Ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı diqqət mərkəzindədir
17.06.2017 [10:16]
Bölgələrin enerji infrastrukturu yenilənir, yarımstansiyalar tikilir, yeni xətlər çəkilir
Bu gün öz inkişafına görə nəinki yerləşdiyi regionda, həm də dünyada fərqlənən Azərbaycanın əldə etdiyi uğurlardan respublikanın bütün bölgələrinə pay düşüb. Daha doğrusu, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən çoxsahəli işlər ölkəmizin bütün bölgələrində inkişafa təkan verib. Bu günə kimi ikisinin icrası başa çatan, üçüncüsü isə hazırda icra edilən Dövlət proqramları çərçivəsində ilk növbədə, regionlarda müasir infrastruktur yaradılıb ki, bu sırada bölgələrin enerji təminatının möhkəmləndirilməsi də var.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində bu məqama toxunan dövlət başçısı “Demək olar ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilmişdir. Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq, 30-a yaxın elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bu, inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Digər tərəfdən, infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur. Biz buna da nail olduq. Əvvəlki illəri yaxşı xatırlayırıq, işıqlar sönürdü, hətta Bakı şəhərində fasilələr yaranırdı. Bu gün isə biz dayanıqlı elektrik enerjisini demək olar ki, təmin etmişik. Hələ də işlər gedir, enerji infrastrukturu yeniləşir, yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, elektrik dirəkləri təzələnir. Ancaq demək olar ki, biz işlərin böyük hissəsini görə bilmişik” deyib.
Beləliklə, vurğulamaq yerinə düşər ki, bütün ölkə boyu enerji təminatının möhkəmlənməsi də Azərbaycanın genişmiqyaslı infrastruktur quruculuğu siyasətinin uğurlu nəticələrindəndir. Bunu statistik rəqəmlər də təsdiqləyir. Belə ki, son 13 ildə respublikamızda ümumi istehsal gücü 2400 meqavat olan 26 elektrik stansiyası tikilib. Paylayıcı şəbəkələrdə, yarımstansiyalarda, transformator məntəqələrində dayanıqlılığın artırılması məqsədilə aparılan yenidənqurma işlərinin miqyası da kifayət qədər genişdir. Təkcə 2016-cı il ərzində ölkə üzrə 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub.
Qeyd edək ki, enerji təminatının gücləndirilməsi istiqamətində reallaşdırılan yeni layihələr öz növbəsində regionlarda iqtisadi aktivliyin təmin olunmasına güclü təkan verib. Regionlarda iqtisadi aktivliyin təmin olunması baxımından isə digər infrastruktur qurğuları ilə yanaşı, enerji güclərinin artırılması da böyük aktuallıq daşıyır. Azərbaycan üçün xarakterik haldır ki, respublikamızda infrastruktur layihələri bir qayda olaraq dövlət vəsaitləri hesabına həyata keçirilir. Dövlət başçısının da bəyan etdiyi kimi, infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki vətəndaşları dayanıqlı enerji ilə təmin etmək hər bir dövlətin borcudur. Bir sözlə, regionlarda enerji təminatı möhkəmləndikcə insanların məişət şəraiti də yaxşılaşır. Bunun nəticəsidir ki, son vaxtlarda respublikamızda insanların paytaxtdan və digər iri şəhərlərdən regionlara geri qayıdışı başlayıb. Eyni zamanda, ölkəmizdə enerji təminatının möhkəmləndirilməsi istiqamətində görülən işlər davamlı xarakter daşıyır. Yeri gəlmişkən, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan dövlət başçısı deyib: “Təbii ki, həmişə olduğu kimi, il ərzində infrastruktur layihələrinə, onların icrasına diqqət yetiriləcəkdir. Elektrik enerjisi ilə təminat diqqət mərkəzindədir, yeni yarımstansiyalar tikilir, xüsusilə buna ehtiyac olan bölgələrdə”.
Son vaxtlar bu istiqamətdə görülən işlərə keçməzdən öncə bildirək ki, bu ilin mayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,519 milyard kilovat-saat olub. “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən bildirilib ki, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.
