2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib
05.02.2019 [09:40]
Bəhs edilən dövrdə 16 mindən çox sahibkara 1 milyard manatdan artıq güzəştli kredit verilib
Məlum olduğu kimi, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycanda bütün sahələr inkişaf edib. Və bu inkişafdan respublikamızın bölgələrinə də pay düşüb. Bölgələrin inkişafından danışarkən heç şübhəsiz, 2004-cü ildən etibarən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarını xüsusi olaraq vurğulamaq yerinə düşər. Çünki məhz bu proqramların uğurlu icrası nəticəsində Azərbaycanın bölgələrinin siması əhəmiyyətli dərəcədə dəyişib, regionlarımızda genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri görülüb.
Yeri gəlmişkən, yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə artıb: “Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində iqtisadiyyat, vergilər, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirlərinin, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyinin sədrlərinin iştirakı ilə sahibkarlarla görüş keçirilib. Həmin görüşdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda dövlət başçısının üçüncü Dövlət Proqramının icrası çərçivəsində görülmüş işləri yüksək qiymətləndirdiyini, qarşıdakı illərdə iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafı istiqamətində mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədəki ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Bildirilib ki, son dövrlərdə ölkəmizdə müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq çoxşaxəli və ardıcıl islahatlar həyata keçirilir, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, biznes-investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qeyri-neft sektorunun inkişafı təmin edilir, sahibkarlığa dövlət dəstəyi daha da gücləndirilir: “Həyata keçirilən genişmiqyaslı islahatlar mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında, o cümlədən Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha yüksək səviyyəyə qalxmasına imkan verib. Belə ki, Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib”.
Diqqətə çatdırılıb ki, icrası başa çatan Dövlət Proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Dövlət başçısının şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.
Ümumiyyətlə, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayır. Pambıqçılıq, tütünçülük, baramaçılıq, sitrus meyvəçiliyi, çayçılıq, çəltikçilik, şərabçılıq və xalçaçılıq sahələrinin inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları və bu sahədə görülən işlər aqrar sektorun və sənayenin inkişafında, ixrac potensialının artmasında və regionlarda məşğulluq səviyyəsinin yüksəlməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkədə sahibkarlığın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması sahibkarlığın inkişafı üçün geniş imkanlar açır.
Eyni zamanda, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini və siyasətini həyata keçirmək məqsədi ilə mühüm struktur islahatları həyata keçirilib. Gömrük rəsmiləşdirilməsi sahəsində aparılan islahatlar ölkəmizdə sahibkarlığın inkişafına, qeyri-neft məhsullarının ixracına əlavə stimul yaradıb və biznes mühitinin daha da yaxşılaşmasında əhəmiyyətli addım olan hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyəti”nin əsasını qoyub.
Əhalinin məşğulluğunun təmin olunması, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılması, məşğulluğun artırılması istiqamətində də vacib tədbirlər həyata keçirilir. Sosial layihələrin reallaşdırılmasında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun, şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr regionlarda yaşayan əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verir.
Regionların inkişafında digər bir vacib məqam ondan ibarətdir ki, Sumqayıt və Mingəçevirdə sənaye parklarının, Neftçala, Masallı, Hacıqabul və Sabirabadda sənaye məhəllələrinin yaradılması, 33 rayonun ərazisində 51 aqroparkın və iri fermer təsərrüfatlarının təşviqi bölgələrin potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişafını sürətləndirir. İxracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 17 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müqavilələr imzalanıb, 104,2 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib.
İnvestisiyanın təşviqi mexanizmlərinə gəlincə, indiyədək 292 sahibkarlıq subyektinə 332 investisiya təşviqi sənədi verilib. Bu layihələrin icrası nəticəsində yerli istehsala 2,8 milyard manatdan çox investisiya yatırılacaq, 22 minədək yeni iş yeri yaradılacaq. Bu layihələrin 87 faizi regionların payına düşür. Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi tədbirləri nəticəsində 2014-2018-ci illərdə qeyri-neft sektoru 8 faiz, qeyri-neft sənayesi isə 32 faiz artıb. Görülən işlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla 2 milyondan çox iş yeri açılıb.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası dövründə Azərbaycan arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq, xurma, zeytun, tütün, tekstil, çay, süd və süd məhsulları, istehsalçıları və ixracatçıları, qablaşdırma sənayesi, mebel, tikinti materialları, maşın və avadanlıq istehsalçıları və qadın sahibkarlığının inkişafı assosiasiyaları fəaliyyətə başlayıb və artıq bu sahələrin inkişafına öz müsbət töhfəsini verir. 2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzəştli kreditlərin 70 faizi regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat güzəştli kredit verilib. Bu ildə də tamamilə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manat kredit verilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki, dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti, iri rayon və şəhərlərdə yaradılacaq “Kiçik və Orta Biznes evləri” kiçik və orta sahibkarlığın rolunu və rəqabət qabiliyyətini daha da artıracaq, sahibkarların dövlət xidmətlərinə vahid məkan prinsipi əsasında çıxışını təmin edəcək. Hazırda “KOB Dostu” şəbəkəsinin də genişləndirilməsi işləri aparılır. Artıq Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyət göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47

