Regionlarda pambığın tez və itkisiz toplanması üçün bütün imkanlardan səmərəli istifadə edilir
22.10.2019 [09:19]
Oktyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 183 min tondan çox məhsul təhvil verilib
(əvvəli 18.10.2019-cu il tarixli sayımızda)
Bərdə Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu il rayonda 10 min 140 hektar sahədə pambıq becərilib. Pambıq əkinlərinin 5370 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4410 hektarı “Azərpambıq” MMC, 360 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında aparılıb. Məhsul istehsalçılarına göstərilən hərtərəfli kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. İndi rayonda bütün qüvvələr “ağ qızıl”ın tez və itkisiz yığılması üçün səfərbər olunub.
Qeyd edək ki, sovet dönəmində Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlarından idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Prezident İlham Əliyevin tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.
Respublikamızın iri pambıqçılıq rayonlarından olan Beyləqanda məhsul yığımı davam edir və indiyədək tarlalardan 3608,7 ton “ağ qızıl” toplanıb. Beyləqan Rayon İcra Hakimiyyətindən bildiriblər ki, pambıqçılıq sahəsində böyük təcrübəsi olan Beyləqanda 1990-cı illərdən başlayaraq bu sahəyə maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər rayon ərazisində 2016-cı ildə 4035 hektarda pambıq əkilmişdisə, 2017-ci ildə bu rəqəm 8550 hektara, 2018-ci ildə 9560 hektara, 2019-cu ildə isə 9706,1 hektara çatdırılıb. Builki pambıq əkinlərinin 5268,1 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3358 hektarı “Azərpambıq” MMC, 1000 hektarı “P-Aqro” MMC və 80 hektarı “Vuqar Aqro” MMC ilə müqavilə əsasında aparılıb.
Xatırladaq ki, yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.
“Ağ qızıl”ın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Məhsul yığımına 37 pambıqyığan kombayn cəlb edilib. Mövsümün sonuna rayon üzrə 20 min tondan çox pambıq istehsalı gözlənilir.
İmişlidə pambıq yığımı sürətlə davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 3 min 309 tondan çox məhsul toplayıblar. Hər gün 375-380 ton pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük olunan məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il rayonda 7 min 492 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən 18 min tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində də daha çox məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qulluq göstərildiyindən tarlalarda məhsul boldur. Artıq rayonda kütləvi pambıq yığımına başlanılıb. Məhsul yığımı həm əl, həm də maşınlarla aparılır. Hazırda sahələrdə 28 pambıqyığan kombayn işləyir və gün ərzində bu maşınlarla 310-320 ton məhsul toplanır.
Aranlı kənd sakini, təcrübəli pambıqçı Yunis Vəliyev rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 34 sentner məhsul götürüb. Fermerin sahəsində bu il də pambıq çoxdur. “Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 72 hektar sahədə məhsul becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən sahəmdə bol məhsul yetişib. Məhsulu maşınlarla toplayıram. İndiyədək 40 tondan çox pambıq yığmışıq. Yığım apardığımız sahənin məhsuldarlığı 45 sentnerdən çoxdur. İlk nəticə göstərir ki, bu mövsüm məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq”, - deyə fermer bildirib. Qeyd edək ki, bu il imişlili pambıqçılar sahələrdən 20 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.
Kürdəmir rayonunda da kütləvi pambıq yığımı davam edir və indiyədək 3190 ton məhsul toplanıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, cari mövsümdə 2809 hektar sahədə “ağ qızıl” yetişdirilib. İlk gündən yığıma mütəşəkkil hazırlıqla başlanılıb. Hazırda hər gün məhsul yığımına 2 min nəfərədək işçi qüvvəsi çıxır, tarlalardan orta hesabla 200 ton pambıq toplanır. Pambıq yığımına xeyli sayda kombayn da cəlb olunub.
Rayonun əksər ərazilərində, o cümlədən Muradxan, Carlı, Topalhəsənli, Şilyan, Ərəbqubalı, Qarasu və bir sıra digər ərazi vahidlərində bol məhsul yetişdirilib. Hər yerdə ağır zəhmət bahasına yetişdirilən “ağ qızıl”ın tez və itkisiz toplanması üçün ciddi səy göstərilir.