Eyni zamanda “Cocuq Mərcanlı” yarımstansiyasının inşası başa çatmaq üzrədir. “Azərişıq” ASC-nin mətbuat xidmətindən bildiriblər ki, yarımstansiyaya 8.300 metr məsafədə yüksək gərginlikli 35 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılıb, o cümlədən Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kilovoltluq “Horadiz” yarımstansiyasından müvafiq gücə malik ikidövrəli elektrik xətti çəkilib.
Səhmdar Cəmiyyət tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kilovoltluq yeni yarımstansiya inşa edilib. Transformatorlarının gücü 2x6,3 MVA olan yeni yarımstansiyanın 35 və 10 kilovoltluq tərəflərində son montaj işləri aparılır. Cocuq Mərcanlı kəndində yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4 kilovoltluq şəbəkə yaradılıb.
Kənd ərazisində bərpası nəzərdə tutulan yaşayış binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kilovoltluq 1000 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi, həmçinin 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator quraşdırılıb. Ümumilikdə “Cocuq Mərcanlı” yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.
“Azərişıq” ASC tərəfindən Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsi (RETSİ) ərazisinə daxil olan 2 qəsəbə, 48 kəndi özündə birləşdirən 136 min nəfər əhalisi olan Salyan rayonunda genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün son iki ildə 3 ədəd yeni yarımstansiya inşa edilib. ASC-nin mətbuat xidmətindən bildirilib ki, gərginliyi 110/35/10 kilovolt (kV), gücü 2x25 MVA olan “Qaraqaşlı”, 35/10 kV gərginlikli, gücü 2x5,6 MVA olan “Kərimbəyli” və gücü 2,5 MVA, gərginliyi 35/6 kV olan “Xurşud” yarımstansiyaları 30 mindən artıq istehlakçının dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatını tam olaraq təmin edib. Rayon ərazisində 37 ədəd müxtəlif güclü yeni komplekt transformator məntəqəsi istismara verilib.
Hazırda rayonun Xıdırlı, Qaraçala və Kötəl kəndləri, ö cümlədən Ələt qəsəbəsinə yaxın 0,4 kV-luq şəbəkələrin tam yenidən qurulması istiqamətində 2500-ə yaxın abonenti əhatə edən ərazilərdə yenidənqurma və bərpa işləri aparılır.
Bundan başqa, Hacıqabul Elektrik Şəbəkəsinin inzibati ərazisində son iki ildə “Azərişıq” ASC tərəfindən genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə 1200 abonenti olan rayonun Udulu kəndində 35/10 kilovoltluq (kV) yeni “1-ci Udulu” yarımstansiya tikilib, 110/35/10 kV-luq “Qazıməmməd” yarımstansiyasının gücü 2 dəfədən çox artırılaraq 16 MVA olub, 36 ədəd yeni komplekt transformator məntəqəsi quraşdırılıb.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, 10 kV-luq hava xətlərində 754 ədəd dayaq basdırılıb, 50.900 metr naqil çəkilib, 0,4 kV-luq hava xətləri üzrə isə 4.163 ədəd dayaq basdırılmaqla, 73.954 metr özünüdaşıyan izolyasiyalı naqil quraşdırılıb. Hazırda Hacıqabulun Nəvai və Pirsaat qəsəbələrində, Udulu, Padar və başqa kəndlərində elektrik hava verilişi xətlərinin yenilənməsi, çəkilməsi, təmiri, bərpası istiqamətində sürətli işlər davam edir.
Bu arada “Azərişıq” ASC Mərkəzi Aran regionunda da genişmiqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirir. ASC-dən bildirilib ki, Mingəçevir, Naftalan şəhərləri və Yevlax, Ağdaş, Ağsu, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə xidmət göstərilir.
ASC-nin Mərkəzi Aran RETSİ-nin yeni tikilən inzibati binası əməkdaşların və istehlakçıların istifadəsinə verib. İkimərtəbəli yeni ofis binasında işçilərin səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.
Açılış zamanı “Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkənin enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işlərindən, iqtisadi və sosial sahədə aparılan kompleks tədbirlərdən danışaraq energetikləri təbrik ediblər.
Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kilovoltluq (kV) və 55 ədəd 35 kV-luq yarımstansiyalarda yenidənqurma işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 110/35/10 kV-luq yeni yarımstansiya inşa edilib və istismara verilib. Hazırda “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına daha 2 ədəd yeni yarımstansiya tikilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

