Böyük Qayıdışın yeni mərhələsi...
08.03.2023 [11:05]
Nicat Dilqəmli
Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra Böyük Qayıdışın reallaşması istiqamətində nəzərdə tutulan layihələrin icrasına başlanıldı. Dövlət başçımızın göstərişləri, birbaşa nəzarəti ilə həyata keçirilən uğurlu layihələrin bir hissəsi, demək olar ki, başa çatıb. Soydaşlarımızın ata-baba yurdlarına təhlükəsiz şəkildə qayıdışını təmin etmək üçün görülən işləri iki istiqamətə ayırmaq olar. Onlardan biri mənfur düşmən tərəfindən basdırılan minaların təmizlənməsindən, digəri isə işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması ilə vətəndaşlarımızın rahat şəkildə yaşamasını təmin etməkdən ibarətdir. 44 günlük Vətən müharibəsindən çox qısa bir müddət keçməsinə baxmayaraq, hər iki istiqamət üzrə genişmiqyaslı layihələrin reallaşmasına şahidlik etməyimiz hər birimizi fərəhləndirir, sevindirir. Belə uğurlu layihələrdən biri də Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışıdır. Martın 3-də Abşeron rayonundakı “Zəngilan şəhərciyi”ndən yola salınan keçmiş məcburi köçkünlərdən ibarət köç karvanı Ağalı kəndinə çatıb. Otuz ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
Böyük Qayıdışın 3-cü mərhələsi çərçivəsində Ağalıya 20 ailə, 94 nəfər köçürülüb. Onlardan 50 nəfərdən ibarət 10 ailə fevralın 28-də, 44 nəfərdən ibarət 10 ailə isə martın 3-də Ağalıya gəlib.
Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.
Ümumilikdə, bu günə kimi Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri, mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri mövcuddur. Köç prosesinin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.
Həyata keçirilən əhəmiyyətli layihələr
İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov da öz çıxışında bu barədə danışıb. Nazir müavini bu layihələr arasında strateji layihələri xüsusilə qeyd edib: “Füzuli və Zəngilan hava limanı, Əhmədbəyli-Şuşa - Zəfər yolu bu layihələr arasında xüsusi əhəmiyyəti ilə seçilir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir”.
İki fərqli yanaşma
“Azərbaycan 1 milyon məcbri köçkünü öz dogma yurdlarına qaytarmaq üçün intensiv yenidənqurma işləri aparır. 30 illik işğal müddətində Azərbaycan ərazilərində 1 milyon mina basdıran Ermənistan isə hələ də qeyri-leqal olaraq Qarabağa mina daşıyır. Eyni bölgədə iki fərqli yanaşma. Aydındır ki, revanşist meyillər ilə Ermənistan regionda dayanıqlı sülhün formalaşmasına imkan vermir. Amma Azərbaycan Ordusu istənilən təxribata cavab vermək gücündədir. Təbii ki, regionun inkişafı üçün ən məqbul yol qarşıdurma deyil, məhz qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınmasına xidmət edəcək sülh müqaviləsini imzlamaqla yeni səhifəni açmaqdır”.
2 il ərzində 6 milyard manatdan çox...
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. O bildirib ki, Ermənistanın təxribatlarına rəğmən Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri davam edir: “Ötən il işğaldan azad oluna ərazilərimizdə yenidənqurma işlərinə 4 milyard 315 milyon manat ayrılıb. Bütövlükdə, son 2 ildə bu istiqamətə 6.5 milyard manat yönəldilib. 2022-2026-ci illərdə isə işğaldan azad oluna ərazilərimizin bərpa və yenidən qurmasına 19.2 milyard manatın ayrılması nəzərdə tutulub. Qarabağda ərazilərin 15.0 faizi minalardan təmizlənib. Artıq bu ilin sonunda Böyük Qaydışın yeni mərhələsi başlanılacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