Zərdab rayonunda pambıq yığımı davam edir və indiyədək 2809,5 ton pambıq tədarük edilib. Rayon İcra Hakimiyyətindən bildirilib ki, cari ildə 2264 hektar sahədə pambıq yetişdirilib. Hazırda bütün qüvvələr məhsulun tez və itkisiz yığılmasına səfərbər edilib. Artıq kombaynlar da “ağ qızıl” yığımına cəlb edilib. İndiyədək yığılan pambığın 1875,6 tonu kombaynlarla toplanılıb. Hər gün sahələrə 600 nəfərədək işçi qüvvəsi, 7 kombayn çıxır.
Bəyimli qəsəbə, Körpükənd, İsaqbağı, Şahhüseyinli və bir sıra digər ərazi dairələrində məhsul yığımı daha mütəşəkkil aparılır.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. İndiyədək tarlalardan 5596,6 ton “ağ qızıl” toplanıb. Ötən il hektarın orta məhsuldarlığına görə yüksək nəticəyə nail olan Tərtər pambıqçıları bu ili də uğurla başa vurmağı qarşıya məqsəd qoyublar.
Tərtər rayonu ərazisində 3427 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib. Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər olunub. Qeyd edək ki, Tərtər pambıqçıları 2018-ci ildə 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük ediblər.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda pambıq yığımı davam edir və indiyədək tarlalardan 3568,24 ton “ağ qızıl” toplanıb. Qeyd edək ki, bu il rayon ərazisində 2600 hektar sahədə pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə müqavilə əsasında əkilən pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.
Ağdam pambıqçıları mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün səylə çalışırlar. Pambıq yığımına 9 ədəd pambıqyığan kombayn, 25 ədəd traktor, 54 ədəd qoşqu cəlb edilib. Hazırda pambığın həm əl əməyi, həm də pambıqyığan kombaynlar vasitəsilə yığımı həyata keçirilir. Havaların əlverişli keçməsi məhsulun tez və itkisiz yığılmasına şərait yaradır.
Bu il rayon üzrə 6 min tondan çox məhsul istehsal edilməsi proqnozlaşdırılır.
Doğma kəndlərinə qayıdan Cocuq Mərcanlı sakinləri uzun illər həsrətini çəkdikləri torpağı həvəslə əkib-becərirlər. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət tərəfindən burada mühüm tədbirlər görülüb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edilib. Kənddə məskunlaşan ailələr taxıl, qarğıdalı, şəkər çuğunduru, pambıq, həmçinin bostan-tərəvəz bitkiləri becəriblər.
Bu il ilk dəfə pambıq becərən kənd sakini Oqtay Həziyev məhsuldarlığın yüksək olduğunu deyib: “Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsizliyi təmin olunub. Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin dövriyyəsinə cəlb edilib. Münbit torpaqlarımız var. Odur ki, əkilən bitkilərin məhsuldarlığı da yüksəkdir. Bu il digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı, 6 hektarda pambıq becərmişik. Aqrotexniki qaydalara düzgün və vaxtında əməl etdiyimiz üçün məhsulumuz da yaxşıdır. Artıq kombaynla birinci yığım başa çatıb. Hər hektardan 41 sentner məhsul götürmüşük. Məhsuldarlıq göstəricisi yığımın sonunadək daha da yüksələcək”.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, oktyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 183 min tondan çox məhsul təhvil verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz çoxdur. Keçən il oktyabrın 16-dək 126 min ton pambıq tədarük olunmuşdu.
Qeyd edək ki, bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Sahələrdən məhsulun 90 faizinin kombaynlar vasitəsilə yığımı nəzərdə tutulur. Kombaynlarla kütləvi pambıq yığımına sentyabrın 24-də start verilib. “Aqrolizinq” ASC-nin yerli bölmələrində 34 ehtiyat kombayn var, zərurət yaranacağı təqdirdə bu kombaynlar da yığım prosesinə cəlb olunacaq.
Bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib. Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sabirabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

