Tarixi-mədəni irsimizin qorunması istiqamətində... -
28.02.2025 [10:13]
Mühüm layihələr hazırlanır!
Mədəniyyət Nazirliyi tərəfindən regionlardakı tarixi-mədəni irsin bərpa və konservasiyası üzrə layihələrin hazırlanması ilə bağlı iş aparılır. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə bir sıra abidənin bərpa layihələrinin hazırlanması ilə bağlı proses davam etdirilir.
Bildirilib ki, nazirlik həm də Heydər Əliyev Fondu tərəfindən azad olunmuş ərazilərdəki bərpa-konservasiya istiqamətində işlər görür: “Ötən müddətdə Ağdam şəhərində İmarət Kompleksi Mədəniyyət Nazirliyi tərəfindən bərpa olunub. Eyni zamanda Xankəndi şəhərində yerləşən Dövlət Dram Teatrı binasının bərpa layihəsi hazırlanıb. Xocalı rayonundakı Əsgəran qala-kompleksinin bərpa layihəsinin hazırlanması üzrə işlər davam etdirilir”.
Heydər Əliyev Fondu tərəfindən Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa, Mamayı, Saatlı məscidləri, eləcə də Ağdam Cümə məscidi bərpa olunub: “Zəngilanda tarixi məscidin qalıqları konservasiya edilib və bu ərazidə yeni məscid inşa olunub, Şuşada Çöl Qala məscidinin, Ağdamda Qiyaslı, Xocalıda Malıbəyli məscidlərinin bərpası isə davam etdirilir. Bundan əlavə, ?ond tərəfindən Üzeyir Hacıbəylinin Şuşadakı heykəli, Molla Pənah Vaqifin büstü, Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyi, Mehmandarovların malikanə kompleksi, Xalça Muzeyinin filialı, Şirin su hamamı bərpa edilib”.
402 tarixi və memarlıq obyekti aşkar edilib
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən 402 tarixi, memarlıq və ya arxeoloji əlamətləri olan yeni obyekt aşkar edilib. Bildirilib ki, adıçəkilən ərazilərdə tarixi-mədəni abidələrin qeydiyyatı, inventarlaşdırılması, bərpa və konservasiyası istiqamətində sistemli iş aparılır: “Mədəniyyət Nazirliyi tərəfindən 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. İnventarlaşdırma işləri zamanı sahə tədqiqatı aparılıb. Abidələrin elektron xəritələri hazırlanıb, keyfiyyətli fotofiksasiya və dron çəkilişləri həyata keçirilib, arxiv sənədləri və digər mənbələr araşdırılıb”.
Azad olunmuş ərazilər üzrə dövlət mühafizəsindəki 705 abidənin bir qismində inventarlaşdırma işlərinin mina təhlükəsi səbəbindən istənilən səviyyədə aparıla bilmədiyi də qeyd olunub: “Ərazilər minalardan təmizləndikcə arxeoloji abidələrə dair arxiv materialları əsasında inventarlaşdırma da davam etdirilir”.
Eyni zamanda vurğulanıb ki, inventarlaşdırılma əsasında işğaldan azad edilmiş ərazilərdə yerləşən daşınmaz tarix-mədəniyyət abidələrinin “Google Earth” proqramı əsasında elektron xəritələri tərtib olunub: “Əldə olunmuş məlumatlar dövlət qurumlarının məlumatlarının inteqrasiyası əsasında işğaldan azad olunmuş ərazilərdə informasiyaların vahid rəqəmsal məkanda toplanılması, emalı və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yaradılmış Qarabağ Rəqəmsal Geoinformasiya sisteminə daxil edilib”.
Ciddi işlər həyata keçirilir
Mədəniyyət naziri Adil Kərimlinin sözlərinə görə, azad olunmuş ərazilərdə bütövlükdə mədəniyyət infrastrukturunun bərpası istiqamətində də ciddi işlər həyata keçirilir: “Qarabağda və Şərqi Zəngəzurda bir çox tarixi abidələr bərpa olunmaqdadır. Sonuncu dəfə bərpa etdiyimiz layihə dövlət başçısının açılışını etdiyi Ağdamda Pənahəli xanın imarət kompleksi olub”.
Nazir qeyd edib ki, Xocalı şəhərindəki Xocalı Memorial Kompleksinin layihəsinin təməlqoyması həyata keçirilib: “Layihə artıq təsdiq edilib və Heydər Əliyev Fondu tərəfindən icrası həyata keçiriləcək”.
Mədəniyyət sahəsində ciddi islahatlar keçirilir
Nazir həmçinin bildirib ki, mədəniyyət sahəsində ciddi islahatlar həyata keçirilir. Onun sözlərinə görə, bu sahədə ən vacib məsələlərdən biri də məhz kadr islahatlarıdır: “Kadr islahatları mədəniyyət sahəsində idarəçilərin ön plana çəkilməsi, xüsusilə də idarəetmə sahəsində olan boşluqların aradan qaldırılması üçün müvafiq peşəkar kadrlar hazırlanaraq vəzifələrə gətirilməsi üçündür. Eyni zamanda ən vacib sahələrimizdən biri xüsusilə də pedaqoji və mədəniyyət sahəsində sistemimizdə nəzərdə tutulmuş musiqi, incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsidir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

