İdeoloji mübarizədə din amili...
19.10.2024 [10:34]
Bu istiqamətdə medianın rolu vacibdir!
Müxtəlif dini konfessiyalara hörmət, ölkəmizdə həmin din nümayəndələrinin dinc yaşaması Azərbaycanda tolerantlığın səciyyəvi əlamətidir. Məlumdur ki, Azərbaycanın Şərqlə Qərbin kəsişməsində yerləşən geostrateji mövqeyi, hər iki sivilizasiyanın dəyərlərini mənimsəmək və dəstəkləmək bacarığı bizə müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında canlı körpü rolunu oynamağa imkan verir. Bu sahədə zəngin təcrübəsi sayəsində Azərbaycan həm Şərq, həm də Qərb tərəfindən çox ehtiyac duyulan mədəniyyətlərarası və dinlərarası dialoq və qarşılıqlı fəaliyyət üçün təbii platforma kimi asanlıqla qəbul edilir.
Bu gün paytaxtımız mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi və dərinləşdirilməsinə yönəlmiş hər cür yüksək səviyyəli tədbirlərin, o cümlədən sammitlərin, qlobal forumların və konfransların keçirildiyi əsas beynəlxalq məkan kimi tanınır. Eyni zamanda ölkəmiz mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsinə əməli töhfə olaraq, müxtəlif xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Bundan başqa Azərbaycan dünyanın müxtəlif yerlərində qlobal mədəni və dini irsin qorunmasına yönəlmiş çoxsaylı layihələrin həyata keçirilməsini maliyyələşdirir.
Dinin tədrisi elmi düşüncə və pedaqoji bacarıq tələb edir
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə hər zaman milli-mənəvi irsə, dini dəyərlərə ehtiram mövcud olub. Onun sözlərinə görə, mədəniyyətlərarası dialoqun inkişafı, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətimizin prioritet istiqamətlərini təşkil edir.
Deputat həmçinin qeyd edib ki, din sadəcə ehkamlardan ibarət deyil, sərhədlərini müəyyən etməkdə çətinlik çəkdiyimiz geniş bir informasiya məkanıdır: “Dini öyənmək üçün xüsusi maraq lazımdırsa, öyrətmək üçün dərin biliyə, erudisiyaya, eyni zamanda elmi məntiqə malik olmaq vacibdir. Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Dini təhsilin əhəmiyyətini artıran, onun müasir dövrümüzdə yeni dini təhsil modelləri axtarışını zəruri edən amillərdən biri də məhz bundan ibarətdir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin yaradılması da məhz bu məqsədə xidmət edir”.
İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər
C.Məmmədovun sözlərinə görə, bəzən ideoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcud olur. O, qeyd edib ki, Azərbaycan modeli əsrlər boyu formalaşan multikulturalizm və dinlərarası dialoq modelidir: “Bu təhdidlərə media nümayəndələri və cəmiyyət cavab vermək iqtidarındadır. Amma bu prosesi təkmilləşdirməyə ehtiyac var. Dövlətin siyasəti bu sahədə çox sadədir. Dinimizi də sadə və rahatlıqla qəbul etsək, dini radikalizm yaranmaz”.
Ən effektiv üsul maarifləndirmədir
Deputat qeyd edib ki, din həssas məsələ olduğuna görə, bəzi məqamlarda diqqət edilməli nüanslar nəzərə çarpır: “Dini radikalizmlə mübarizədə ən effektiv silah maarifləndirmədir. Hazırda ölkə ərazisində müxtəlif dinlərə aid icmaların etiqad azadlığı təmin olunur, təhlükəsiz ibadət üçün bütün imkanlar yaradılır. Həm ailədə, həm təhsil müəssisələrində dini məsələlərin elmi-pedaqoji müstəvidə öyrədilməsi vacibdir. Cəmiyyətdə milli kimliyin formalaşmasında olduğu kimi, dini kimliyin formalaşmasında da medianın rolu vacibdir. Ona görə də bu kimi həssas məsələlərin düzgün işıqlandırılmasında, ictimai nəzarətin formalaşdırılmasında medianın da üzərinə məsuliyyət düşür. Sırf dini ekstremizmə yanaşmada medianın fəaliyyətinə dövlət orqanları tərəfindən nəzarət edilir. Çünki media qurumlarında bu istiqamətdə yayılan hansısa zərərli məlumat ciddi fəsadlara səbəb ola bilər. Ola bilər, media nümayəndələri özləri də bilmədən, istəmədən dini məsələlərlə bağlı zərərli və məqsədli məlumatların yayılmasına şərait yarada bilərlər. Ona görə də, medianın bununla bağlı maarifləndirilməsi mühümdür”.
Din xadimlərinə çağırış...
Millət vəkili Azərbaycanda mövcud olan dövlət-din münasibətləri modelinin nümunəvi xarakter daşıdığını vurğulayıb: “Ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən tolerantlıq ənənələrinin qorunması ilə bağlı ardıcıl siyasət həyata keçirilir. Nümunəvi birgəyaşayış, vəhdət ənənəsini təhdid edən radikal dini cərəyanların yayılmasının qarşısının alınması, İslamın düzgün təbliğ edilməsi mühüm əhəmiyyət kəsb edir. Gənclərin zərərli xarici ideologiyaların təsirindən qorunmasında, milli-mənəvi dəyərlərə bağlı, müasir dünyagörüşünə sahib nəslin yetişməsində din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. Ona görə də dini-ideoloji sahədə mövcud tendensiyalara xüsusi diqqət etmək lazımdır. Bu istiqamətdə din xadimləri cəmiyyətimizdə vəhdət prinsiplərinin inkişafı və qorunmasında xüsusi fəallıq nümayiş etdirməlidirlər”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

