44 günlük müharibədə...
23.12.2025 [08:35]
Ordumuz yeni hərbi düşüncənin simvolunu yaratdı!
44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə deyil, həm də müasir hərb tarixində yeni yanaşmaların tətbiqi ilə yadda qaldı. Azərbaycan Ordusunun döyüş taktikası və əməliyyat planlaması qısa müddətdə beynəlxalq hərbi ekspertlərin, analitik mərkəzlərin və dünya mediasının diqqətini cəlb etdi. Bu müharibə göstərdi ki, müasir dövrdə qələbə yalnız say üstünlüyü ilə deyil, ağıllı strategiya və peşəkar kadrlarla qazanılır.
Azərbaycan Ordusunun əsas üstünlüklərindən biri dəqiq planlaşdırılmış və mərhələli hücum taktikası idi. Döyüşlərdə klassik mövqe müharibəsindən imtina edilərək, çevik manevrlərə və lokal üstünlük yaratmağa əsaslanan strategiya seçildi. Xüsusilə, çətin relyefə malik ərazilərdə ordunun sürətli irəliləyişi, düşmənin müdafiə xətlərinin yarılması hərbi baxımdan nümunə kimi dəyərləndirildi.
Dünya hərb tarixində yenilik
Mövzunu “Yeni Azərbaycan”a şərh edən hərbi ekspert Emin Həsənli bildirib ki, 44 günlük Vətən müharibəsinin dünya hərb tarixində özünəməxsus yeri var: “Bu müharibə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bir sözlə, İkinci Qarabağ müharibəsi həm dünya hərb tarixinə böyük yeniliklər gətirdi, həm də müharibəyə baxışı dəyişdi”.
Klassik döyüş taktikası ilə...
E.Həsənli bildirib ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində klassik və müasir döyüşü bir yerdə apardı: “Şuşa uğrunda mübarizə klassik döyüş taktikası ilə keçdi. Belə ki, bu döyüşlər yüngül silahlarla sıldırım qayalardan keçmək, şəhərin tarixi abidələrini qorumaq baxımından mühüm idi. Ağır texnikadan istifadə edilmədi, qəhrəman əsgərlərimiz məhz yüngül silahlarla Şuşada döyüşlər apardılar və mühüm qələbə əldə etdilər.
44 günlük müharibə eyni zamanda orduda uzun illər aparılan islahatların nəticəsi idi. Müasir silahlanma, NATO standartlarına uyğun təlimlər, peşəkar zabit heyəti və Ali Baş Komandanın siyasi iradəsi bu qələbənin əsas sütunlarını təşkil etdi. Əsgər və zabitlərin yüksək mənəvi ruhu, vətənpərvərlik hissi isə bütün taktiki üstünlükləri tamamlayan əsas amil oldu”.
Ordumuzun şücaəti xarici ölkə institutlarının diqqətində
Ekspertin sözlərinə görə, 44 günlük müharibədə ordumuzun istifadə etdiyi döyüş taktikaları hətta xarici ölkə institutları tərəfindən öyrənilməkdədir: “Çünki bu zəfərin əldə edilməsində dünya hərb elminin istifadə etmədiyi üsullardan istifadə olundu. Burada Azərbaycan ordusunun göstərdiyi hünər həmin hərbi institutların diqqətini cəlb etdi və onu öyrənməyə qərar verdilər. Hesab edirəm ki, bu zəfər ayrı-ayrı istiqamətlərdə ayrıca mövzu kimi işlənməlidir. Məsələn, Azərbaycan Ordusunun malik olduğu hərbi texnika, yaxud da Azərbaycan əsgərinin savaş zamanı, xüsusilə, Şuşa şəhərinin alınması ilə bağlı həyata keçirdiyi əlbəyaxa döyüşlər... Bu döyüşdə Azərbaycan Ordusu özündən altı-yeddi dəfə artıq və dişinə qədər silahlanmış düşməni əlbəyaxa döyüş taktikası ilə məğlub etdi. Bu döyüş əlbəttə, ayrıca öyrənilməlidir”.
Düzgün strategiya və xalq birliyi
Ekspert həmçinin qeyd edib ki, Azərbaycan Ordusu Vətən müharibəsində Cenevrə Konvensiyasının müddəalarına əməl edərək mülki əhali və əsrlərlə davranışı zamanı bütün dünyanın diqqətindən yayınmadı: “Yeganə müharibə oldu ki, xalq-dövlət-ordu prinsipi ilə vahid həmrəylik var idi. Bir sözlə, müharibə Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan burada yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən, Ermənistan isə monoetnik dövlətdir. Tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətidir.
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunu regionda deyil, dünya miqyasında müasir və effektiv hərbi qüvvə kimi tanıtdı. Bu müharibə sübut etdi ki, düzgün strategiya, texnoloji üstünlük və xalqın birliyi bir araya gəldikdə, ən mürəkkəb problemlər belə həllini tapa bilər. Azərbaycan Ordusunun tətbiq etdiyi taktika artıq təkcə qələbənin deyil, yeni hərbi düşüncənin simvoluna çevrilib.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15

