Milli toleranlıq mühiti sabitlik və inkişafı möhkəmləndirir
14.08.2025 [11:10]
Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olmub. Çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tolerantlıq və dözümlülük ideyaları üzərində qurulmuş Azərbaycan dövləti bu gün bütün dünyaya multikulturalizm nümunəsi təqdim edir. Ölkəmiz dinlərarası münasibətlərin ən səmərəli, ən xeyirxah forması olan güclü platforma yaradıb və inkişaf etdirib.
Müasir Azərbaycanda tolerantlıq daha da möhkəmlənən, təkcə bütünlükdə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib və milli sərvət olaraq qəbul edilir. Azərbaycan Konstitusiyasında qeyd edilib ki, milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyi təmin edilir. “Dini etiqad azadlığı haqqında” qanunda tda eyni prinsiplər təsbit olunub. Eyni zamanda, ölkəmizdə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.
Ümummilli ider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini, həmrəyliyini əks etdirir. Ulu Öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin cəmiyyətin priaritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərərək bu sahədə özündən sonra böyük siyasi irs və dövlətçilik təcrübəsi miras qoyubdur. Onun təşəbbüsü ilə Azərbaycanda və ümumilikdə, regionda ilk dəfə 16 noyabr tarixinin Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi, bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi ənənəsi geniş yayılıb.
Respublikamızda məscidlərlə yanaşı, kilsə və sinaqoqların, dini abidələrin qorunması, təmiri və bərpası təmin olunur, bütün ənənəvi dini icmaların fəaliyyəti davamlı dəstəklənir, multikultural həyat tərzi dinlər və məzhəblərarası müstəvidə inkişaf edir. Müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün münbit şərait mövcuddur. Milli azlıqların öz bayramlarını qeyd etməsi, hətta həmin günlərin ölkə başçısı tərəfindən təbrik edilməsi ənənəsi müxtəlif dini konfessiyaların rəhbərləri tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan xalqının multikultutral ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət son illərdə Prezident İlham Əliyev tərəfindən inamla inkişaf etdirilir. “Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir” - deyən dövlət başçısının bu fikirləri ölkəmizdə dərin köklərə malik olan tolerantlığın xalqımızın xarakterik cəhətlərindən biri olması, zərurətdən irəli gələn hər hansı konsepsiya deyil, bir həyat tərzi və mədəniyyət olmasını əks etdirir.
Ölkəmizdə tolerantlığın sarsılmaz arxitekturasının möhkəmlənməsi milli-etnik rəngarənlik fonunda dözlət-özəl, biznes, idarəetmə və digər sektorlarda həmrəliyi də gücləndirir. Məhz bu həmrəylik və qardaşlığın nəticəsidir ki, Azərbaycanda müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində fəal şəkildə təmsil olunaraq ölkəmizin inkişafına əvəzsiz töhfələr verir, dövlət strukturlarında ən yüksək vəzifələrdə çalışaraq milli mənafeyimizin qorunmasında layiqlə xidmət göstərirlər. Tarixi Zəfərin qazanılmasında da məhz bu milli birlik, tolerantlıq mühüm rol oynadı.
Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti sayəsində ölkəmiz çoxmillətli və çoxkonfessiyalı ölkə, qlobal miqyasda mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Dünyanın bir çox coğrafiyalarında irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülh və onun qorunmasında Azərbaycanın yürütdüyü siyasət, yaratdığı tolerantlıq modeli öz faydalarını göstərməkdədir. Müasir dövrdə beynəlxalq aləmdə baş verən xoşagəlməz hadisələr artır, qeyri-multikultural davranışlar bu mənfi tendensiyaları daha da şiddətləndirir. Bu, bir daha dünyada sabitliyi qorumaq üçün insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın təmin olunmasının, çoxmədəniyyətliliyin, tolerantlığın vacibliyini ortaya çıxarır. Çünki digər dinlərin nümayəndələrinin adət-ənənələrinə, həyat tərzinə və düşüncələrinə hörmətlə yanaşılmayan cəmiyyətdə sabitliyə və inkişafa nail olmaq qeyri-mümkündür. Məhz bu baxımdan Azərbaycan regionda sabitlik adası kimi dəyərləndirilir.
Multikultural humanizm diplomatiyasının uğurlarında sözsüz ki, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın misilsiz fəaliyyətini də qeyd etmək lazımdır. Onun müasir dünya mədəniyyətinə, humanitarizmə münasibəti və əvəzsiz xeyriyyəçilik fəaliyyəti beynəlxalq cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir. 2006-cı il noyabrın 24-də CESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüş ilk qadın ictimai xadim olan Mehriban Əliyeva milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti ilə humanizmin, sivilizasiyalar arasında dialoqun möhkəmlənməsində, tolerantlığın təşviqində xüsusi rol oynayır.
Bu gün Azərbaycanın sahibi olduğu tolerantlıq, multikulturalizm örnəyi bütün sülhpərvər dünyada təqdir olunur, qitə və ölkələrdə nəcib ideya kimi qarşılanır.
Yeganə Bayramova
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

