbul edib. Belə ki, 2023-cü ilin oktyabr ayından sonra inflyasiyanın stabilləşməsi, noyabrda yenidən bir neçə bənd azalması və dekabrda birrəqəmli inflyasi göstəricisinin qeydə alınması bu qərarın verilməsində həlledici amil olub.
“Internationale Nederlanden Groep”ın Azərbaycanla bağlı sabit proqnozundan belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanda 2024-cü il ərzində uçot dərəcəsi indiki həddə, yəni məqbul qənaətbəxş səviyyədə saxlanılacaqdır. Eləcə də, Mərkəzi Bank bildirib ki, 2024-cü ildə faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar inflyasiya mühitində xarici və daxili amillərdən asılı olaraq veriləcəkdir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda uçot dərəcəsinin sabit qalmasında inflyasiya amilinə diqqət yetiriləcək. Əgər inflyasiya yenidən ikirəqəmli həddə keçərsə MB faiz dəhlizi parametrelərinə yenidən baxa, daha doğrusu uçot stavkasını artıra bilər.
Bəs, ehtimallar necədir, inflyasiyanın 2024-cü ildə artması gözlənilirmi?
İlk olaraq qeyd edək ki, Azərbaycanda inflyasiyanın əsas ocaqları idxal faktoru ilə daha sıx bağlıdır. İllik inflyasiya xarici amillərin təsirləri ilə azala, yaxud çoxala bilər. Məlumdur ki, ölkəmizdə 10 faizlik inflyasiyanın təxminən 3 faiz bəndi yerli istehsaldan və daxili tələbdən formalaşır. Qalan, 7 faiz idxaldan formalaşır. Belə ki, ticarət dövriyyəsində 12-14 milyard dollarlıq idxal payı olan Azərbaycana idxal inflyasiyası təzyiq edir. Xüsusilə də idxal zənbilində ən azı 2.5 milyard dollar həcmində ərzaq mallarının qiymətləri dünyadakı bahalaşmaların fonunda dayanmır. Həmçinin, qeyri-ərzaq mallarının da idxal dəyəri artır. Bu o deməkdir ki, hazırda qeydə alınmış 9 faizlik inflyasiyanın tərkibində idxal inflyasiyasının payı 70 faiz, yaxud 6,5 faiz-bənd təşkil edir. Bunun da əsas başlıca səbəbi ərzaq mallarının xaricdən idxalının çox olması ilə yanaşı, həm də yerli qida istehsalında tələb olunan xammal komponentlərinin idxalının çox olması ilə bağlıdır.İdxal məhsullarının baha olmasının isə 2 başlıca səbəbi vardır. Birincisi, dünya bazarında bir çox aqrar və sənaye mallarının qiymətlərinin bahalaşmasıdır. İkinci amil daşınma-nəqliyyat xərcləridir.
Reallıq budur ki, hazırda xarici mənşəli inflyasiyanın səngiməsi müşahidə olunur. Qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində qiymət indeksi aşağı düşür. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi ötən ilin dekabr ayında illik əsasda 18.3%, o cümlədən enerji qiymətləri üzrə 23.9%, qeyri-enerji qiymətləri üzrə 4.6% enibdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi noyabr və dekabrda illik əsasda 10.7% azaldıb. Beləlikldə, qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi Azərbaycanda inflyasiya idxalını azaldır.
Bundan başqa, 2023-cü ildə antiinflyasiya tədbirlərini gücləndirən hökumət komandası 2024-cü ildə də inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərinin nəzarətdə saxlanılması, eləcə də bu sahədə qurumlararası koordinasiyanı diqqətdə saxlayacaq. Belə ki, kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları, vergi güzəştlərinin verilməsi, bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Hökumət inflyasiya ilə mübarizə tədbirlərini 2024-cü ildə də prioritet kimi diqqətdə saxlayacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumların bu prosesə cəlb edəcək.Qiymət bazarlarında ən önəmli nüanslardan biri olan süni qiymət artımlarının qarşısının alınması da yaddan çıxarmayacaq.
Yuxarıda qeyd edilən amilləri nəzərə alan Mərkəzi Bank tərəfindən monetar siyasət tədbirlərinə uyğun qərar verəcək. Yəni, inflyasiya riskləri olmadığı halda uçot dərəcəsi 8 faiz, faiz dəhlizinin aşağı həddi 6,5 faizdə saxlanılacaq. Hətta bu istiqamətdə müsbət dəyişmə baş versə Mərkəzi Bank faiz dəhlizini yenə də endirməyə qərar verə bilər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

