Böyük Qayıdışın təmini
17.11.2021 [10:27]
Müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Ən böyük nailiyyətimiz isə ərazi bütövlüyümüzün təmin olunmasıdır. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində azad olunub.
Artıq soydaşlarımızın doğma ata-baba yurdlarına qayıtmasına - Böyük Qayıdışa hazırlıq işləri sürətlə davam edir. Ermənistan ordusunun 30 il ərzində yerlə-yeksan etdiyi ərazilər yaxın illərdə cənnətə çevriləcək.
“44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz şanlı Qələbə qazanaraq adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin olunması dövlətin bu istiqamətdə qəbul etdiyi prioritet istiqamətlər sırasındadır”.
Bu fikirləri “İrəlİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qəzetimizə açıqlamasında deyib. Onun sözlərinə görə, görülən işlərin nəticəsi olaraq Qarabağda start verilmiş quruculuq və abadlıq işlərindən söhbət açmaq olar. “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin işğaldan azad edilmiş ərazilərdə tətbiqi ölkənin və regionun iqtisadiyyatına böyük təkan verir: “Hazırda Zəngilan rayonunun Ağalı kəndində qurulan “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri çərçivəsində işlərin davam etdirilməsi, növbəti il sakinlərin həmin ərazilərə qayıdışı bu yerlərə yeni nəfəs gətirəcək. Qarabağda post-müharibə dövründə həyata keçirilən tədbirlər də görülən işlərin nəticələri sırasındadır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” festivalının keçirilməsi, Vaqif poeziya günlərinin təşkili, Zəfər yolunun açılışı nümunə sayıla bilər. Azad edilmiş ərazilərdə nəqliyyat kommunikasiya xətlərinin çəkilməsi fəaliyyətin dinamikliyinə, keyfiyyətinə təsir edəcək. Füzuli aeroportunun təməlinin qoyulması, Azərbaycan və Türkiyə dövlət başçılarının açılış mərasimində iştirakı həm ərazilərdə Azərbaycanın suverenliyinin tam təmin olunması baxımından əhəmiyyətlidir, həm də ölkəmizin siyasi mövqeyini daha da möhkəmləndirir”.
Sədr bildirib ki, növbəti illərdə digər beynəlxalq aeroportların tikilməsi dünyanın müxtəlif yerlərindən azad olunmuş ərazilərimizə səfərlərin təşkil edilməsi baxımından çox önəmlidir: “İnanırıq ki, gələcəkdə bu prosesin davam etməsi Qarabağda quruculuq işlərinə də böyük təkan verəcək, ölkəmizin regionda və dünyada imici daha da güclənəcək. 30 ilə yaxın müddət davam etmiş işğal siyasəti post-müharibə dövründə də bizim işimizi çətinləşdirən amillərdəndir. Meşələrin yandırılması ilə ekologiyaya vurulmuş ziyan, ərazilərin minalanması, dağıdılmış yollar, evlər - bir sözlə hər şeyin məhvi bütün proseslərə öz mənfi təsirini göstərməkdədir”.
Ş.Rəhmanlı qeyd edib ki, düşmən 44 günlük “Dəmir Yumruq” əməliyyatından dərs götürmək istəmir, revanşist çağırışlar edir, müxtəlif təxribatlara əl atır, bu isə prosesi gecikdirir. O, vurğulayıb ki, dövlətimiz tərəfindən Qarabağ bölgəsində aktiv şəkildə tədbirlər həyata keçirilir. Minalar təmizlənir, işğaldan azad edilmiş ərazilərdə hüquq-mühafizə orqanlarının fəaliyyəti daha da gücləndirilir, sərhəd postları qurularaq təkmilləşdirilir, şəhərlərin baş planı təsdiq edilib, yollar çəkilir, aeroportlar istifadəyə verilir. Müzəffər Ali Baş Komandanın da düşmənin təxribatları, hiyləgərliyi ilə bağlı mövqeyi birtərəflidir: “Bu gün Ermənistanda bəzi revanşist qüvvələr bilməlidirlər ki, lazım olarsa, onların başı istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik ki, Ermənistan ordusu tərəfindən yenə də bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir. Unutmasınlar, dəmir yumruq yerindədir”.
“Əminik ki, bütün bu proseslərin fonunda ölkəmizin inkişafı daha da sürətlənəcək, revanşist qüvvələrin hər hansı irimiqyaslı təxribatı hallarında düşmənin cavabı veriləcəkdir”, - deyə Ş.Rəhmanlı əlavə edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

