/ / Əhməd İsmayılov: Türk ölkələrinin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının da miqyası genişlənir
Əhməd İsmayılov: Türk ölkələrinin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının da miqyası genişlənir
18.12.2025 [12:52]
Dezinformasiyaya qarşı dayanıqlı mübarizə modelləri ölkələrin media ekosistemi üçün strateji əhəmiyyət kəsb edir. Yalan məlumatlar, təxribat məqsədi ilə yayılan xəbərlər tarixin bütün dövrlərində insanların kütləvi şüuruna təsir göstərən ciddi amil kimi dəyərləndirilsə də, bu, son zamanlar ölkələrin sosial-mədəni səviyyəsindən asılı olmayaraq, hər kəsin düşüncəsinə daha geniş miqyasda təsir göstərməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dekabrın 18-də Ankara şəhərində keçirilən “Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu”nda çıxışı zamanı səsləndirib.
Ə.İsmayılov qeyd edib ki, bir zamanlar dezinformasiya dalğası yalnız siyasi məzmun daşıyır və ənənəvi medianın kontent manipulyasiyası vasitəsi ilə yayılırdısa, indi mənzərə tamamilə dəyişib: “İndi media manipulyasiyaları ilə yanaşı, texnoloji inkişafın gətirdiyi yeniliklər də yalan məlumatların sürətlə yayılmasına imkan yaradır. Bu baxımdan, istənilən ölkə məzmunundan asılı olmayaraq dezinformasiya dalğasının hədəfinə çevrilə bilər”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun sözlərinə görə, Türk dövlətləri də belə sistemli informasiya təhdidlərinə məruz qalır. Qeyd edib ki, mürəkkəb coğrafiyalarda yerləşmiş türk ölkələrinin geopolitik fəallığı artdıqca dezinformasiya dalğasının da miqyası genişlənir. “Bu tendensiya bizim ümumi problemimizdir və onun həlli, cəmiyyətlərimizin müqavimətinin gücləndirilməsi hamımızın birgə səyindən, həmrəyliyindən birbaşa asılıdır”, - deyə Ə. İsmayılov vurğulayıb.
Medianın İnkişafı Agentliyinin rəhbəri bildirib ki, Azərbaycanda dezinformasiya problemi ölkəmizin beynəlxalq nüfuzu artmaqda davam etdikcə özünü daha qabarıq şəkildə büruzə verir: “Xüsusilə, ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər zamanı müxtəlif qarayaxma kampaniyalarının şahidi oluruq. Bu kampaniyalar çaşqınlıq və qeyri-sabitlik səpmək üçün nəzərdə tutulur, çox vaxt bizim reputasiyamıza xələl gətirmək məqsədi daşıyan yalan hekayələr formasında özünü göstərir”.
Bu kimi zərərli tendensiyaları aradan qaldırmaqda peşəkar medianın üzərinə ikiqat məsuliyyət düşdüyünü bildirən Ə.İsmayılov, hər bir ölkənin doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin möhkəmləndirilməsinin əsas məqsəd olduğunu deyib.
Xəbər lenti
Hamısına baxİdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50

