30 illik tarix...
31.08.2024 [09:00]
31 avqust- Bloq Günüdür
Çox güman ki, “bloq” sözü hazırda internet aləmində ən məşhur ifadələrdən biri hesab olunur. Zaman keçdikcə bloqlar virtual dünyada geniş yayılaraq önəmli yerlərdən birini tutmağa başlamış bir sahəyə çevrilib. Son illər saytlarda bloq bölmələrin açılması, bu sahədə müsabiqələrin keçirilməsi də dünyada bloq istifadəçilərinin sayının artığını göstərir.
Yeri gəlmişkən, bu gün bloqçuların peşə bayramıdır. Belə ki, 2005-ci ildən etibarən avqustun
31-i dünyada Bloq Günü (BlogDay) kimi qeyd olunur. Qərbdə yaradılmış bu bayram hələlik elə də populyar deyil. Lakin buna baxmayaraq, ildən-ilə daha çox internet istifadəçisi bu tarix haqqında öyrənir və bloqqerləri təbrik edir.
Bloqqerlər həmin günü müxtəlif ölkələrdən olan və müxtəlif fikirli həmkarları ilə tanışlığa həsr edir, öz oxucularına bir-birləri haqqında məlumat verirlər. Hər bir bloqqer öz yazısında 5 müxtəlif tematikalı bloqa istinad edir. Bayramın məhz avqustun 31-də qeyd olunmasına isə “blog” sözünün 3108 rəqəmi ilə yazılışlarında oxşarlıq səbəb olub.
Bloqların yaranma tarixi
Yəqin ki, bu sahə ilə maraqlanan hər birimiz üçün maraqlıdır ki, bir çoxlarımızın yaratdığı bloqlar necə ortaya çıxdı, bunu kim ərsəyə gətirdi?. Bloqçuluğun yaranma tarixi 20-ci əsrin sonlarından başlayıb. Belə ki, 1994-cü ildə “Swarthmore” Kollecinin bakalavr tələbəsi Castin Hol “links.net” saytını yaratmışdı. C.Hol bu saytı gündəlik kimi istifadə etməyi planlaşdırırdı. O, şəxsi fikirlərini onlayn olaraq insanlarla paylaşmaq təcrübəsinin yaranmasında xüsusi xidmətlər göstərib. Bu baxımdan C.Hol dünyanın ilk bloggeri kimi də tanınır.
“Scoop” proqramı
Lakin, maraqlı bir sual ortaya çıxır: bəs bloq sözü, bloq termini necə yaranıb?
1997-ci ilin 17 dekabırında “Robot Wisdom” internet-gündəliyin yaradıcısı və redaktoru olan Corn Barger ilk dəfə olaraq “weblog” sözünü işlətmiş olur. O, “logging the web” ifadəsindən əmələ gəlmişdi, hansı ki, “Setdə gündəlik aparıram” kimi tərcümə olunur. Amma, “vebloq” anlayışı cəmi 1 il ömür sürür. Belə ki, 1999-cu ildə həmin vebloqun yaradıcısı bu sözü yenidən açaraq və maraqlı bir ifadə əldə edir: “we blog”
Bununla da internet-gündəliyin adı “blog” sözü ilə tanınmış olur. Amma, bir çoxları deyir ki, “weblog” sözünü iki hissəyə bölən C.Barger yox, Peterme bloqunun yaradıcısı Peter Merholz olub.
Həmin ilin avqust ayında ilk dəfə olaraq Pyra Labs pulsuz və istifadədə çox rahat olan “Blogger” saytını yaradır. Hansı ki, bu da internet istifadəçilərinə imkan verir, beləliklə, onlar özlərinə şəxsi bloq aça bilələr. İlin sonunda isə elə həmin kompaniyanın (Pyra Labs) istifadəçisi olan Rusty Foster təşəbbüsü ilə “Scoop” adlı elə bir proqram yaranır ki, bu da bloq istifadəçiləri üçün daha da əlverişli olur. Əgər əvvəl istifadəçilər öz qeydlərini yad saytlarda yerləşdirirdilərsə, artıq “Scoop” bu sxemi tamamilə dəyişmiş, yeniləmiş olur. Bununla da istifadəçilər rahatlıqla özləri moderatorluq edir və rəylər də bildirirdilər. Bir sözlə “Scoop” proqramı bloq sferasında mühüm bir təkan olur.
Qeyd edək ki, ölkəmizdə milli bloq sistemini Əsgər Əsgərzadə yaradıb. “Azeriblog.com” blog sistemi Azərbaycanda ilk milli, Azərbaycan dilli, pulsuz bloq sistemi idi. Zaman-zaman ölkəmizdəki bloq sahibləri üçün müsabiqələr keçirilir. Bu da Azərbaycanda keyfiyyətli bloqu və bloqçuluğu genişləndirmək üçün vacib addımlardan biridir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

