Qarabağın Çin səddi - Əsgəran qalası necə tikildi?
08.11.2023 [15:48]
M.BAYRAMLI
Bugünkü virtual səyahətimiz Əsgəran qəsəbəsinə, daha dəqiq desək, Əsgəran qalasına olacaq. Budur qəsəbədə üçrəngli bayrağımız qürurla dalğalanır. Uzaqdan qalanı da aydın görə bilirik. Əbəs yerə, ona Qarabağın "Böyük Çin səddi" deməyiblər axı. Azərbaycan memarlığının parlaq nümunəsinə baxdıqca bu sualı verməyə bilmirsən. Görəsən Əsgəran qalası necə tikilib?
Gəlin, tarixi birlikdə vərəqləyək... Qalanın adı Əsgəran qəsəbəsi ilə bağlıdır. Əski və Aran toponimindən ibarət olub, Qədim Aran mənalarını daşıyır. El arasında “Əsgəran qalası” adı ilə tanınan bu sədd XVIII əsrdə Qarabağ xanlığının şərq sərhədində tikilib. Ona görə Qarabağın şərq qapısı da hesab edilib.
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub. Əsgəran qalası yadellilərin, daha dəqiq desək, Şirvan, Şəki və Dağıstan vilayətlərinin əhalisinin hücumlarından qorunmaq və müdafiə məqsədilə tikilib. Pənahəli hücumlardan ehtiyat etdiyi üçün oğlu İbrahimxəlil xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar.
İnşanın əsası Mehrəli xan Qarabağlı tərəfindən qoyulur. Şuşanın 24, Xocalının 5 və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə tikilir. Daha dözümlü və müdafiə sisteminin güclü olması üçün Mehrəli xan Qalanın tikintisində iştirak edən memarları (heyf ki, adları heç bir arxivdə yoxdur) Çinə səfərə göndərir. Qarabağ xanının hədiyyələrini imperator Tsyanlunun naiblərinə çatdıran memarlar onlardan Qalanın esksinizi çəkə bilmələri üçün imkan yaradılmasını xahiş edirlər. Daha sonra Qarabağa qayıdan memarlar eskizi Mehrəli xana təqdim edirlər. Onun razılığını aldıqdan sonra Əsgəran qalasının tikintisinə başlayırlar. Nəhayət, Əsgəran qalası Böyük Çin Səddinin üslübunda tikilməyə başlayır. İbrahim xan tərəfindən isə davam etdirilərək başa çatdırılır.
Əsgəran qalasının sol sahil relyefinin ən uca yerində tikilmiş düzbucaqlı hissəsi iç qalaya bənzəyir. İç qaladan ayrılan iki divar sahilə endikcə bir-birindən aralanır. Onları aşağıda sahil xəttinə parallel uzanan qala divarı birləşdirir. Şuşaya-xanlığın mərkəzinə açılan darvaza bu səddədir.
Qalanın sağ sahili isə divarlardan ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-biriləri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqlar kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafiə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilib. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirib. Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar vardır. Aşağı həyət şərq tərəfdən açılır. Hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır. Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafizə olunub. Hündürlüyü 9 metr, qalınlığı 2 metrdən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilib. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırıb.
Əfsuslar olsun ki, 1992-ci ildə Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb. Ermənistan Əsgəran qalasını özününküləşdirmək məqsədilə tarixi abidənin görkəminə ciddi zərər vurub.
Nəhayət, bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası separatçılardan azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Əsgəran qalasında olub və əraziyə baxış keçirib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

