Quba almasını çox bəyənən Lenindən maraqlı hədiyyə
16.12.2023 [14:30]
M.BAYRAMLI
Bu gün yolumuz İstiqlal muzeyinədir. Muzeydə ilk qarşımıza çıxan və diqqətimizi çəkən bir eksponatdan danışmaq istərdik. Söhbət “Universal” tipli mətbəə çap maşınında gedir. Çap maşının olduqca maraqlı tarixçəsi var. 1900-cu illərə birlikdə virtual səfər edək. Deyilənə görə, bu çap maşınını Lenin qubalılara hədiyyə edib. Belə ki, 1920-ci ilin dekabrında Azərbaycanın Quba qəzasının kəndliləri VIII Ümumrusiya Sovetlər Qurultayının ünvanına bir vaqon alma sovqatı göndərir. Sovqatı Quba Qəza İnqilab Komitəsinin sədri Qasım İsmayılov Rusiya Federativ Respublikasının Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninə şəxsən çatdırır. Deyilənə görə, Lenin almaların Moskvanın uşaq bağçaları arasında paylanılması üçün göstəriş verir, ikisi də özünün payına düşür. Quba almalarının dadı Leninin xoşuna gəlir. Nəticədə o, Quba kəndlilərinə minnətdarlıq edir və sakinlərə çap maşınını hədiyyə etmək qərarına gəlir.
“Pravda” qəzetinin 1921-ci ilin yanvar buraxılışında “Kubinskiye nastroyeniya” (Quba əhval-ruhiyyəsi) adlı məqalədə bu barədə dərc olunub: “Bu almalar adi almalar deyil. Bu almalar Şərqin azadlığa çıxarılmasını istəyən Quba qəzası kəndlilərinin arzusunu ifadə edir”.
Həmin mətbəə çap maşınının sayəsində 1921-ci ilin aprel ayından etibarən Qubanın tarixində “Əxbar” adlı (indiki “Şəfəq”) qəzet çap olunmağa başlayır. Bu qəzet Qubanın ilk qəzeti və Azərbaycanın ilk region qəzetlərindən biri hesab olunurdu. Çap maşını Almaniyanın “Albert and Co. Frankenthal” firmasının 1900-cu ildə istehsal etdiyi “Universal” tipli mətbəə çap maşını idi. Çap maşını təxminən 1980-ci ilədək Quba mətbəəsində istifadə edilib. Sonra isə qəzetin nəşri daha müasir üsullara keçdiyindən bu çap maşını istifadə olunmayıb. Qeyd etdiyimiz kimi, həmin maşın hazırda Bakı şəhərində, İstiqlal muzeyinin eksponatları arasında nümayiş olunur.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

