Yeni laboratoriya yaradıldı
06.02.2026 [08:31]
İnformasiya təhlükəsizliyi ilə bağlı...
Rəqəmsallaşmanın sürətləndiyi, texnologiyaların bütün sahələrə nüfuz etdiyi bir dövrdə informasiya təhlükəsizliyi ilə bağlı laboratoriyaların yaradılması həm təhsil, həm də praktiki hazırlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu laboratoriyanın açılması ölkəmizdə kibertəhlükəsizlik sahəsinin inkişafı baxımından da mühüm addımdır.
Fevralın 3-də Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının açılışı olub. Bu laboratoriya tələbələrə informasiya təhlükəsizliyi üzrə nəzəri biliklərini real ssenarilər üzərində sınaqdan keçirmək imkanı yaradır. Burada kibertəhlükələrin aşkarlanması və müdafiə mexanizmlərinin qurulması kimi vacib bacarıqlar praktiki mühitdə öyrədilir. Bu isə məzunların əmək bazarına daha hazırlıqlı olmasına şərait yaradır.
“Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov bildirib ki, Azərbaycanda yaxın vaxtlarda rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək. Onun sözlərinə görə, DTX rəqəmsal sübutların tanınması ilə bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təşəbbüs irəli sürüb: “Sənəd Milli Məclisə baxılması üçün təqdim olunub. İnanırıq ki, mətbuatdan da izlədiyiniz kimi bütün cinayətlərin texniki izlərinin həm aparat təminatlarında, avadanlıqlarda, eyni zamanda, proqramlarda, şəbəkələrdə, bulud texnologiyalarında izlənməsi və onların hüquqi statusu artıq təmin olunacaq”.
D. Rüstəmov qeyd edib ki, son dövrlər texnologiya çox dinamik sürət götürüb: “Süni intellektin də rəqəmsal mühitə töhfələri həddindən artıq yüksəkdir. Hər gün biz kontentlərin həm təhrifini, həm də avtomatlaşdırılmasındakı sürətləri, yəni bir neçə, bəlkə də illərə başa gələcək hesablama nəticələrini bir saniyədə, yaxud bir neçə dəqiqədə əldə edə biləcəyimizi görürük”.
DTX rəsmisi yeni yaradılan laboratoriyada yaxın vaxtlarda Azərbaycanda istehsal olunan proqram təminatlarının, eləcə də aparat təminatlarının testlərinin keçiriləcəyinə, zəiflik və boşluqların aşkar ediləcəyinə ümidini ifadə edib: “Burada o qədər sürətli tədqiqatlar aparmalıyıq ki, bizim rəqəmsal inkişaf tendensiyasını izləmək mümkün olsun”.
“Laboratoriya tələbələr üçün unikal imkanlar yaradacaq”
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun sözlərinə görə, hazırda ən yüksək bal toplayan abituriyentlər bir çox hallarda məhz kibertəhlükəsizlik ixtisasını seçirlər: “Azərbaycanda tələbələrin rəqəmsal ixtisaslara, xüsusilə də kibertəhlükəsizlik sahəsinə artan marağı ali təhsil müəssisələri üçün ciddi çağırış yaradır.
Bu gün açılan laboratoriya tələbələr üçün unikal imkanlar yaradacaq. O, həm praktik, həm də təlim-tədris laboratoriyası kimi fəaliyyət göstərəcək və ən sürətli internetlə təmin olunacaq. Laboratoriyanın unikallığı ondan ibarətdir ki, o, bir növ Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir şöbəsi kimi fəaliyyət göstərəcək. Bu, dövlət-istehsalat-universitet əməkdaşlığının bariz nümunəsidir. İstehsalat artıq kənarda deyil, ali təhsil müəssisəsinin daxilindədir. Bu isə çox mühüm fərqlilikdir”.
Rektor qeyd edib ki, Azərbaycanda rəqəmsal sahədə həm iri investisiya layihələri həyata keçirilir, həm də dövlət qurumları bu prosesdə yüksək maraq göstərir: “Belə mərkəzlərin yaradılması ilə yanaşı, orada çalışacaq ixtisaslı kadrlara da ehtiyac var və bu mütəxəssislər məhz BANM-də hazırlanır. Bu gün açılan laboratoriya kibertəhlükəsizlik ixtisasının formalaşması və inkişafı baxımından əlamətdar hadisədir. Tələbələrimiz bu laboratoriyaların verdiyi imkanlar sayəsində daha da irəli gedəcəklər”.
“Azərbaycan regionun kibertəhlükəsizlik mərkəzinə çevrilir”
Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Karmen Elena Çirnu bildirib ki, Azərbaycanın artan rolu kibertəhlükəsizlik məsələlərini daha da aktuallaşdırır: “Azərbaycan təkcə enerji istehsalçısı deyil, eyni zamanda regionun enerji və bağlantı mərkəzinə çevrilir. Sistemlər daha mürəkkəb və bir-biri ilə inteqrasiya olunmuş olduqca, onların qorunması da strateji əhəmiyyət kəsb edir. Azərbaycan regionda enerji və rəqəmsal bağlantı baxımından strateji mövqeyini gücləndirir, ölkə tədricən regionun əsas enerji, kommunikasiya və kibertəhlükəsizlik mərkəzlərindən birinə çevrilir”.
K. Çirnu bildirib ki, enerji, nəqliyyat və rabitə kimi kritik infrastrukturların rəqəmsallaşması yeni imkanlarla yanaşı, əlavə risklər də yaradır: “Bu səbəbdən kibertəhlükəsizlik yalnız texniki məsələ deyil, milli təhlükəsizlik və iqtisadi sabitlik məsələsidir. Bu istiqamətdə praktiki təlimlərin və simulyasiya mühitlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır”.
O, əlavə edib ki, universitetlərdə yaradılan müasir laboratoriyalar və beynəlxalq əməkdaşlıq layihələri ölkədə peşəkar kadr hazırlığını sürətləndirəcək və Azərbaycanın regional kibertəhlükəsizlik mərkəzi kimi mövqeyini gücləndirəcək.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28

